ELMİ BƏHS
Doktor Şəhid Paknejad bu barədə deyir: "Bu söhbət mövzunun adət halına düşməsini çatdırır. Hər yatmazdan əvvəl ayaq yoluna getmək, tədricən adətə çevriləcək. Belə olmasaydı o həzrət ehtiyac olarkən ayaq yoluna getməyi buyurardı.
Digər tərəfdənsə gecə istirahət zamanı olduğu üçün şübhəsiz bir neçə saat davam edəcək. Bildiyimiz kimi zaman keçdikcə nəcisin zəhərlərini cəzb etmək qüdrəti artır və istirahət zamanı (yəni yuxuda olarkən) kapiliyarlarda qan dövranının hərəkəti səbəbindən zəhərlər cəzb olduğu üçün narahatlıqlar yarana bilər. Belə ki, səhər yuxudan durub hərəkət etdikdən və qan dövranı işə düşdükdən sonra sıradan çıxır. Yatan və istirahət edən insan üçün nəcis olduqca ziyanlıdır. Kim yatmazdan əvvəl ayaq yoluna getməyi və sağlamlığı qəbul etməyi adət edə bilsə onun üçün faydalı olar. Ən mühümü də budur ki, ayaq yoluna getməzdən əvvəl bağırsaqların və böyrəyin boşalmaq istədiyini hiss etsin.1
B- Ehtiyac zamanı özünü rahat etmək
İmam Rzadan (ə) nəql edilmiş rəvayətdə sağlamlıq üçün bir neçə işin adı çəkilib. Onlardan biri "sidik güc gələn zaman özünü rahat et" ifadəsidir.
"İslamda tibb və gigiyeniya" kitabında yazılıb ki, "elə tənbəl və səhlənkar insanlar tanıyırıq ki, bu həyati vəzifəni yerinə yetirməyə də başısoyuqluq edirlər. Ehtiyac zamanı öz sağlamlıqlarının tələbini cavabsız qoyaraq bağırsaqlarını fəaliyyətdən saxlayırlar. Əslində öz daxili orqanizmlərinə "tənbəllik dərsini" öyrədirlər. Bu başısoyuqluğun nəticəsində həzmetmə sisteminin pozulması, qaraciyər, mədə, babasil, venanın yorğunluğu və bəzən də venada qanın hərəkətsizliyinə və limfotik yollarının tutulmasına gətirib çıxarır. Limfotik yolları tutularsa, sonda fil xəstəliyinə tutulurlar".2
SƏFƏR
Peyğəmbər (s) buyurub:
"سافروا تصحوا"
"Sağlam olmağınız üçün səfər edin."3
İstər iş üçün istərsə də əylənmək üşün olan səfərin sizin cisminiz və fikrinizə xeyli faydası ola bilər. Odur ki, səfərin sizin sağlamlığınız üçün olan bəzi faydalarına işarə edirik.
1- Sizdə olan sıxıntı və stress azalar.
Səfər, sizə bir az istirahət etmək və ruhi sıxıntıları özünüzdən uzaqlaşdırmaq imkanı verir. Səfəriniz işlə bağlı olsa belə və siz saatlarla konfranslarda iştirak etsəniz də əvəzində yeni ölkə ya şəhərlərlə tanış olacaqsınız.
Ola bilsin səfərinizdə iztirab və stress də olsun. Xüsusilə əgər səfəriniz gəzinti ilə, görməli yerləri seyr etməklə keçərsə və ya sizin müxtəlif dillərlə tanışlığa ehtiyacınız olarsa, eləcə də, məqsədiniz izdihamlı şəhərlər olarsa. Amma bu stress müsbət bir stressdir və sizin işinizdəki, ya gündəlik həyatınızdakı keçirdiyiniz stresslər kimi deyil.
Təzyiq və ruhi stresslərin azalması həmişə sizin sağlamlığınıza kömək edəcək.
2- Yaşayışınıza müxtəliflik, dəyişiklik bəxş edir.
"Hər bir dəyişiklik istirahət qədər yaxşıdır" - cümləsinə əsasən, hansı səfər olursa-olsun qısa müddətdə olsa belə sizi öz adi gündəlik həyatınızdan uzaqlaşdıracaq. Elə təkcə bu məsələnin özü sizə çoxlu qüvvət verəcək. Gündəlik proqramınızı dəyişmək istəyirsiniz, sizin üçün bir növ müalicə hesab edilir. Bu iş sizin fikir və cisminizi süstlükdən yayındıracaq. Səfər, bizi hər gün üzləşdiyimiz atmosferdən ayıraraq yorğunluqlara, əsəb sıxıntılarına və qəm-qüssəyə qarşı daha yaxın müqavimət göstərməyə kömək edir. Bu iş səfərin ən mühüm təsirlərindən biridir.1
3- Açıq havadan bəhrələnəcəksiniz.
Həmişə olduğu kimi idarədə otağınızın 4 divarı arasında olmağınızdansa səfər boyu siz daha çox evdən bayırda və açıq havada olacaqsınız. Bu yolla siz təmiz və təzə havadan daha çox həzz ala bilərsiniz. Gəzinti üçün dağlığa istirahət üçün dəniz kənarına getsəniz başqa günlərə nisbətən dərindən nəfəs alarsınız və bədəninizə daha çox oksigen daxil olar. Eləcə də günəş vannasından da istifadə etmək olar. Bu şərtlə ki, gün yandırmaması üçün lazımi ehtiyatlar yaddan çıxmasın.
BEŞİNCİ FƏSİL Cismani xəstəliklərin amilləri barəsində hədislər və onların elmi sübutu QƏM-QÜSSƏ1
İmam Əli (ə) buyurub:
"الحزن يهدم الجسد"
"Qəm bədəni viran edir". 2
Başqa rəvayətdə buyurur: "Kədər qocalığın yarasıdır".3 Ruhla bədən bir-birilə o qədər əlaqəlidirlər ki, hər birinin vəziyyətinin yaxşı ya pis olması digərinə sirayət edir. Buna görə də insanın ruhu bədəninin təsiri altındadır. İnsanın hüznlü vəziyyəti istər-istəməz onun bədəninə pis təsir qoyaraq cismini düzgün istqamətdən yayındırır. Qəm-qüssə, əsəblərin taqətdən düşməsi, qan təzyiqi, şəkər və iştahsızlıq, mədə qıcqırması və yarası və sair xəstəliklərin amilidir. Qüssənin təsirindən bədən açıq-aşkar əriməyə, arıqlamağa başlayaraq get-gedə öz müqavimət qüvvəsini itirir. Bununla da bədən müxtəlif xəstəliklərə məruz qalır. Həzrət Əli (ə) buyurub: "Kimin kədəri çox olarsa bədəni xəstə olar".
ÇOX YEMƏK
İslamda çox yemək məkruh və xəstəliklərin amillərindən biri sayılır.
Allah taala Qurani-Kərimdə buyurur:
"Yeyin, için israf etməyin"1
Allahın Rəsulu buyurub: "Çox yeməkdən çəkinin ki, bədəni xarab edir, xəstəlik yaradır, və ibadət zamanı süstlük yaradır." Habelə buyurub: "Kimin yeməyi az olarsa bədəni sağlam qalar və ürəyi şəfa tapar (təmizlənər). Habelə kimin yeməyi çox olarsa sağlamlığı azalar".
Əmirəlmöminin (ə) buyurub: "Çox yeyən insan sağlamlığı az olar". 2
İmam Rza (ə) buyurub: "Camaat yeməyinə fikir versəydi bədənləri sağlam olardı".3
Az yemək və Mədinə xalqının sağlamlığı
Peyğəmbərin (s) vaxtından əcəm şahlarından biri təcrübəli həkimlərdən birini xəstələri mualicə etsin deyə Mədinəyə Peyğəmbərin (s) yanına göndərdi. Təbib bir il Mədinədə qalmasına baxmayaraq, heç kim öz xəstəliyinin müalicəsi üçün ona müracət etmədi.
Təbib Peyğəmbərin (s) yanına gedib giley-güzar etməyə başlayır ki, mən bura sizin dostlarınızı müalicə etmək üçün gəlmişəm. Amma bu müddət ərzində heç kim mənə müraciət etmədi ki, mənə tapşırılan vəzifəni yerinə yetirəm. Peyğəmbər (s) buyurur: "Bu insanlar həyatlarında bir yol seçiblər ki, iştah onlara qalib gəlməyənədək yemək yemirlər. Yeməklərini də iştahları kəsilməmiş və hələ doymamış bitirirlər (elə bu səbəbə görə də sağlamdırlar və heç bir təbibə ehtiyacları yoxdur). Həkim Peyğəmbərin (s) dediklərini təsdiq edərək təvazökarlıqla ona ehtiram edib çıxıb getdi.1
Dostları ilə paylaş: |