Исламда нүмунәÂИ Ãадынлар


Soyuqluq yaranmasından çəkinmək



Yüklə 1,31 Mb.
səhifə23/33
tarix21.10.2017
ölçüsü1,31 Mb.
#8151
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

Soyuqluq yaranmasından çəkinmək


Digər tərəfdən inamsızlıq yaradan bütün işlərdən ciddi şəkildə çəkinmək lazımdır. İki həyat yoldaşı soyuq münasibət, ədəbsiz danışmaqdan uzaq olmalı, bir-birlərini incitməməlidirlər. Ailədə ehtiramsızlıqdan, diqqətsizlikdən, dost-tanışa qarşı hörmətsizlikdən, ailə işlərinə laqeyidlikdən çəkinmək vacibdir.

Ailə işlərinə diqqət


Evdən kənarda işləyən kişi evə gəliş-gediş vaxtını tənzimləməlidir. Üzürsüz səbəbdən evə gəliş vaxtını dəyişməməlidir. Eləcə də qadın evdən kənarda işləyirsə, öz gəliş-gediş vaxtının tənzimlənməsinə kifayət qədər diqqətli olmalıdır.

Kişi işdən sonra ailə ağuşunda istirahəti özünə vacib etməlidir. Evdən kənarda istirahətlərdən, qayıtma vaxtına diqqətsizlikdən çəkinməlidir. İmam Sadiqdən (ə) nəql olunub: «Ailəsinin yaşadığı şəhərdə kişinin başqa yerdə istirahət etməsi düzgün deyil».1 Bəli, qadın və kişi soyuqluq yaradan bütün işlərdən uzaq olmalıdırlar. Ailənin ən mühüm əsası olan səmimiyyət və məhəbbətə bais olan bə’zi əxlaqi məsələlərdən danışıldı.


2-Əfv və güzəştə getmək


Ailə bünövrəsinin ikinci əsası əfv etmək, güzəştə getməkdir. Cəmiyyətdə daim büdrəmələr, hüquq pozğuntuları olur. Bə’ziləri buna mübtəladır. İctimai münasibətlərdə büdrəməyən, kiminsə haqqını tapdalamayan adam azdır. Dinin ilk göstərişi başqalarının hüququnu gözləməkdirsə də, insan həyatı büdrəmələrsiz ötüşmür. Səhvlərdən ixtilaf, dava-dalaş yaranmaması üçün əfv etmək, güzəştə getmək əmr olunub. Bu xüsusiyyət insanın böyüklüyünə dəlalət edir. Dini əsərlərdə bu əməl tə’kid olunur, çünki güzəştə getmək düşmənçiliyi aradan qaldırır.

Bu insanın səhvini bağışlamaq düşmənçiliyin dostluğa çevrilməsinə səbəb olur. Mö’min insanlar arasında düşmənçiliyi aradan qaldırmaq hünərdir.

Əfv və güzəştə getmənin ümdə rolu düşmənçiliyin aradan qaldırılması və onun dostluğa çevrilməsidir. Qur’an buyurur: «Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda aranızda düşmən olan şəxsi sanki bir dost görərsən».1

Kiçik cəmiyyət olan ailədə də, güzəştə getmək eyni funksiyanı daşıyır. Müştərək həyatda bə’zi büdrəmə baş verir və tərəflər bir-birlərinin hüquqlarını tapdalayırlar. Hansı ki, birinci göstəriş hüquqlara riayət etməkdir.


Səhv olubsa, nə etməli?


Əgər səhv olubsa, nə etməli? Səhvin ardınca düşüb, kiçiyi böyütmək, dava-dalaş salmaqmı? Yoxsa səhvi bağışlayıb səmimiyyətə, məhəbbətə yol açmaqmı? Qur’an və Əhli-beyt ikinci yolu göstərir.

İslam ailə əsaslarını möhkəmləndirmək üçün məhəbbətin qorunmasında sə’y göstərdiyi kimi, büdrəmələr zamanı da çalışır ki, güzəştə getməklə ixtilaflar aradan qalxsın.

Qur’ani-kərim ailənin bir əsasını məhəbbət, digərini əfv və güzəşt kimi bəyan etməklə buyurur: «Ər arvad arasında həm məhəbbət, həm güzəşt qərar verildi ki, bir-birinin səhvini bağışlamaqla məhəbbəti möhkəmlətsinlər». Məhəbbət güzəştə, güzəşt isə daha böyük məhəbbətə səbəb olur.

Rəvayətlərdə də bu nöqtəyə işarə olunub ki, ailə münasibətlərində səhvlərə göz yumulsun. Belə olsa, həyat şirin və səmimi olar. İmam Sadiq (ə) buyurur: «Həyat yoldaşının minatına, geyiminə diqqətli ol, onun səhvlərini bağışla».1


Eybi örtmək


İslamda mal və can kimi xalqın abır-isməti də möhtərəmdir. Kimsənin xalqın abır-ismətinə toxunmaq hüququ yoxdur. Başqalarının sirrini öyrənmək üçün axtarış, casusluq olmaz. Casusluq haramdır və bu Qur’an əmridir.2

Əgər biri təsadüfən digərinin sirrindən xəbərdar olmuşsa, onu yaymamalıdır. Sirrin qorunması hər bir müsəlman üçün vəzifədir.


Sirrin qorunması


Sirrin qorunması bir vəzifədir və ailə daxilində bu vəzifəyə əməl olunmalıdır. Ailə sirlərin açıldığı yerdir. Az adam öz sirrini həyat yoldaşından gizlədə bilər. Yaxın münasibət batini zahirə çıxarır. Ailə daxilində sirr saxlamağa imkan yoxdur. Bu sirr ailəyə mə’lum oludqda isə onun kənara çıxmasına yol verməməlidir. Ailə sirrinin açılması ailə əsaslarına zərbə vurur, onun adına nöqsan gətirir.

Qur’ani-kərim bu mühüm əsası kiçik bir cümlədən bəyan edib, ər-arvad haqqında buyurulur: «Onlar sizin, siz onların libasısınız». Libas insanın eyblərini örtdüyü kimi, qadın və kişi də bir-birlərinin eyblərini örtüb, sirrlərini açmamalı, bir-birlərinin şəxsiyyətinin alçalmasına yol verməməlidirlər.

İki mehvərdə qələmə alınanlardan bə’zisi əhəmiyyətli ailə əxlaqı əsaslarındandır. Növbəti hissədə zikr ediləcək məsələlər evlənmənin məqsədlərinə, layiqli övlad tərbiyəsinə nail olmaq üçün şərait hazırlayır.

Tərbiyə üsulu: Uşağın tərbiyə qəbulu


Uşaqlıq dövrü insanın formalaşdığı, tərbiyə qəbul etdiyi ən həssas dövrlərdəndir. Uşağın xoşbəxtlik və ya bədbəxtlik və’də edən şəraitdə doğulmasına baxmayaraq, onun tərbiyə qəbulunda həssaslığı hər şeyi dəyişə bilər. Uşaq xoşbəxtlik və’d edən şəraitdə doğulub, tərbiyə üsulunun pozulması ucbatından yolunu aza da bilər. Hər şey əksinə də ola bilər – şərait bədbəxtlik və’d edər, tərbiyə xoşbəxtliyə aparar.

«Vəsail»də uşaqlıq dövrü haqqında buyurulur: «Uşaq qəlbi hər toxumu qəbul edən torpaq kimidir». Tə’kid olunur ki, insanın tərbiyəsinə uşaqlıq dövründə əhəmiyyət verilməlidir. Əgər boş qəlb sahibi olub, ona toxum səpsən, sahibi də sənsən. Yubansan başqaları onu öz ixtiyarına alacaq. Uyğun bir misal: Ölü torpağın sahibi onu dirildəndir.

İmam Sadiq (ə) buyurmuşdur ki, azğın güruhlar sizin uşaqlarınızı və cavanlarınızı ələ keçirməmiş özünüz onlara sahib olub, ilahi maariflərlə tanış edin.1 Digər bir rəvayətdə isə buyurulur ki, uşaqları, gəncləri ələ alın, onlar xeyr və səadətə yaxındırlar və tərbiyəni asan qəbul edirlər.

Əgər bu dövrdə düzgünlük və ya azğınlıq şəraiti yaranarsa, onu aradan qaldırmaq çox çətindir. Çünki rəvayətlərdə xəbərdarlıq olunub ki, uşaqlıq dövründəki bir təhrikedici səhnə həmişəlik qalacaq.2 Ər-arvadın yaxınlıq etdiyi otaqda uşaq oyaqdırsa və ya onları görürsə, nəfəslərini eşidirsə, o uşaq heç zaman doğru yolda olmayacaq. Tərbiyə məsələlərində səhlənkarlıq, hətta bir əsasa əməl etmək qarşısıalınmaz nəticələrə gətirir. İslam tərbiyəyə o qədər əhəmiyyət verir ki, hətta uşağın hüzurunda təhrikedici səhnəni də qadağan edir.

Uşağın asan tərbiyə götürdüyünü nəzərə almaqla tərbiyə üsuluna diqqət edilməlidir. Bu işdə səhlənkarlıq rəva deyil. Bu böyük ilahi bir məs’uliyyətdir. Heç bir iş Allah yardımı olmadan həyata keçmir və bu işdə də Ondan lazımınca yardım diləmək lazımdır. İmam Səccad (ə) bu işdə Allahdan yardım istəyərək ərz edir: «Xudaya, bizə övlad tərbiyəsində onlara ədəbdə yaxşılıqda yardım et».3

Allah-təala inkişafın müxtəlif mərhələsində pillə-pillə bizə yollar göstərir. Ümid var ki, Onun köməyi ilə bu üsulu öyrənib, tətbiq etməyə müvəffəq olaq. İndi uşağın müxtəlif inkişaf mərhələləri üçün tərbiyə üsullarının bə’zilərini bəyan etdirik.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin