Исламда нүмунәÂИ Ãадынлар



Yüklə 1,31 Mb.
səhifə29/33
tarix21.10.2017
ölçüsü1,31 Mb.
#8151
1   ...   25   26   27   28   29   30   31   32   33

Növcəvanın yatağı


Bu mövzuda digər əhəmiyytli bir məsələ cavan şəxsin yatması və oyanmasına diqqət etməkdir. Hətta həddi-büluğa (yetkinlik) çatmış, cinsi istəklər oyanmamış oğlanların və ya qızların çarpayısını ayırmaq göstərişi verilmişdir. On yaşından e’tibarən yataqlar ayrılmalıdır. Həzrət Peyğəmbərdən (s) belə nəql olunub: «Oğlanların, oğlan qızın, eləcə qızların yatağı on yaşından ayrılmalıdır».2

İmam Sadiqdən (ə) digər bir rəvayətdə nəql olunub: «On yaşından etibarən uşaqların yatağı ayrılmalı, onlar bir yerdə yatmamalıdırlar».3

Bu qayda böyüklərə də aiddir. Ata altı yaşından yuxarı qızı ilə bir çarpayıda yata bilməz. Ana isə on yaşdan yuxarı oğlu ilə birgə yatmamalıdır. İmam Sadiqdən (ə) altı yaşlı qız barədə soruşulanda buyurub: «O kişi çarpayısında yatmamalı, kişi onu öpməməlidir».4

Yenə də həzrət (ə) buyurub ki, on yaşından e’tibarən oğlanlar və qadınlar ayrı olmalıdır.5


Digər bir əsas


Rəvayətdə bəyan edilmiş digər bir əsas atanın altı yaşlı qızı ilə təmasını pisləyir. Qız altı yaşına çatdıqda heç bir kişi ilə təmasda olmamalıdır. İmam Sadiqdən (ə) rəvayət olunur ki, qız altı yaşına çatdıqda heç bir kişi, hətta atası onu öpməməlidir.2 Oğlan uşağı yeddi yaşından e’tibarən heç bir qız və qadınla təmasda olmamalıdır.3

Deyilənlər Peyğəmbər (s) Əhli-beytindən nəql olunmuş xüsusi diqqət haqqında göstərişlərdir. Əlbəttə ki, tərbiyə üsulu bu qədər yığcam deyil və biz bə’zi məqamlara toxuna bildik. Bu mövzunu tam əhatə etmək ayrıca bir tədqiqat işidir.


Deyilənlərin xülasəsi


Bu hissədə deyilənlər: Həyat yoldaşı seçiləndə me’yarlar, evlənmədən məqsəd, ailə əxlaqı, ailə bünövrəsi, ər-arvad münasibətləri, doğulanadək və anadan olandan sonrakı tərbiyə üsulu. Bu hissədə evlənənin, ailə əxlaqının, tərbiyə üsulunun, əhəmiyyəti barəsində imkan qədərində danışıldı. Sevimli oxucular islam dininin ailə və övlad tərbiyəsinə nə qədər əhəmiyyət verdiyinə şahid oldular. Övlad tərbiyəsinə necə başlamağı öyrəndilər. Dini və əxlaqi məsələlərin necə pillə-pillə öyrədilməsi valideyn və tərbiyəçilərin nəzərinə çatdırıldı.

Bu hissədə sizə aydın oldu ki, islam uşaqların paklığına, psixoloji sağlamlığına nə qədər diqqət yetirir, hansı proqramları təqdim edir və necə tə’kid edir.


Mədəni təcavüzlərə qarşı


İndi özünüz fikirləşin, bütün bu deyilənlərə əməl olunarsa, uşaqlar və gənclər düşmən «mədəniyyətlərin» tə’siri altına düşərlərmi? Bu qaydalara əməl etmək biganələrin «mədəni» hücumları ilə mübarizə aparmaq deyilmi? Bu üsullara əməl olunması ailələri, övladları və cəmiyyəti təhlükələrdən qorumurmu?

Əgər doğrudan da dini göstərişlərə əməl olunması cəmiyyəti təhlükədən qurtarırsa, gəlin, bu göstərişlərə bağlanaq. Gəlin, evlənmə, ailə təşkili, ailə əxlaqını islami me’yarlar əsasında quraq. Gəlin, düşmənin hücumlarına qarşı cihad edək və bu cihad həmin qaydalara əməl etdikdə bəhrə verir. Gəlin, cəmiyyətimizi əxlaqsızlığa sürükləyən qərb və şərq mədəniyyətlərinə göz dikməyək.


Gənclərin evlənməsi


Əgər uşaqlar yetkinlik yaşına çatanadək bu qaydalara əməl etsək, münasib fürsətdə evlənmə və ailə təşkilinin başlanğıc şərtlərini onlar üçün hazırlayırıq. Evlənmənin ilkin şərtlərini övlad üçün hazırlamaq valideynin və tərbiyəçinin vəzifəsidir. İmam Sadiq (ə) buyurur ki, atanın öhdəsində olan övlad hüquqlarından biri də onu yetkinlik yaşında evləndirməsidir.1

Evlənmənin xərclərini azaltmaqla cəmiyyətimizin gənclərini yerbəyer edib, onları biganələrin mədəniyyət tələsindən qurtara bilərik. Gənclərin pozulmasının səbəbi uyğun məsələlərə biganəlik, tərbiyə gedişindəki səhlənkarlıqları-mızdır. Bə’zilərimiz övladlarımızı öz başına buraxır, onlara istədiyi kimi boy atan bitki kimi yanaşırıq. Sanki bunun bizim üçün heç bir fərqi yoxdur. Uşağın geyiminə, ayaqqabısına, papağına onun tərbiyəsindən daha çox diqqət yetiririk.

Hər halda bu zəruri üsul tanıtdırıldı. Mövzudan kənara çıxsaq da imkan daxilində ailə və tərbiyə məsələlərindən danışıldı. Ümid edirik ki, alimlər, qələm sahibləri, bu barədə məs’uliyyət hiss edən əzizlər daha yaxşı və daha artıq çalışacaq və bu mövzunun əhəmiyyəti cəmiyyətimiz üçün aydınlaşacaq. Bu gün və gələcəkdə cəmiyyətimizin başlıca məs’uliyyəti tərbiyə üsulları ilə tanışlıq və ona əməl olunmasıdır. Təəssüf ki, cəmiyyətimizin müxtəlif təbəqələri üçün bu mövzuda ədəbiyyatlar çox azdır. Ümid edirik ki, bu sahədə daha çox diqqət yetiriləcək.

İndi isə əsas söhbətimizə, kamillik nümunəsi olan bir xanımın – Fatimənin (s) həyatının bəyanına qayıdaq.




FATİMƏ (Ə) SƏHNƏDƏ

Məhdudiyyət yox, toxunulmazlıq


Qərb mədəniyyəti və qərbpərəstlər tərəfindən islama yönəlmiş ittihamlardan biri budur ki, islam qadını dörd divar arasında, hicab altında həbs edib, ictimai-siyasi hüquqlardan məhrum edir.

Bayağı qərb mədəniyyəti insanlar arasında azadlıq adı altında kök salıb, bütün qanun-qaydaları qadın azadlığına zidd bildirir. İslami cəmiyyəti iftira və istehza atəşinə tutub, dini qaydaları, adət-ən’ənələri insan mədəniyyətini və azadlığının düşməni e’lan edir. Nəhayət ardıcılları ilahi qanunlara tabe olan zəngin islam məktəbini bəşəriyyətin tərəqqisində əngəl hesab edir. Eləcə də, islami cəmiyyətin geri qalmasının səbəbi kimi onların mədəniyyətini, elm və sənətini, dini görüşlərini göstərir.

Bu qərbin islam və müsəlmanlara qarşı manevrələrindən biridir. Bu suala cavab verməzdən əvvəl uyğun ittihamların kökünü tapmaq gərəkdir. Belə olsa, bayağı qərb mədəniyyətinin iç üzü açılar. Aydın olar ki, islamın ictimai və siyasi fəaliyyətlər üçün qoyduğu qaydalar qadın üçün məhdudiyyət olmayıb, ona toxunulmazlıq bəxş edir.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin