75-Cİ DƏRS: ƏHKAM (FİRUİ-DİN)
Əvvəlki dərslərdə qeyd etmişdik ki, İslam təlimləri üç hissədən ibarətdir. İslam dinində hər bir müsəlman üçün konkret olaraq on vəzifə müəyyənləşdirilmişdir: Namaz, oruc, xums, zəkat, həcc, cihad, əmr be məruf, nəhy əz münkər, təvəlla və təbərra.
Bəs bu dini vəzifələrə necə əməl edilməlidir? Hamı istədiyi vaxt, istədiyi tərəfə üzünü tutub, istədiyi şəkildə namaz qıla bilərmi? Hər bir müsəlman bu suallara cavab tapıb, düzgün əməl etmək üçün ya müctehid olmalı, ya bütün müctehidlərin nəzərlərindən xəbərdar olub ehtiyat yolu ilə getməli, ya da ən elmli tanıdığı diri müctehidə təqlid etməlidir.
İbadət edən şəxs uyğun əməlləri hədəf yox, ilahi sifətlərə yaxınlaşmaq vasiləsi kimi tanımalıdır. İstənilən bir ibadətdə məqsəd Allaha yaxınlaşmaq deyilsə, bu ibadət səmərəsizdir.
İnsan öz ibadəti ilə başqalarının diqqətini cəlb etmək niyyətində olmamalıdır. İnsanın öz ibadətini tərif etməsi pislənilmişdir. “Nəcm” surəsinin 32-ci ayəsində buyurulur: “Özünüzü təmiz göstərməyə çalışmayın Allah təqvalı şəxsi daha yaxşı tanıyır.”
Bütün ibadətlər insanı kamala yetirmək üçündür və Allahın bu ibadətlərə heç bir ehtiyacı yoxdur. Belə olduğu təqdirdə insanın öz ibadətinə görə Allahdan bir şey umması məntiqi deyildir.
Dostları ilə paylaş: |