İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 0,79 Mb.
səhifə12/34
tarix09.12.2018
ölçüsü0,79 Mb.
#85734
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

Musiqi və inək südünün çoxalması


İnəyin südünün çoxalması üçün xüsusi musiqilərdən istifadə edilir. Görəsən belə bir təsiri faydalı adlandırmaq olarmı?

Cavab: İnək südünün musiqi ilə çoxaldığını sübuta yetirən alimlər, sonralar bu qeyri-təbii yolla sağılan südün keyfiyyətinin aşağı olmasını isbatladılar.1


Musiqi ilə fəaliyyətimiz çoxalırmı?


Bəziləri zavod, fabriklərdə musiqidən istifadə etmiş, bu qənaətə gəlmişlər ki, bu yolla işçilər daha çox işləyirlər.

Cavab:


Əvvəla: musiqi yalnız əl işlərinin iş qabiliyyətini artırır və əksinə zehni əməyin fəaliyyətini azaldır. Alimlər bu qənaətdədirlər ki, iş əsnasında musiqi dinləmək, zehni fəaliyyətlərin iş qabiliyyətini azaldaraq, sinir sistemində pozuntuların yaranmasına gətirib çıxarır (misal üçün: eyni halda həm musiqi dinləyib, həm də yazı yazan şəxsin yazı səhvləri daha çox olur).

İkincisi: Musiqinin bədənin fəaliyyətinin artırmasını qəbul etdiyimiz təqdirdə, bunun törətdiyi fəsadları da göz ardına vurmamalıyıq. Musiqi ilə bədəni işə vadar etmə üsulu, bir növ bədənin istismarına bənzəyir. Çünki biz bədəni təbii olaraq qüdrəti qədər işləməyi üçün öz ixtiyarında qoymalı və onu təbii müvazinətini adlayaraq, daha artıq işləməyə məcbur etməməliyik. Bilməliyik ki, bədən musiqinin və təbii halətdən çıxmanın təsiri altında daha artıq əmək sərf etsə də, ya iş yerindən xaric olduqdan sonra təbii halda və musiqi dinləmədən fəaliyyət etdiyi zamanla müqayisədə daha artıq yorğunluq hiss edəcəyik və ya bədəndən normadan artıq istifadəmiz üçün uzun müddətdə əldən düşəcəyik və ömrümüz qısalacaqdır; çünki bədəndən təbii qüdrətindən daha artıq istifadə etmişik. Bu eynilə idmançıların dopinq qəbul etməsinə bənzəyir. Doğrudur, dopinq vasitəsilə bir müddət bədən daha artıq iş sərf edir, bəzən yarışların qalibi da olurlar, ancaq bu idmançılar öz sağlamlıqlarını dopinqdən istifadə etməyən idmançılarla müqayisədə daha tez əldən verirlər. Ömürləri isə qısalacaq və bu işlə bədənə xeyli zərərlər yetirəcəklər.




Musiqi ilə Allaha yaxınlaşırıqmı?


Bəzi şəxslər belə deyirlər ki, musiqi dinlədikdə özümüzü Allaha daha yaxın hiss edir və arifanə həyat sürürük.

Cavab:


Əvvəla belə olsaydı, mütriblər və böyük musiqiçilər ən arif və Allaha ən yaxın insanlar sayılardı. Halbuki onların çoxunun dinin və irfanın ləzzətini duymadıqlarını, eləcə də çoxlarının Allahdan uzaq düşdüklərini yaxşı bilirik. Bəziləri isə yaranmışların ən çirkinidirlər.1

İkinci bir tərəfdən Allah, onun peyğəmbəri və əhli-beyt (ə) Allaha yaxınlaşma yollarını hamıdan yaxşı tanıyırlar. Onlar yaxşı bilirlər ki, hansı şeylər bizi Allaha yaxınlaşdırır və hansı işlər bizi Allahdan uzaqlaşdırır. Onların nəhy etdiyi, çəkindirdiyi əməllər insanın Allahdan uzaqlaşmasına səbəb olur. Nəhy etikləri işlərdən biri də, haram musiqidir. Eləcə də, onların əmr etdikləri bütün əməllər, Allah-taalaya yaxınlaşmağa səbəb olur.

Bilməliyik ki, sözügedən şübhə bizi Allahdan uzaqlaşdırmaq üçün istifadə etdiyi şeytanın hiylələrindən biridir.

Üçüncüsü, musiqi məzmunsuzdur, məzmuna malik olduğu təqdirdə isə, onun forması ilə eynidir. Yəni, musiqi batini boş büsbütün zahirdən ibarətdir. Hər hansı bir hərbi musiqiyə qulaq asdıqda və ya musiqi ilə daha irfani halda olduğunuzu hiss etdiyiniz zaman, bu sizin hərəkətə gələn öz məzmununuzdur. Musiqi isə, öz daxilində reallıqdan kənardır, yalnız bizim daxili reallıqlarımızın təhrikedicisidir.

Bu hərbi musiqini hərbçilik haqda məlumatı olmayan və ya irfani və ilahi məsələlər haqda heç nə bilməyən, ümumiyyətlə bu məsələlərlə uyğunluğu olmayan şəxs üçün qoyduqda, görəsən o da sizin duyğularınızı yaşayacaqmı? Musiqinin məzmunsuz olmasının mənası budur. Əgər onun məzmunu olsaydı, o musiqidən düşünülən hər kəsin şəxsi fikri deyil, bütün dinləyicilər üçün bir mənanı ifadə edərdi.

Ancaq şerə baxın; bir beyt şer, məna yaradır. Onu oxuyan hər kəs, həmin mənanı götürür (musiqinin əksinə olaraq belə bir şeri məzmunlu adlandırırıq). Musiqini bir taxtaya bənzətmək olar. Fərz edin ki, bir hovuzun qumu, lili və içindəki digər şeylər onun dibinə çökmüş və adi halda həmin vəziyyətdə qalmışdır. Su da laldır. Bu taxta parçası ilə, suyu qarışdırdıqda, hovuzun içindəkilər yayıyalaraq suyun üzünə qalxacaq. Sual budur ki, suyun üzərinə qaxmış maddələri taxtamı özündə yerləşdirmişdir, yoxsa hovuzun özündə bütün bunlar öncədən var idi?

Musiqi də bir vasitə kimi, bizim daxilimizdəkiləri qarışdırır, özü isə məzmunsuzdur. Buna ən gözəl nümunə aşiqanə musiqilərdir. Sevgi mahnılarını dinləyən hər kəs, öz məşuqunu, sevgilisini xatırlayır, hətta müğənni öz musiqi əsərində öz sevgilisinin adını çəksə də belə, yenə də dinləyici onu öz məşuquna aid edirik.1

Musiqi ilə müalicə


Müasir dövrdə iddia edilir ki, musiqi ilə, bir çox xəstəlikləri müalicə etmək mümkündür. Müxtəlif çeşidli qəzet və jurnallar bu məsələ üzərində manevr verirlər.

Cavab:


Əvvəla, biz haram musiqidən danışırıq. Bəlkə də musiqi ilə müalicə edənlər, halal musiqidən istifadə edirlər.

İkincisi, biz də bəzi musiqilər, o cümlədən: Quran musiqisi, axar suların musiqisi və s. musiqilər, ahənglər vasitəsilə müalicəni qəbul edirik.

Üçüncüsü, bəlkə də bir sıra xəstəliklər musiqi ilə müalicə edilə bilər, amma biz məsələnin zahirini müşahidə edirik. Onlar musiqi ilə bir xəstəliyi müalicə edir, ancaq bədənin digər üzvlərinə zərər yetirdiklərindən xəbərsizdirlər. Xəstəliyi müşahidə edərkən dərhal resept yazan həkimlər kimi. Onlar həmin xəstəliyi müalicə edirlər, bir halda ki, o dərmanın törətdiyi xəsarətlərdən xəbərsizdirlər. Ola bilər ki, dərmanın bu zərəri ilə öncəkindən daha ağır bir xəstəlik bədənə əlavə edilə bilər. Misal üçün, müxtəlif kodeinlər və kapsulalar və digər kimyəvi dərmanları göstərmək olar.

Musiqi və bir sıra kimyəvi dərmanların acı təsirləri


Keçmişdə bir çox dərmanlar üzərində manevr edir və onu yeni elmi ixtira hesab edir və həmin dərmanı geniş miqyasda təbliğ, reklam edirdilər (eynilə musiqi ilə müalicə kimi). Lakin bir neçə ildən sonra həmin dərmanı xəstələr üzərində yoxladıqda, o zaman onun hətta öldürücü zərərlərinin olmasını əldə etdilər. Nümunə olaraq Ekstazi həbini misal vururuq. Psixiatrlardan bəzisi kəskin düşkünlüyə düçar olmuş xəstələrə, bu həblərdən istifadəni məsləhət görürdülər. Bir neçə il keçdikdən sonra isə, Ekslə müalicə olanlar, ruhi xəstəliyə düçar oldular. Onların bəziləri dəlixanaya ötürüldü və ya bu dərmanlara vərdiş etdilər.

Eləcə də, müxtəlif xəstəliklərin qarşısını almaq üçün istifadə edilən antibiotiklər də bu qəbildəndir. Hazırda bu nəticəyə yetişmişlər ki, bunlar böyrək xəstəlikləri üçün təhlükəlidir. Həmçinin, bel ağrısı və artrit üçün istifadə edilən, ağrıkəsicilər, böyrəklərin iş qabliyyətini itirməsinə gətirib çıxara bilər. Eyni halda, yeni tədqiqatlar göstərir ki, ağrıkəsicilər ortayaşlı və yaşlı kişilərin cinsi fəaliyyətində aydın çatışmazlıqlar yaradır. Asperin, Stamonefin, İborofen1 və narkotik Amoftamin maddəsindən hazırlanan arıqlama həbləri bu dərmanlar sırasındadır. Amoftamin aclığı fərddən uzaqlaşdırır və tədricən həmin şəxs arıqlayır. Tərkibindəki narkotik maddə istifadəçini arıqladaraq, özünə bağlı vəziyyətdə saxlayır və sonda isə, vərdiş etmiş bir narkoman halına gətirib çıxarır. Vaxtilə bu dərmanlar çox reklam edilirdi.2 Habelə, illərlədir ki, enerji yolu ilə müalicə reklam edilir, hansı ki səhiyyə nazirliyi zahirən faydalı olan bu əməlin mənfi təsirləri haqda xalqa xəbərdarlıq edərək bildirmişdir ki, enerji yolu ilə müalicə, xəstələrin müalicəsində çatışmazlıqlara və onların elmi müalicələrinin gecikməsi və ya dayanmasına səbəb olur.3 Ölkənin səhiyyə nazirliyi bildirdi ki, ölkədə xəstəxanalarda yatan xəstələrin 8%-i dərmanın zərərindən yaranan xəstəliklə xəstəxanalara daxil olurlar.4

Demək istədiyimizi budur ki, təsdiq edilən dərmanların bir çoxu, zərərlərə malikdir. Bu zərərlər zaman ötdükcə (insanlar dəyişdikcə) üzə çıxır. Çox güman ki, musiqi ilə müalicə də, yuxarıdakı nümunələr və yüzlərlə başqa nümunələr kimi, uzun illər ötdükdən sonra öz mənfi təsirlərini üzə çıxarda bilər.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin