17-Cİ DƏRS: ÜRFANDA MƏNZİLLƏR.
Ürfanda həqiqətə çatmaq üçün mənzillər müəyyənləşdirilmişdir.
İlk mənzil “iradədir”. İradə həqiqətə çatmaq üçün insanda yaranmış rəğbətdir. O, əslində yatmış şüurun oyanmasıdır. İradə insanın tənhalıq hiss edərək öz əslinə qayıtma istəyidir. İnsan elə bir həqiqətə çatmaq istəyir ki, tənhalıq hiss etməsin.
İkinci mənzil”riyazət”dir. Riyazətin üç hədəfi var: yoldan maneləri kənarlaşdırmaq, əmmarə nəfsi cilovlamaq, batini, agahlıq üçün yumuşaltmaq.
“Riyazətin” ürfanı mənası nəfsi incitməkdir. Amma bu sözün lüğət mənası cavan atın təlimidir.
İradə və riyazətdən sonra insanın qəlbində olduqca ləzzətli ani işıqlanmalar olur. Ariflər bu halı “ovqat” adlandırırlar.
Nəhayət, riyazət bir həddə çatır ki, “ovqat” “səkinə” halı ilə əvəz olur. Qəlbdəki qığılcım daimi şöləyə çevrilir. Səkinə halında olan insana baxan şəxs onun qeyri-adi halda olduğunu hiss edir.
Lakin insan bu məqamda dayanmır. Anba an həqiqətə yaxınlaşdıqca insan öz ixtiyarından çıxır və hər zaman özünü Allahın hüzurunda hiss edir. Bu mərhələyə çatmış insan hətta özünə baxdıqca həqiqəti müşahidə edir.
Nöbəti mərhələdə insan özünü unutmağa başlayır və həqiqətə qovuşur.
Dostları ilə paylaş: |