Исламда нүмунәÂИ Ãадынлар



Yüklə 1,31 Mb.
səhifə20/33
tarix18.06.2018
ölçüsü1,31 Mb.
#54113
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

4-Məhəbbət


Evlənərkən digər bir me’yar evlənənlərin bir-birinə meyli, məhəbbətidir. Bu me’yar ödəndikdə ailənin bünövrəsi möhkəm olur, ailə hadisələr qarşısında dözümlə dayanır.

Əgər oğlan və ya qızda evlənməyə meyl yoxdursa, ata-ana onu məcbur etməməlidir. Məcburi evlənmə e’tibarsız və dözümsüzdür. Təəssüf ki, bə’zi ailələrdə mövcud olan belə yanlış qayda yeni ailənin ruhsuzluğuna, bədbinliyinə səbəb olur. Nəticədə ya ömür boyu peşimanlıq hökm sürür, ya da qalmaqallar ailə ocağını dağıdır. Çünki məhəbbət olmayan yerdə ən kiçik nöqsan böyük bir ixtilafa çevrilir. Məhəbbət zor gücünə yaranmadığından kimsə ər-arvad arasında ülfəti bərpa edə bilmir. Rəvayətlərdə qeyd edilib ki, evlənmədə əsas ər-arvad arasındakı məhəbbətdir, başqalarının müdaxiləsi faydasızdır.

Bir şəxs imam Sadiqdən (ə) sual edir ki, mən bir nəfərlə evlənmək istəyirəm, amma atam başqa birini nəzərdə tutub. İmam buyurur: «Meyar atanın yox, sənin istəyindir».1 Başqa bir rəvayətdə imam Kazimdən (ə) rəvayət olunur ki, meylin olan adamla evlən. («Vəsail» cild 14). Ailə qurmaq üçün ən yaxşı qızlar ağıllı, kamallı, ədəbli qızlardır. Eləcə də evlənərkən meylin olsun!

5-Gözəllik


Həyat yoldaşı seçərkən me’yarlardan biri də gözəllikdir. Necə ki, Peyğəmbər (s) buyurur: «Mənim ümmətimin ən yaxşı qadınları onların ən gözəlidir ki, mehriyyəsi az olsun».2 Yenə buyurulur: «Xeyr və səadəti xeyirxahlar arasında axtarın». «Gözəl və dindar qadın insan səadətinin tə’minatçısıdır».3 «Səfinətül-bəhar» da nəql olunur ki, iti ağıllı və qara gözlü qadınlarla evlənin.

Əsil me’yar


Bəli, cismani gözəllik rəvayətlərdə me’yar kimi göstərilib. Lakin əsil me’yar tamam başqadır. Cismani gözəlliyə görə digər keyfiyyətləri nəzərdən qaçırmaq olmaz. Çünki gözəllik ailə əsası olan məhəbbəti yaratmağa qadir deyil. İmam Sadiq (ə) buyurur: «Bir fərdin gözəlliyinə görə onunla evlənən şəxsi Allah həmin meyarın öhdəsinə buraxar [onun gözəlliyi bir vaxt gedəcək]. Amma dininə görə evlənərsə, ona gözəllik, var-dövlət əta olunacaq».1

6-Maddi tə’minat


Həyat yoldaşı seçərkən nəzərə alınası me’yarlardan biri maddi tə’minat məsələsidir. Ər-arvadın uyğun olması haqqında imam Sadiq (ə) buyurur: «Uyğun olmaq budur ki, dindar imanlı olsun».2

Maddi tə’minat nədir?


Burada məqsəd o deyil ki, insana atasından və ya başqa mənbədən müftə var-dövlət çatsın. Başqalarının zəhməti ilə qazanılmış bu sayaq var-dövlətin heç bir fəziləti yoxdur. Digər tərəfdən insanda müdiriyyət, iqtisadi faydalanma ləyaqəti yoxdursa, ona Qarunun xəzinəsini də versən az müddətdə havaya sovuracaq.

Maddi tə’minat dedikdə insanın çalışqanlığı, iqtisadi bacarığı nəzərdə tutulur. İnsan öz ləyaqəti ilə ağlını, qüvvəsini işə salıb halal ruzi üçün çalışmalıdır. Bununla o başqalarına ehtiyac olmadan alın açıqlığı ilə öz dolanışığını tə’min edər. Bu me’yar ailənin dolanışıq yükü çiyinlərinə düşmüş kişiyə aiddir. Kişidə bu ehtiyacları ödəmək ləyaqəti olmalıdır.


7-Ərə qayğı və evdarlıq


Dolanışıq məs’uliyyətinin kişinin üzərinə düşməsinə qarşılıqlı olaraq bir me’yar da vardır ki, qadına aiddir və bu ərə qayğı, evdarlıq, tərbiyə məsələsidir. Əlbəttə, həyat yoldaşına qayğı və tərbiyə müştərək vəzifədir. Ev işləri və ərə qayğı qadının mühüm vəzifəsidir. Övlad tərbiyəsi də ananın üzərinə düşür. Ona görə də həyat yoldaşı seçilərkən qadın üçün me’yarlardan biri onun ərə qayğı, evdarlıq və övlad tərbiyəsi məsələləri ilə tanışlığıdır. Belə ki, onu nəyə isə də’vətə, nədənsə çəkindirməyə ehtiyac qalmamalıdır. Hətta qadının ərə qayğısı kişinin cihadi ilə yanaşıdır.1 Bu sayaq hədislər qarşıda şərh ediləcək.

Digər bir rəvayətdə buyurulur: «Evlənmək üçün qızların ən yaxşısı başqa meyarlardan əlavə onun ərə qayğı, evdarlıq övlad tərbiyəsi məsələləri ilə tanışlığıdır».2

Bunlar o qədər mühüm me’yarlardır ki, onlara əməl etməklə övlad tərbiyəsi üçün şərait yaranır. Əlbəttə, dini göstərişlər bu qədər də yığcam deyil. Addım-addım, mərhələ-mərhələ göstərişlər verilir ki, cəmiyyətə sağlam, pak övladlar qədəm qoysun. Növbəti hissələrdə bu mərhələlər haqqında danışacağıq.

AİLƏ ƏXLAQI

1-Dərin sevgi


Əvvəldə qeyd etdik ki, ailənin iki mə’nəvi əsasından biri məhəbbət, digəri bağışlamaqdır. Evlənmənin üç hədəfi o zaman ödənilir ki, bu iki əsas möhkəm olsun. Ailədə məhəbbət və güzəştə getmək varsa, sakitlik və rahatlıq da olacaq. Onun sayəsində övlad tərbiyəsi də mümkün olur. Çünki sakitlik məhəbbət və güzəştə getmədən başlayır. Nəticəsi sakitlik olan evlənmənin hədəfinin bəyanından sonra dərhal məhəbbət və güzəştə getmədən danışılır. Çünki məhəbbətsiz, güzəştsiz ailədə sakitlik də ola bilməz. Söz-söhbət, qalmaqal olan ailədə övlad tərbiyəsi mümkün deyil.

Ona görə də Qur’an və rəvayətlər dəri sevgini tə’kid edir. Sə’y göstərilir ki, ər-arvad arasında mümkün qədər səmimi münasibətlər qurulsun və ixtilaf yaradan amillərdən çəkinilsin.

Qur’ani-kərim məhəbbəti qarşılıqlı bilir. Qadın kişini, kişi də qadını sevməlidir. Qur’an buyurur ki, məhəbbət iki tərəfin arasında qərarlaşıb. Rəvayətlərdə də kişinin qadına, qadının kişiyə məhəbbəti tə’kid edilib. Həyat yoldaşına məhəbbət nişanəsi, imanın böyüklüyüdür. İmam Sadiq (ə) buyurur: «İmanın artımı ailəyə məhəbbəti yüksəldir». Başqa bir rəvayətdə nəql olunur ki, ailəyə dərin sevgi peyğəmbərlərin əxlaq üsullarındandır.1

Layiqli həyat yoldaşının xüsusiyyətlərindən biri də ərə dərin məhəbbətdir. («Vəsail» cild 14). Qadınların ən yaxşısı doğumlu, ərini sevən, pak qadınlardır.

Məhz əhəmiyyətli olduğu üçün ər-arvadın məhəbbəti ilahi nişanələrdən hesab olunur. Bu məhəbbət o qədər dərin və özünəməxsusdur ki, onu heç nə əvəz edə bilməz. Həzrət Peyğəmbərdən (s) nəql olunub: Ər məhəbbətini heç əvəz edə bilməz». («Nurus-səqəleyn» cild 4). Əlbəttə, kişi üçün də yoldaşı ilə münasibət əvəz olunmazdır. Məhəbbətin əhəmiyyətli roluna görə onu dərinləşdirən amillər – məhəbbətin izharı, qarşılıqlı ehtiram, gözəl ünsiyyətə rəğbətləndirilir, onu zəiflədən amillərdən çəkindirilir. Bu iki qaydaya əməl etdikdə məhəbbət qorunur.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin