Исламда нүмунәÂИ Ãадынлар


Uşaqlar arasında təşviq və rəqabət



Yüklə 1,31 Mb.
səhifə26/33
tarix21.10.2017
ölçüsü1,31 Mb.
#8151
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

Uşaqlar arasında təşviq və rəqabət


İnsan fitrəti kamillik və fəzilət sorağındadır. İslam da kamillik və fəzilət dini olduğundan bəşəriyyətin fitrətinə uyğundur. İslam uşağın tərbiyəsində, onun kamillik və fəzilətə də’vətində tənbeh və zora yol vermir. Uşağı öz dilində başa salmaqla, təşviq etməklə onun iste’dadları kamilliyə yönəldilir. Əgər bir uşaq bilməzlikdən səhv etmişsə, onu dərhal tənbeh etmək olmaz. Onu pis işlərin nəticəsi ilə tanış etməklə, kamilliyə həvəsləndirməklə səhvlərdən çəkindirmək lazımdır.

Əgər bu işlər cavanı pis işlərdən çəkindirməkdə tə’sirsiz olarsa, islam heç vəchlə günahla razılaşmadığından son tədbir kimi tənbehdən istifadə etmək olar. Ona görə də islami hökumət, hakim göstəriş verir ki, günahkar şəxs yetkinlik yaşına çatmasa da tənbeh olunsun. İmam Sadiqdən (ə) belə nəql olunur ki, yetkinlik yaşına çatmamış günahkar tənbeh olunsun.2 Əlbəttə ki, burada tənbeh hakimdən və həmin gəncin tərbiyəsinə məs’ul olan şəxsdən aslıdır.

Amma islamın üsulu, tərbiyə yolu təşviqdir. İstər fəzilətə də’vətdə, istərsə də günahdan çəkindirməkdə təşviqin rolu böyükdür. Təşviq yalnız sözdə məhdudlaşmır. Kamilliyə yiyələnmək üçün uşaqlar arasında rəqabət yaratmaq, onlara özlərini aşkarlamaq üçün imkan vermək lazımdır. Onlara lütf və məhəbbət göstərmək, kamillik və hünərə görə fərqləndirmək məqsədəuyğundur. Qabiliyyətə görə fərqləndirmə özü bir ədalətli tərbiyə üsuludur. Sənət öyrədilməsi bəhsində deyiləcək ki, üstünlük göstərən uşaqlara hədiyyə verilməsi necə də zəruridir. Peyğəmbər (s) və imamların həyatında da bu qaydanı müşahidə edə bilərsiniz. Mə’nəviyyat və fəzilətcə başqalarından fərqlənənlərə daha artıq məhəbbət göstərilməsi mənfi fərqləndirmə deyil. Qur’anda həzrət Yə’qubun (s) övladları haqqında buyurulur: Bir zaman belə demişdilər: «Biz bir dəstə olduğumuz halda Yusif onun qardaşı atamıza daha əzizdirlər». Qur’an bu fikri inkar etmədiyindən mə’lum olur ki, malik olduqları ləyaqətlərə görə Yə’qub bu iki övladını daha artıq sevmiş və düzgün ölçülərlə onları fərqləndirmişdir. Yə’qub (ə) mə’sum peyğəmbərlərdəndir və günahdan uzaqdır. Onun mövqeyini, yolunu Qur’an təsdiq edir.

İmam Sadiqin (ə) həyatından nəql olunur ki, İmam (ə) oğlu Abdullahı nəsihət edəndə Abdullah ərz etdi: «Məgər Musa ilə mən eyni kökdən deyilikmi?! Atamız əslimiz birdir. Bəs üçün Musaya daha çox diqqət yetirilir

Abdullahın bu sualı Yusifin qardaşlarının mövqeyinə uyğundur. İmam Sadiq (ə) Musaya daha çox diqqət yetirməsinin səbəbini belə izah edir: «Musa mənim canımdır, amma sən mənim övladlarımdan birisən». İmam (ə) bu cümlə ilə Musanın ləyaqətini bildirir.

Bu həqiqət imam Museyi Kazimin (ə) (Musanın) öz dilindən də nəql olunmuşdur. Ondan soruşulanda ki, övladlar arasıda fərq qoyula bilərmi? Belə buyurub: «Bəli, atam mənimlə qardaşım Abdullah arasında fərq qoyardı». Bu qayda başqa imamların haqqında da nəql olunub.1

Beləliklə, ilahi me’yarlara, ləyaqətlərə görə uşaqları fərqləndirmək peyğəmbərlər məktəbinin tə’kididir. Əgər qardaşları Yusifi sevimli olmasına dözməyib, günah etdilərsə, bu onların öz səhvləridir. Əgər onlar öz fitrətlərinin, vicdanlarının səsinə qulaq assaydılar, həmin mövqedə dayanmazdılar. Çünki hər bir insanın vicdanı düzgün ölçülərlə fərqi qəbul edir. Uşaqlar arasında biri öz bacarığına görə fərqləndirilirsə, bu diqqət o biri uşaqları naharat etmir. Əksinə, onlar da daha çox məhəbbət qazanmaq, fərqlənmək üçün həvəslənir, sə’y göstərirlər. Uşaqlara və cavanlara əzab verən haqsız, yersiz fərqləndirmədir.

Buna görə də tərbiyə üsullarından biri uşaqları kamillik və fəzilətə həvəsləndirmək, müsabiqələr keçirmək, düzgün ölçülər əsasında onları fərqləndirməkdir.


Uşağı azad buraxmaq


Uşağa nəzarət etmək, onu nöqsanlı işlərdən çəkindirmək ata və ananın vəzifələrindəndir. Amma bu nəzarətdə ifrata varıb, uşağın oyunlarına məhdudiyyət qoymaq olmaz. Uşaq azad buraxılmalıdır ki, öz meyli istədiyi zaman oyuncaqlarla və ya uşaqlarla oynasın. Yə’ni hansı oyunu seçmək onun öz ixtiyarında olmalıdır. Bu azadlıq onun iste’dadını inkişaf etdirər, şəxsiyyətini ucaldar. Uşaqlarda oyuna böyük meyl var və onları azad buraxarkən razı qalırlar. Dini göstərişlərdən biri də uşağı yeddi yaşınadək azad buraxmaqdır. İmam Sadiq (ə) buyurur ki, övladlarınızı yeddi yaşınadək azad buraxın, oynasınlar.1

Dost tapmaq


Dost və ya yoldaşın insana, xüsusi ilə uşaqlara böyük tə’siri vardır. Uşaq öz yoldaşından daha tez qəbul edir, rəng götürür.

Dostun tə’sirinin nəzərə alaraq, islam ləyaqətsiz adamlarla yoldaşlıqdan çəkindirir və mə’rifətli adamlarla yoldaşlığı tövsiyə edir. Yoldaşlığın mənfi və ya müsbət tə’sirindən, xüsusi ilə bu yoldaşlıq uzun sürdükdə, insan öz əqidəsini dəyişə bilər. Axirət dünyasında həqiqətlər üzə çıxarkən dostların azğınlığa çəkdiyi adamlar əzaba düçar olar və arzu edərlər ki, kaş günahkarlarla yoldaşlıq etməyəydilər. «Vay halıma, kaş filankəsi özümə yoldaş etməyəydim».2 Həzrət Peyğəmbərdən (s) nəql olunub ki, insan öz dost və yoldaşlarının dinində, məsləkindədir.3

Qeyd edildiyi kimi uşaqların və gənclərin mə’nəviyyatında dostların rolu böyükdür. Onların ruhu lətif olduğundan tə’sir altına tez düşür. Ona görə də uşağın dostlarına diqqət yetirilməlidir. Küçəyə, məktəbə yola salınan uşağa başa salınmalıdır ki, ləyaqətsiz adamlarla yoldaşlıq etmək olmaz. Dini tərbiyə üsullardan xəbərdar ailədə böyümüş uşaq və gənc cəmiyyətə çıxıb, pozğun adamlarla əlaqədə olduqda bütün dəyərləri unudub, günaha rəğbətlənir.

Bəli, uşaqlar və cavanlar daim bu təhlükə ilə üzbəüzdürlər. Bu sahədə valideynlərin vəzifəsi çox ağırdır. Uşağın yoldaşları təhqiq olunmalı, dini və əxlaqi cəhətdən müsbət uşaqlarla yoldaşlığa icazə verilməlidir. Övladlar pusquda dayanmış «Şəyyad» tələsindən qorunmalıdırlar.



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin