İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri


QƏLBİ GÜNAHLAR VƏ CİSMİ XƏSTƏLİKLƏR



Yüklə 0,79 Mb.
səhifə13/34
tarix09.12.2018
ölçüsü0,79 Mb.
#85734
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

QƏLBİ GÜNAHLAR VƏ CİSMİ XƏSTƏLİKLƏR


Ruhla cisim bir-biri ilə sıx əlaqədə olduğundan, ruh xəstəliyə düçar olduğu zaman, cismə də sirayət edəcəkdir. Platon deyir: "Həkimlərin ən böyük səhvi budur ki, ancaq cismi sağaltmaq əzmindədirlər, hansı ki, fikrə və ruha şəfa vermək haqda bir an da belə düşünmürlər. Halbuki, fikir və cisim bir-birilə sıx əlaqədədir. Bu baxımdan onları ayrı-ayrı düşünmək və ayrılıqda müalicə etmək olmaz".

Cəsarətlə demək olar ki, ruhi çatışmazlıqlar və xəstəliklərin qaynağı, qəlbi günahlar və əxlaqsızlıqlardır. İslam dininə əməl olunaraq qəlbi günahlar insandan silinər və ya azalarsa, bir çox cismi xəstəliklər aradan gedəcəkdir. Misal olaraq, İslam dininin məzəmmət etdiyi bir sıra günahlara nəzər yetirin.

Paxıllıq, eqoistlik, təşviş (iztirab), ümidsizlik (məyusluq) və s. Diqqətinizi alimlərin bu barədə söylədiklərinə yönəldirəm.

"Mayo" klikinakında çalışan doktor "Elvariz" deyir: "Mədə yaralarının azalıb-çoxalması bir çox hallarda, daxili həyəcanın azalıb-çoxalması ilə birbaşa əlaqədədir". Bu söz, mədə ağrısından şikayətlənən klinikaya müraciət etmiş 15 min xəstə üzərində keçirilmiş sınağa əsaslanır. Məlum olmuşdur ki, əsasən qorxu, iztirab, paxıllıq, yüksək eqoistlik, mühitlə uyğunlaşmamaq mədə xəstəlikləri və yaralarının başlıca səbəblərindəndir. Müraciət edənlərin beşdə bir hissəsinin mədə yaralarının heç bir tibbi səbəbi yox idi. Bunu da qeyd edək ki, mədə yarası təhlükəli xəstəliklər sırasında beşinci yerdə durur.

Doktor Uilyam M.G. ABŞ həkimlər birliyində bəyan etdi ki, təşviş dişlərin çürüməsinə səbəb olur. Eləcə də qeyd etdi ki:

"Təşviş, qorxu və nıqqıltıya səbəb olan duyğular və həyəcanlar, bədənin kalsiumunun müvazinətinin itirilməsinə səbəb olaraq, dişləri çürüdür".

Doktor Frevuş "yüz yaşamaq üçün yüz məsləhət" kitabında yazır:

Ümidsizlik düşkünlüyə səbəb olur, düşkünlük isə, bədənin müqavimət sistemini zəiflədərək, sonda müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir.

Dünyanın yüz minlərlə insanı düşkünlüyə düçardırlar (bunun başlıca səbəbi ümidsizlikdir). Araşdırmalar göstərir ki, güclü düşkünlük bəşər ömrünün azalmasına gətirib çıxarır.1

İslam dini ruhi xəstəliklər barəsində heyrətamiz sözlər buyurmuşdur2. İslam bu haqda o qədər zərif, dəqiq və mahiranə məsləhətlər vermişdir ki, bu nurani göstərişlərə əməl edən hər kəs, təkcə ruhi, psixoloji və onun ardınca cismi baxımdan deyil, həm də İslamın dəyərli qanunlarına riayət etməyənlərdən xeyli irəliyə düşəcəkdir.


MÜXTƏLİF


Bu fəsli xüsusi başlıqda deyil, "Müxtəlif" adlandırmağımızın səbəbi əvvəla buna görədir ki, bütün fəqihlər bu fəsldə gələnləri haram bilmirlər. Və həm də bəzən haram sayılsa da, bunlar zati haramlıqlarına malik olmasına görə deyil (yəni zati haramlığa malik deyillər), əslində zərərlərinə görə haram sayılır.

EKSTAZİ


Ekistazi sözü vəcdə gəlmək, dəlilik, divanəlik mənasına olub gecə kulublarında, diskotekalarda və gecə partilərində rəqsgətirici (oynadıcı) dərmanlar kimi istifadə edilir.

Eks həbinin cismi zərərləri


Mütəxəssislərin fikirincə hətta yoxlamaq üçün bir dəfə belə eks tabletkasının istifadəsi çox təhlükəli olub.

Doktor Nuri deyir: "Bu dərmanların zərərləri sırasında görmə qabiliyyətində çatışmazlıqlar, iştahın azalması, görmə nazaslıqları (reallıqda olmayan əşyaların gözə görsənməsi), ürək döyüntülərinin və qan təzyiqinin artması, qərarsızlıq, bədənin temperaturunun qeyri-münasib dəyişkənliyi və su və maye içməyə ehtiyac özünə yer tutur. Bəzən isə, uzunmüddətli sağalmaz və hətta ölümlə nəticələnə bilən ziyanlar vura bilər.

Amma ekstazi həbi digər təhlükəli fəsadlara da malikdir. O cümlədən hipotalamusun fəaliyyətinin pozulması, fərdin danışıq və rəftarında öz nəzarətini əldən verməsi, qısa müddətli yaddaşda pozuntunun yaranması, çox miqdarda bədənə daxil olmuş suyun xaric olmamasından dolayı beyin şişinin mümkünlüyü, duz və eliktrolitlərin azalması, cinsi problemlər, uzun müddətli düşkünlük duyğusu, baş ağrısı, baş gicəllənməsi və yuxusuzluq, dəliliyi göstərmək olar".

Bu ekspertin sözünə görə "hər şeydən çox təhlükə yaradan və sonda ölümə səbəb olan faktor, bu dərmanların hazırlanmasında istifadə edilən qeyri-xalis maddələrdir". 1


TATUİROVKA ETMƏ (Bədənə şəkillər döymə)


İslamda caiz olmayan və mərcəi-təqlidlərdən bəzilərinin haram sandığı əməllərdən biri də, Tatuirovkadır.2 . Tatuirovkanın ziyanlarından bir hissəsinə işarə edirik.

Tatuirovkanın cismi zərərləri


Tatuirovka iki yolla xəstəliyə səbəb olur.

1- Qan və Tatuirovka üçün istifadə edilən vasitələrlə

Yoluxucu xəstəliklər üzrə mütəxəssis doktor Kərimi bu barədə deyir:" QİÇS, hepatit B, hepatit C kimi xəstəliklərin amili virusdur. Bu viruslar qan və bu virusa aludə olmuş alətlərlə ötürülür. Bəzən Tatuirovkalar eyni alətlərlə qeyri-gigiyenik surətdə həyata keçirilir. Bu da bir sıra şəxsin infeksion xəstəliklərə yoluxmasına səbəb olur. Əslində bu şəxslər bədənlərinin sağlamlıqlarını onun gözəlliyinə qurban verirlər.

Aparılmış araşdırmalara əsasən hal hazırda İran xalqının 2-3 milyon nəfəri, hepatit B xəstəliyinin daşıyıcısıdırlar. Həmçinin təxmin edilir ki, təqribən 200 mindən 300 min nəfərə qədər şəxs, hepatit C xəstəsidirlər. Eləcə də belə nəzərə gəlir ki, bu xəstəliyə yoluxmuş şəxslərin 2-dən 5% kiminin səbəbi Tatuirovkadır. Geniş miqyaslı tədqiqatlar göstərir ki, bədənə şəkillər döydürmüş şəxslər, başqalarından daha çox hepatit C xəstəliyinə yoluxurlar. Bundan əlavə hepatit B, cüzam və vərəm kimi digər yoluxucu xəstəliklər Tatuirovka vasitəsilə ötürülür.

Birdəfəlik iynələrlə Tatuirovka


İlk baxışda nəzərə çarpır ki, səhiyyə nazirliyinin təsdiq etdiyi birdəfəlik iynələrdən istifadə etmək, Tatuirovkaya aludə olmuş iynələrlə yoluxmuş bu xəstəliklərin qarşısını almaq üçün ən əlverişli yoldur. Ancaq doktor Kərimi bu barədə deyir: "Stril iynələrindən istifadə etmək, qan vasitəsilə ötürülən xəstəliklərə yoluxma ehtimalını azaldır. Amma əsasən gözəllik salonlarında bulaşıq fəza, Tatuirovkanın heç də münasib olmayan mühit şəraiti və buna bənzər faktorlar xəstəliyə yoluxma ehtimalını artırır.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin