Ислам маарифи илә ХҮласә танышлыг


-CU DƏRS: NÜBÜVVƏTİN DƏLİLLƏRİ



Yüklə 0,56 Mb.
səhifə30/86
tarix11.01.2022
ölçüsü0,56 Mb.
#110716
növüXülasə
1   ...   26   27   28   29   30   31   32   33   ...   86

30-CU DƏRS: NÜBÜVVƏTİN DƏLİLLƏRİ


İstənilən birimiz savadsız bir dostumuzdan gözəl işvədə yazılmış, mntiqli bir məktub alsaq, bu məktubun başqa birisi tərəfindən yazıldığını iddia edərik. Bəs nə üçün əksəriyyəti savadsız, təhsil görməmiş peyğəmbərlərin əsrarəngiz, ilahi üslubda çağırışı insanları düşündürmür? Son peyğəmbər Həzrət Məhəmmədin (s) hansı hansı mühitdə boya-başa çatdığı hamıya bəllidir. Bəzi düşündürücü məqamlara nəzər salaq:

  1. Elmdən uzaq cahil ərəb mühitində ərsəyə çatmış həzrət Məhəmməd (s) təhsil almadığı halda, tanınmış dünya alimlərini heyran qoyan Quranı heç vəchlə özündən uydura bilməzdi. ”Yunis” surəsinin 16-cı ayəsində həzrətin (s) dili ilə buyurulur: “Mən Qurandan qabaq bir ömür sizin aranızda qalmışam, başa düşmürsünüzmü?”

  2. Bəşər tarixində yalancı peyğəmbərlər çox olub. Yalançı peyğəmbərliyin əlamətlərindən biri xalqdan təmənna olub. Məkkə böyükləri peyğəmbərlik iddiasından əl çəkməsi müqabilində həzrət Məhəmmədə (s) vəzifə, var-dövlət təklif etdikdə həzrət (s) belə cavab verir: “And olsun Allaha, günəşi sağ, ayı da sol ovucuma qoysanız da, öz risalətimdən əl çəkməyəcəyəm.” “Hud” surəsinin 51-ci ayəsində bu təmənnasızlıq öz əksini belə tapır: “Mən peyğəmbərliyimə görə sizdən əvəz istəmirəm.”

  3. Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə ən aşkar dəlil möcüzə hesab olunan Qurani-kərimdir. “İsra” surəsinin 88-ci ayəsində oxuyuruq: “Əgər insanlar və cinlər əl-ələ versələr belə, Quranın mislini gətirə bilməzlər.”

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin