Исламда нүмунәÂИ Ãадынлар


Fatimənin (s) mələklərlə söhbəti



Yüklə 1,31 Mb.
səhifə9/33
tarix21.10.2017
ölçüsü1,31 Mb.
#8151
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

Fatimənin (s) mələklərlə söhbəti


Nəfslə mübarizə, şeytani vəsvəsələrin dəfi, doğru yolun seçilməsi hesabına əldə edilən nəfs paklığı ruhun ilahiləşməsi, Allaha yaxınlaşma ilə nəticələnir. İmanlı insan o qədər yüksələ bilər ki, mələklər aləmi ilə əlaqədə olar. Allaha xalis, müt’i bəndə olmaqla insanda ilahi sifətlər cilvələnər, insan vilayət məqamına çatar. Bu vaxt ona mələklər nazil olar. Mələklərin gəlişi vilayət məqamına çatmağın əlamətidir. Bu əlamət hansısa bir dəstəyə aid deyil. Vilayət qapısı hamı üçün açıqdır. Hətta peyğəmbərlərə də mələklərin nazil olması onların vilayət məqamından bəhrələnməsi ilə bağlıdır. Bu məqama kim çatarsa, qeyb aləmi ilə əlaqəsi olar və ilahi maarifə yiyələnər. «Fussilət» surəsində buyurulur: «...Düz olan kəslərə mələklər nazil olub, belə deyəcəklər: Qorxmayın kədərlənməyin...»

əlbəttə, mələklərin nazil olub, şəriət xəbəri gətirməsi peyğəmbərlərə aiddir və son peyğəmbərin risaləti ilə sona çatıb. Amma Qur’an qeyri-peyğəmbərlərə də mələklərin nazil olduğunu xəbər verir və həzrət Məryəm (s) barədə buyurur ki, mələk Məryəmə nazil olub, onunla danışdı.1

Fatimə (s) vilayət məqamına malik olmaqla qeyb aləmi ilə əlaqədə olan kamil insanlardandır. Mələklər ona nazil olub, söhbət etdilər və onu ilahi biliklərlə maarifləndirdilər. Bu səbəbdən də Fatimə (s) «Mühəddisə» (hədis söyləyən) adlandırılıb.2

Həzrət Məhəmməddən (s) nəql olunub ki, «Fatimə (s) dünya qadınlarının bəhrəsidir. İbadət mehrabında dayanarkən müqərrəb mələklərdən yetmiş mini nazil olub, onunla danışarlar. Allah Fatiməni seçdi, pakladı üstünlük verdi». («Bəhar» cild 43).

Fatimə (s) mələklər aləmi ilə əlaqədə olmaqla yanaşı qeybi ruzilərdən də faydalanırdı. İlahi yaxınlıq və qeybi ruzilər Fatimə (s) ibadətinin təcəllası idi.

«Bəhar»da nəql olunur: Əli (ə) otağa daxil olanda Peyğəmbər (s) əyləşmişdi, Fatimə (s) namaza məşğul idi. Kənarda üstü örtülü qab vardı. Fatimə (s) namazını bitirib, tabağın üstünü açdı. Orada qeybi ruzilər vardı. Əli (ə) bunların haradan gəldiyini soruşdu. Fatimə (s) cavab verdi ki, Allah istədiyi kəsə hesabsız ruzi verər.

Bəli, bütün bunlar Fatiməyə (ə) uca məqam bəxş etmiş mehrabın bərəkətləridir.


Fatimə (s) Məhəmmədin (s) kövsəridir


Kövsər nədir? «Kövsər» böyük xeyir, ilahi maarif və bərəkətdən faydalanmaqdır. «Təkasür» isə əksinə, Allahı və qiyamət gününü unutduran mənsəbpərəstlik, dünya məhəbbətidir.

«Təkasür» surəsində buyurulur: «Var-dövlət, oğul-uşaq çoxluğu ilə öyünmək sizi azdırdı». Amma həzrət Peyğəmbərə (s) müraciətlə buyurulur: «Biz sənə kövsər əta etdik».1

Peyğəmbərin (s) kövsəri


Peyğəmbərin (s) kövsəri ən kamil din kimi nazil olmuş, həmin ilahi maarif, hökmlərdir. Qur’ani-kərim bütün digər ilahi kitabları hifz edəndir. Başqa bir tərəfdən əbədidir, qiyamətədək xalq ondan faydalanar. Bu ilahi fəzilət heç vaxt insanlardan kəsilməz. O, kövsərdir. Əksinə, düşmən puç köpükdür, köksüz, əsassız, dayanacaqsızdır. Qur’anda buyurulur: «Köpük heç bir şey olmadığı üçün uçub gedərBaşqa bir ayədə buyurulur: «Pis söz isə qoparılmış, köksüz pis bir ağaca bənzəyir».2

Fatimə (s) kövsər oxşarı


Məhəmməd (s) kövsərinin digər bir nümunəsi Zəhradır (s). Çünki Peyğəmbər (s) nəslinin davamı onun vasitəsi ilə gerçəkləşmiş, Fatimədən (s) on bir imam doğulmuş, onların bərəkəti şərqi, qərbi bürümüşdür. Onlar dinin sütunu olmuş, dinin davamı və varlığı onların vücudunun bərəkəti ilə şərtlənmişdir. Onlar imamətin qaynar bulağı kimi şəriət susuzluğunu doyurmuşlar. Bütün fəzilətlər Əhli-beyt və ilahi vəhydəndir.

İmam Sadiq (ə) buyurmuşdur: «Harada fəzilətdən bir söz olsa, biz Əhli-beytdəndir». Bir halda ki, bütün bu fəzilətlərin anası, kökü Fatimədir (s), nə üçün də kövsər olmasın?! Nə üçün belə bəhrəli budaqları olan pak bir ağac kövsər sayılmasın?! Buna görə də Məhəmməd (s) kövsərinin bariz nümunəsi Fatimədir. Onun Əhli-beyti və övladları dinin pak ağacının daim suvarıldığı kövsərdirlər.


Fatimə (s) şəfaəti


Vilayət, Allah dərgahına yaxınlıq məqamına çatanların faydalandığı mərtəbələrdən biri də şəfaətdir. Şəfi’ (şəfaət verən), Allah qarşısında hörmətinə əsasən şəfaətə uyğun günahkarların bağışlanmasını istəyir. Əgər şəfaəti olmasaydı, Allah günahkar insanlarla ədalətə əsasən rəftar edərdi. Amma şəfi’nin bir günahkar üçün istədiyi şəfaətə əsasən Allah öz fəzl və mərhəməti ilə cəzalandırmadan keçir. Şəfaətin əsası budur və ona heç bir eyb tutulmur. Çünki şəfaətin tohid və ilahi elmlə heç bir ziddiyyəti yoxdur.

Şəfaət məqamı peyğəmbərlərə, ilahi övliyalara (İmamlar və Əhli-beyt), şəhidlərə, mələklərə və sabit alimlərə aiddir. Fatimə (s) Əhli-beyt zümrəsindən, ilahi övliyalardan, hətta peyğəmbərlərdən üstün idi. Buna görə də Fatimənin (s) şəfaət məqamının sübutuna ehtiyac qalmır. Bununla belə, bu məqamın əhəmiyyətini qeyd etmək üçün bir neçə rəvayətə müraciət edək.



«Bəhar»da nəql olunur: Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Hər bir qadın beş vaxt namazını qılsa, Ramazan orucunu tutsa, Allah evinin vacib həccini yerinə yetirsə, malının zəkatını versə, ərinə itaət etsə, məndən sonra əlini (ə) imam rəhbər bilsə, qızım Fatimənin şəfaəti ilə behiştə daxil olcaq. Fatimə dünya qadınlarının seyyidəsi sərvəridir».

İmam Baqir (ə) həzrət Peyğəmbərdən (s) belə nəql edir: «Qiyamət günü Allah tərəfindən nida ucalar ki, ey Fatimə, istəsən, kimə şəfaət istəsən qəbuldur».



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin