Ислам маарифи илә ХҮласә танышлыг



Yüklə 0,56 Mb.
səhifə44/86
tarix11.01.2022
ölçüsü0,56 Mb.
#110716
növüXülasə
1   ...   40   41   42   43   44   45   46   47   ...   86

44-CÜ DƏRS: NƏFSƏ NƏZARƏT


Bütün yaxşılıqların və pisliklərin səbəbkarı nəfsdir. Nəfs yolunu seçsə insan mələklərdən də ucu məqama qalxar. İnsanın dünya və axirət səadəti birbaş ondan asılıdır.

İnsanda mövcud olan heyvani istəklər yalnız ifrat halda zərərlidir. Heyvani istək adlandırdığımız cinsi istək olmasa insan nəsli davam edə bilməz. Demək, bu istəkləri boğmaq yox, insani axarına yönəltmək lazımdır.

Nəfs istəklərinə nəzarətdə əql müstəsna rol oynayır. O, dini göstərişlərdən istifadə edərək nəfsi ifrat və təfritdən qoruya bilər. Amma əqli hakimiyyətə gətirmək asan iş deyil.”Əmmarə” nəfs adlı güclü bir düşmən əqllə üzbəüz dayanmışdır. “Yusuf” surəsinin 53-cü ayəsində buyurulur: “Allahın rəhm etdiyi istisna olmaqla, nəfs həmişə pisliyə əmr edəndir.” İslam peyğəmbəri buyurur: “Sənin ən böyük düşmənin nəfsdir.”Həzrət Əli (ə) buyurur: “Əql və şəhvət bir-birinə ziddir. Elm əqli, həvəs şəhvəti müdafiə edir. Nəfs bu iki qüvvənin mübarizə meydanıdır.

Bəli, əql gözəl hakimdir. Amma onun yardıma ehtiyacı var. Əgər insan öz varlığının idarəsini əqlə tapşırarsa, böyük bəlalardan qurtula bilər. Əli (ə) buyurur: “Ehtiyatlı olun ki, şəhvətlər qəlbinizə hakim kəsilməsin”; ”Nəfs istəklərini cilovlamayan insan əqlə malik olmayacaq”; “Sevgi, qorxu, şəhvət, qəzəb, razılıq halında nəfsinə hakim olan insana cəhənnəm odu haramdır.”



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin