Ислам маарифи илә ХҮласә танышлыг


-Cİ DƏRS: ÖVLADIN HÜQUQLARI



Yüklə 0,56 Mb.
səhifə68/86
tarix11.01.2022
ölçüsü0,56 Mb.
#110716
növüXülasə
1   ...   64   65   66   67   68   69   70   71   ...   86

68-Cİ DƏRS: ÖVLADIN HÜQUQLARI


Bir şəxsin xeyirinə görüləsi vacib iş haqq adlanır. Haqqı yerinə yetirmək isə dini vəzifədir.

İnsan bu dünyada əbədi olmadığından bəşər nəslinin davamı üçün onun artımı zəruridir. Allah insanı artıma fitrətən maraqlı yaratmışdır. Ona görə də ata-ana öz övladını ciyərparəsi bilir, onun varlığını öz varlığı hesab edir.

Valideyinin övlad qarşısında vəzifələri vardır:


  1. Övlad işarə və söz anladığı ilk gündən başlayaraq onun əxlaqına diqqətli olmaq, onu çirkin vərdişlərdən çəkindirmək lazımdır.

  2. Təmizlik həddinə çatanadək körpənin paklığına xüsusi diqqət vermək lazımdır

  3. Oxuyub öyrənmək istedadına çatmış övlad layiqli müəllimin ixtiyarına verilməlidir.

  4. Övladın cəmiyyətə çıxma yaşı çatdıqda valideyn onu özü ilə tədricən cəmiyyətə çıxarıb, ədəb qaydaları ilə tanış etməlidir.

Övlada yaxşı ad qoyub, ona Quran təlim etmək, tərbiyəsi ilə məşğul olmaq valideynin şəri vəzifəsidir. Uşaq körpəlikdən böyüyə hörmət ruhunda tərbiyə olunmalıdır. Həzrət peyğəmbər (s) buyurur: “Yaşlılara ehtiram Allaha ehtiramdır.”

Doğulmuş uşağa zərər olmazsa, ona viladət qüslü vermək, sağ qulağına azan, sol qulağına iqamə demək, yeddinci gün başını qırxmaq müstəhəbdir. Uşaq oğlandırsa, onu sünnət etmək vacibdir.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin