84-CÜ DƏRS: AZAN
Azan və iqamə qəza, istər əda olmuş olsun beş vaxtın namazı üçün təkid olunmuş müstəhəb əməllərdir.
Azanın mətni:
-Əllahu əkbər (4 dəfə)
-Əşhədu ənla ilahə illəllah (2 dəfə)
-Əşhədu ənnə Muhəmmədən Rəsulullah (2 dəfə)
-Əşhədu ənnə Əliyyən vəliyyullah (2 dəfə)
-Həyyə ələs-səlat (2 dəfə)
-Həyyə ələl-fəlah (2 dəfə)
-Həyyə əla xəyril-əməl (2 dəfə)
-Əllahu əkbər (2 dəfə)
-la ilahə illəllah (2 dəfə)
İqamədə isə birinci bənd iki dəfə, sonuncu bənd bir dəfə bir dəfə deyilir, “Həyyə əla xəyril-əməl”dən sonra iki dəfə “qəd qamətis –səlat” deyilir.
Müstəhəbdir ki, azan vermək üçün adil, vaxt tanıyan və uca səsli adam seçilsin. Azanı uca yerdə demək də müstəhəbdir.
Azan müsəlmanların tövhdi şüarıdır. Azan bütlərə qarşı ucalmış bir fəryaddır. İslamda ilk azançı Bilal olmuşdur. Qara dərili Bilala azan vermək tapşırığı İslam dinində milli, irqi ayrıseçkiliyə yol verilməməsinin sübutudur.
Azanın uca səsi ilə şeytanın təmkini tozulur, qaçmağa üz tutur!
Dostları ilə paylaş: |