İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 0,79 Mb.
səhifə14/34
tarix22.10.2017
ölçüsü0,79 Mb.
#9147
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

Ənənəvi məkanlarda Tatuirovka


Tatuirovka edilən gözəllik salonlarının ümumi mühitinin qeyri-münasib şəraiti və aludə fəzasından yaxa qurtarmaq üçün, ənənəvi məkanlara üz gətirmək olmaz. Doktor Komeyli bu barədə deyir: "Ənənəvi və aludə məkanlarda Tatuirovka etmək, Tatuirovka xəstəliklərinə yoluxma ehtimalını artırır".

2- Tatuirovka üçün istifadə edilən rənglər vasitəsilə.

Bu barədə doktor Kərimi deyir: "İynədən başqa, Tatuirovkada istifadə edilən rənglər də təhlükə yarada bilər. Ümumiyyətlə, Tatuirovkada istifadə edilən rəng maddələri yağdan, bitki şirəsindən və heyvan sürməsindən və ya dəmir, və kobalt kimi yeraltı maddələrin karbonundan alınır. Amma bəzən müşahidə edilmişdir ki, hətta mürəkkəb yaxud avtomobilin yanmış yağından da istifadə edilir". Dəri həkimləri xəbərdarlıq edirlər ki, bir sıra rənglərdə xərçəng xəstəliyi yaradan, bəzən də, şiddətli allergiyaya səbəb ola bilən maddələr vardır.


Təbii rənglər süni rənglərdən daha pisdir


Bəziləri güman edirlər ki, təbii rənglərdən istifadə etsələr, problem həll olunacaqdır. Amma dəri mütəxəssisi doktor Həmid Komeyli bu barədə deyir: "Bir neçə vaxt bundan öncə Almaniyada tədqiqat zamanı, təbii rənglər kimi istifadə edilən 23 növ Tatuirovka rəngləri sınaqdan keçirildi. Bu araşdırmanın nəticəsinə əsasən, dəri altına daxil olmuş rənglərin təqribən hamısı (hətta təbii xına rəngi) xərçəng xəstəliyi törədən maddələrə malikdirlər".

Ekspertlərdən bəzisinin fikrincə, süni rənglərin əksinə olaraq təbii rənglərin sabit kimyəvi quruluşu olmadığından, dərhal parçalanaraq zərərləri maddələri qan dövranına ötürürlər. Bu baxımdan demək olar ki, təbii rənglərlə Tatuirovka etmək, hətta süni rənglərdən daha təhlükəlidir. Bu növ Tatuirovkada allergiyaya və eqzimaya yoluxma daha tez baş verə bilər.1


SİQARET


Siqaret haqqında mərcəi-təqlidlərin çoxunun fətvası bundan ibarətdir ki, siqaret diqqətçəkici və ağır zərərə səbəb olarsa, onun istifadəsi caiz deyildir, haramdır.

İndi isə, tütün məhsullarının zərərlərini qeyd edirik. Bu zərərlərin əhəmiyyətli olub-olmaması haqda mühakimə yürütməyi isə, oxucunun öz öhdəsinə buraxırıq.


Tütün məhsullarının bəzi cismani zərərləri aşağıdakılardan ibarətdir.


1. Xərçəngə yoluxma

Siqaret bədəndə 20 növ xərçəng xəstəliyinin yaranmasında başlıca amil və ya köməkçi rolunu oynayır.1 Buna misal olaraq qida borusu xərçəngini, bütün tənəffüs üzvləri xərçəngini, o cümlədən ağciyərləri göstərmək olar.

"Daneşmənd" jurnalı yazır: "Siqaret nikotin və menoksidkorben kimi öz öldürücü tərkib hissəsi ilə, bədən üzvlərində, ağciyər və bağırsaqlarda ölümlə sonlanan xərçəngyaradıcı virusların törənməsinə zəmin yaradır.

"Səlamət" həftəlik jurnalı yazır: "İspanıyalı alimlər geniş araşdırmadan sonra kəşf etmişlər ki, siqaretin tərkibi müxtəlif zəhərli və xərçəngtörədici maddələrlə doludur. İndiyə kimi həkimlər siqaretdə 4560 zəhərli maddə və 60 xərçəngə səbəb olan maddə aşkar etmişlər.2

2. Yaddaşı zəiflədir

Əgər siqaret çəkir və ağciyər xərçəngindən və 70 cür digər xəstəliklərdən nigəran deyilsizsə, yeni bir araşdırmanın nəticəsinə diqqət yetirin. "Fukus" alman jurnalında yazılmışdır ki, siqaret çəkmək insan sağlamlığına ziyan yetirməklə yanaşı, beyinin iş fəaliyyətinin ölçüsünü azaldaraq, şəxsi kütbeyin edir. Almaniya və İngiltərədə tədqiqatçılar 11 və 64 yaş arası şəxslərin qavrama dərəcəsini ölçərkən bu nəticəyə çatmışlar ki, üzün illər boyu siqaret çəkən şəxs qocaldıqda, sağlam və qüdrətli fikrə, düşüncəyə malik olmur.3

3. İştahanı azaldır

4. Qidanın həzmini ağırlaşdırır.

"Daneşmənd" aylıq jurnalında1 gəlmişdir ki, yeməyin qıcqırmasının və qaytarılmasnın səbəblərindən biri də siqaretdir.

5. Sümük boşluğu (Revmatizm).

Sözügedən jurnal2 yazır: "Sümüklərin boşalmasının faktorlarından biri də, tütün məhsullarının istifadəsi tanıtdırılmışdır".

6. Ürək infarktı.

"İnfarktla nəticələnən təhlükəli amillərdən biri də, siqaret çəkməkdir. Tütün məhsullarının istifadəsi ürəyin ürək əzələlərində qan dövranını azaldır. Ürəyiniz üçün görəcəyiniz ən gözəl iş, siqareti kənara qoymaqdır".3

"Beynəlxalq gigiyena mərkəzinin ən yeni statistikasına əsasən, ürəklə bağlı ölənlərin ən azı 40%-i və dünyada ölənlərin 12,5%-nın səbəbi, həmin arıq əndamlı qatildir. Həkimlər xəbərdarlıq edirlər ki, hər 10 saniyədə bir nəfər siqaret çəkilməsi ucbatından dünyanın bir guşəsində həyatını əldən verir. Eləcə də, 2025-ci ilə kimi, siqaretdən ölənlərin sayının on milyona çatması proqnozlaşdırılır.4

7. Cinsiyyət üzvünün iş qabiliyyətini və fəaliyyətini zəiflədir.5

8. Yuxu sistemini qarışdırır və oyanmanı çətinləşdirir.

9. Dərinin qırışlarını artırır.6

10. Ümumi iş qabiliyyətini və faliyyəti azaldır.

11. Tənəffüsü qoxulu edir (ağız iyi).

12. Görmə qabiliyyətində əngəl yaradır.

13. Nəfəs borularını qıcıqlandırır (boru qıcıqlanmalarının xarici amillərə təsirinə girişi).

14. Hormonları və daxili və xarici selikli qişaları zəhərləyərək fasid edir (çünki zəhər bu yollarla dəf edilir).

15. Bədənin C vitaminini tələf edərək, bədəni C vitamini çatışmazlığı ilə üzləşdirir.

16. Dişləri saraldaraq çürümələrini tezləşdirir.1


Həyat yoldaşları üçün siqaretin təhlükələri


Amerikalı tədqiqatçılar ərlərin siqaret çəkməsini və onların siqaret çəkməyən qadınları arasında beyin infarktının yayılmasını Çinin Şankhay şəhərində 60 min kişi arasında araşdırmışlar. Tədqiqat bəlli etmişdir ki, ərləri hazırda siqaret çəkən qadınlar, ərləri heç vaxt siqaret çəkməyən qadinlarla müqayisədə, 47% daha artıq beyin infarktına məruz qalırlar".2

Öz uşaqlarınıza rəhminiz gəlsin


Doktor Qulamrzanejad öz müsahibəsində deyir: "Uşaqlar (valideynlərinin siqaret çəkməsi nəticəsində) çox zərər görürlər, çünki həssasdırlar. Mən həmişə deyirəm, bizim damarlarımızın cəftəsi, bu gün vurduğun lakin sabah səsi çıxacaq təbilə bənzəyir. Bu uşaqlar bu ata və ananın siqaret çəkməsinin təsiri altına düşməsələr də, ondan ziyan görməsələr də, ancaq onun zərərləri gələcəkdə onların yaxasından yapışacaqdır".3

İngiltərədə hər il 17 min uşaq valideynlərinin siqaret tüstülərini iyləməsi nəticəsində xəstəxanalarda yatırlar. Uşağın siqaret çəkən vaildeynindən təsirləndiyi xəstəliklərin bəzisi aşağıdakılardan ibarətdir:



1- İnfeksiya

Uşaqların infeksiyasının 13%-i valideynin siqaret çəkməsi ucbatındanır. Yəni yazıq uşaqlar infeksiyadan yaranan qulaq ağrısını valideynlərinin eqoistliyinə görə dözməlidirlər.1



2- Astma

Yenə də uşaqların astmasının 13%-i valideynin siqaret tüstüsü nəticəsində meydana gəlir.2



3- Siqaret nəticəsində uşaqların qəfil ölümü

İldə 2700 amerikalı körpə valideynin siqaret tüstüsünü udma nəticəsində yaranan qəfil ölümlə həyatlarını dəyişirlər.3



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin