İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 0,79 Mb.
səhifə7/34
tarix09.12.2018
ölçüsü0,79 Mb.
#85734
1   2   3   4   5   6   7   8   9   10   ...   34

QUMAR


İslam dinində böyük günahlardan hesab edilən qumar, xeyli sayda psixoloji, cismi xəstəliklərin və cinayətlərin amilidir. Biz bu əməlin bəzi cismi xəstəliklərinə işarə edəcəyik.

Qumar – Stressin başlıca amili


Psixoloqlar yekdilliklə bu qənaətdədirlər ki, stresslər – psixoloji həyəcanlar, bir çox xəstəliklərin əsas faktorudur. Misal olaraq, vitaminlərin azalması, mədə yarası, ruhi xəstəlik, dəlilik, xəfif və kəskin formada əsəb xəstəlikləri və buna bənzər xəstəliklər, bir çox hallarda, həyəcandan, təşvişdən qaynaqlanır. Qumar isə həyəcanın ən böyük yaradıcı səbəblərindəndir. Amerikalı alimlərdən biri bu barədə deyir: Hər il bu ölkədə 2000 nəfər qumarın həyəcanı nəticəsində ölür, orta hesabla bir pokerbazın (qumarbazın) ürəyi dəqiqədə yüz dəfədən artıq döyünür, qumar bəzən ürək və beyin infarktı da yarada bilər və şübhəsiz ki, tez qocalmağa da səbəb olacaqdır.

Bundan əlavə alimlərin dediklərinə əsasən, qumarla məşğul olan şəxsin, yalnız ruhu gərginlik içərisində deyil, bütün bədən üzvləri qeyri-təbbi bir durumda yaşayır. Ürək döyüntüləri artdıqca, şəkər xəstəliyinə tutulma ehtimalı artır, daxili vəzilərin ifrazında anomaliya-pozğunluq yaranır, üzün rəngi qaçır, iştahasızlığa düçar olur və psixoloji müharibə və böhranla nəticələnən qumardan sonra yuxuya gedir. Adətən belə şəxslər əsəb sistemlərində təskinlik, aramlıq yaratmaq üçün spirtli içkilər və narkotik maddələrdən də istifadə edirlər. Belə olduqda, bu əməllərin zərərlərini də qumarın zərərlərinə əlavə etmək lazımdır.1


Qumarın cinayətləri və intiharlarından statistika


Beynəlxalq statistika müəssisələrindən biri isbat etmişdir ki, cinayətlərin 30%-i qumarla birbaşa əlaqədədir. Qumar eləcə də, digər 70% cinayətlərin amilləri sırasındadır.1

Çox görülmüşdür ki, neçə saatlıq qumarda neçə illik zəhmətini uduzan bir kişi, xüsusilə möhtərəm, abırlı şəxs olduqda, özü ilə düşünür ki, artıq boş əllə işə başlaya və qazanc üçün fəaliyyətə başlaya bilməz, çünki şeytani əməllə öz sərvətini itirmiş, heysiyyəti təhlükəyə düşmüşdür. Belə şəraitdə nicat yolunu yalnız intiharda görən şəxs, sonda bu fikri reallaşdıraraq öz düşüncəsinə əsasən, özünü cürbəcür fikirlərdən və daxili sıxıntılardan qurtarır.2

Nəql edilmişdir ki, dünyanın tanınmış qumar mərkəzlərindən sayılan Montikarlo şəhərində, bir şəxs 19 saatlıq qumarbazlıqda, dörd milyon dollar pulunu əldən verir, qumarxananın qapıları bağlandıqda, yaxınlıqda olan meşəyə tərəf üz tutur və beyninə açdığı bir güllə atəşi ilə həyatına son qoyur.3

Həftəlik jurnallardan biri yazır: "Qumardan doğan intiharların sayı artmaqdadır, bu xəbərin doğruluğunu Qalub müəssisəsinin nəşr etdiyi statistikadan öyrənmək olar, çünki sözügedən müəssisənin statistikası göstərdi ki, 1961-ci ildə başqa illərdən daha artıq qumarbazlar intihar etmiş və 1960-cı ildə, təkcə Parisdə 12 qumarbaz özünü öldürmüşdür".4


Qumarbazlıq haqda maraqlı əhvalat


Tarixdə yazılıb: Məmun, qardaşı Məhəmmədəminin qətlindən sonra bir gün, Zübeydənin (Əminin anası) yanından keçərkən, Zübeydənin dodağının tərpəndiyini, özü ilə nəsə dediyini gördü. Məmun soruşdu: Ey ana mənə qarğış edirsən?

Dedi: And olsun Allaha ki, xeyr.

Məmun dedi: Bəs nə deyirdin?

Zübeydə dedi: Deyirdim ki, Allah inadkarlığa lənət etsin.

Məmun bu lənətin səbəbini soruşduqda, Zübeydə həqiqəti açıqlamaqdan boyun qaçırdı. Məmun israr etdikdə isə, Zübeydə dedi: Bir gün atan mənə əmr etdi ki, onun qarşısında lüt yeriyim, bu göstəriş isə, qumarda ona uduzduğumun şərtinə əsasən idi. O məni udduğundan istəyinə əməl etməli idim.

Mən çarəsiz saçlarımı daradım, onun qarşısından keçdikdə, saçlarımı qarşıma tökür və ona arxa çevirdikdə isə, saçlarımı başımın arxasına atırdım, şərtimə əməl etməyimə baxmayaraq, atan məni lüt görə bilmədi.

Ancaq buna baxmayaraq əsəbi və qəzəbli idim, elə həmin şərtlə yenidən oyunu davam etdirməyi istədim (mən udsaydım mənim istəyimə əməl olunmalı idi). Bu dəfə oyunu aparmağa çalışdım və sonda oyunu apardım, narahat olduğuma görə atana dedim: Bu dəqiqə aşpaz, kənizlərin ən çirkini, qaraüzlü və aybaşı halında olan ... Faizə ilə cinsi əlaqədə olmalısan. Atan çox yalvardı ki, onu üzrlü hesab etsin və mənə ləl-cəvahirat bağışlamaq vədəsi verdi. Lakin mən qəbul etmədim və inadkarlığım üzündən, ona dedim: Bütün var-dövlətini mənə bağışlasan da faydasızdır. Mən öz şərtimə israr etdim və nəhayət atan o kənizlə əlaqədə oldu. Bu əlaqəylə sənin nütfən bağlandı və nəhayət sən dünyaya gəldin və mənim oğlumu qətlə yetirdin.1

Pasur oyunu (kart oyunu)


Fəqihlər kartla oynamağı, hətta udub-uduzmaq olmasa da, düzgün hesab etmirlər. Bu fətvanın dəlillərindən biri də, pasurun qumar aləti sayılmasıdır. Əgər o, cəmiyyət arasında qumar alətlərindən sayılmazsa, caiz olacaqdır.

Cismi zərərləri


Əziz oxucular, deməyin ki, məgər şərtsiz kartla oynamaq nə kimi zərərə malik ola bilər? Çünki mən bu cümləyə inanan çoxlarını tanıyırdım ki, gecənin yarısına kimi kartla oynayır və səhər görəcəyi işdən qalırdılar, tədricən şərtlə oynamaq (hətta bir kq şirniyyat üçün) ortaya gəldi və daha sonra az-az şərab, siqaret, narkotik maddələrin büsatı açılaraq yaşayışları aradan getdi.

Bu oyunun cismi zərərləri misal olaraq, sadalanan ziyanlardan (narkotika, şərab, siqaretə... qurşanmaq) əlavə bu oyunun yaratdığı yüksək stressi göstərmək olar. Bu həyəcan bir çox ürək, beyin, həzm və qan təzyiqi xəstəliklərinə səbəb olur. Kitabın müxtəlif yerlərində alimlərin nəzərində həyəcanın törətdiyi əngəllərdən söz açdıq.


LƏVAT (Homoseksualizm)


Homoseksualizm, kəskin yasaq qoyulmuş böyük günahlardan biridir. Ləvat edən və edilən şüurlu və həddi-büluğa çatmış olarsa, şəri cəzası onu qılıncla ya daşqalaq etməklə yaxud diri-diri yandırmaqla və ya əl-ayağını bağlayaraq yüksəklikdən yerə atmaqla öldürməkdir. Qətlin növünü isə, şəriət hakimi seçməlidir.

Bu əməldə zinada qeyd etdiyimiz bir çox xəstəliklərdən əlavə, anus dəliyində yığışan mikroblar vasitəsilə ötürülən xeyli sayda xəstəliklər də vardır.



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin