Fatimə (s) isməti
İnsan ömür boyu iki yol ayrıcındadır – fitrətinin də’vəti ilə Allah yolunu seçə bilər, ya da vəsvəsə və nəfsinin havasına tabe olub, günaha batar, Şeytanın ardınca gedər. (Zəlalət və azğınlıqda süqut edər). Ən əsası bu iki yoldan birini seçən insanın iradəsidir. Xəta və günaha düçar olsalar da, mö’minlər xeyr və səadət yolunu seçərlər. Çox az adamlar ömürləri boyu günahdan qorunub, ismət məqamına çata bilərlər. İlahi peyğəmbərlər və imamlar (ə) bu məqama çatanlardandırlar. Lakin ismət yolu təkcə peyğəmbərlərə yox, hamı üçün açıqdır. Çünki nə peyğəmbər, nə də imam olmayıb, bu məqama çatanlar vardır. Qur’an ismət məqamına çatmış, mələklərin nazil olduğu Məryəmi (s) bu zümrədən bilir. «Məryəm» surəsində buyurulur: «Biz öz ruhumuzu Məryəmin yanına göndərdik». Məryəm bütün nöqsanlardan pak təqdim edilir: «Allah həmçinin ismətini qoruyub saxlamış İmranın qızı Məryəmi misal çəkir». («Təhrim» surəsi, ayə 12). O, pak və Allahın seçilmişi kimi tanınmışdır: Yada sal ki, bir vaxt mələklər belə dedilər: «Ey Məryəm, həqiqətən Allah səni seçmiş, təmizləmiş və dünya qadınlarından üstün tutmuşdur».1
Qur’an Fatimə (s) ismətinin sənədi
Qur’ani-məcid qadınlar arasında Fatiməni mə’sum bilir. Fatimə (s) ömür boyu günah etməyən bir şəxsdir. O, əsrlər boyu bütün insanlara, xüsusilə qadınlara nümunə olmuşdur. Allah-təala mübarək «Təthir» ayəsi ilə bəşəriyyətin əlinə Əhli-beytin ismətini təsdiq edən sənəd vermişdir: «Siz ey [peyğəmbərin] ev əhli! Allah sizdən çirkinliyi yox etmək, sizi paklamaq istəyir».2 Allah hər növ çirkinliyi Peyğəmbər (s) ailəsindən dəf etmək iradəsindədir.
Şərif ayə Əhli-beyti bütün nöqsanlardan pak bilir. Bu ailə inayət, yardımla çirkinlikdən uzaqdır. İsmət yolu hamı üçün açıq olsa da, sübhan və agah olan Allah Əhli-beytin qəti şəkildə ismət əhli olduğunu imzalayır. Bu fəzilət ev əhli və səhabələrdən kimsəyə aid deyildir. Çünki nəql edilmiş şiə və sünni rəvayətlərinə görə hətta xalq arasında Əhli-beytdən hesab edilənlər də bu məqamda deyillər. Ayə əli, Fatimə və onların övladlarına şamil edilir. Xalq arasında Peyğəmbər (s) ailəsi hesab olunan zövcələr də rəvayətlərə əsasən ayədə nəzərdə tutulmayıb. Bir neçə rəvayəti yada salırıq.
Rəvayətlər və Fatimənin (s) isməti
İmam Baqir (ə) buyurur: «Peyğəmbər, əli, Fatimə, Həsən və Hüseyn (s) haqqında təthir ayəsi Ümmü-sələmənin evində nazil oldu». Ayə nazil olanda həzrət Peyğəmbər (s) əli, Fatimə, Həsən və Hüseyni bir örtük altına alıb buyurdu: «Xudaya, bunlar mənim Əhli-beytimdir. Onlar haqqında və’də vermisən. Onlardan çirkinliyi uzaq et, onları paklandır».
O vaxt Ümmül-sələmə ərz etdi ki, ya Rəsuləllah, mən də onlarlayam? Həzrət buyurdu: «Sənə müjdə verirəm ki, xeyr və səadətdəsən». Diqqət edin, ürfən el gözündə Əhli-beytdən olan qadın əslində onlardan deyil. Aydın olur ki, bu xüsusi məqama hər kəsdə ləyaqət yoxdur.
Bə’zi rəvayətlərdə nəql olunub: Ümmi-sələmə onlara qatılmaq istəyəndə həzrət Peyğəmbər (s) onda bu ləyaqətin olmadığını anlatdı. Demək, bu ayədə yalnız xüsusi adamlar nəzərdə tutulurlar: əli, Fatimə, Həsən, Hüseyn və onların doqquz övladı (s).
Sünni əhlindən bir-neçə rəvayət:
Süyutidən iki yönümdə müxtəlif rəvayətlər nəql olunub. Bir qurup rəvayətə görə bu ayə beş nəfərə aiddir və peyğəmbərin zövcələrinə də şamil olunmur. Rəvayətlərə görə həzrət Peyğəmbər (s) onlara qatılmaq istəyən Ümmül-sələməyə icazə verməmişdir. O da nəql edir ki, paklanma-təthir Əhli-beyt ismətinə aiddir.
Maraqlı budur ki, həzrət Peyğəmbər (s) bu məsələyə o qədər əhəmiyyət verməmişdir ki, bu ayə nazil olduqdan sonra altı ay ardıcıl sübhlər Fatimənin evinə gəlmiş, ayəni oxuyub, geri qayıtmışdır.
Əhli-beytin xüsusi məqamı
Bu xüsusi məqam Əhli-beytə məxsusdur və onu təsdiq edən sənəd Qur’andır. Onlar kimsənin müvəffəq ola bilməyəcəyi bir ismət dərəcəsinə çatmışlar. Bu sbəbdən də Əhli-beytə itaət əmr olunmuşdur. Qur’anda buyurulur: «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özümüzdən olan ixtiyar sahiblərinə itaət edin!»1 Yalnız ömür boyu günah və xəta etməmiş şəxslərə mütləq itaət doğrudur.
Əlbəttə, Fatimənin (s) ismətinə başqa dəlillər də var. Fatimənin (s) peyğəmbərlərdən üstün olduğunu təsdiq edən hədislər növbəti fəsildə deyiləcək.
Həqiqətə məhəbbət
Məhəbbət aşiqi mə’şuqa tərəf çəkən daxili bir cazibədir. Mə’şuq cilvələnmiş gözəllikləri ilə aşiqi cəzb edir. Varlıq aləminin bütün yaranmışlarının daxilində həqiqətə məhəbbət mövcuddur. Hamı onun gözəlliklərinin aşiqidir, hamı ona doğru hərəkətdədir. Buna əsasən, insana güc verən, onu hərəkətə gətirən məhəbbətdir. Varlıq aləminin hər parçasında haqqın cilvələnən camal və gözəllikləri bütün aşiqləri bihuş edir, kəməndə salır. Mə’şuq bir gözəllikdirsə, aləm bir məhəbbətdir. Əgər bir cövhərin hərəkəti maddəni əhatə edirsə, eşq hərəkəti varlıq nizamını bürüyür. Əgər aləm bir qaynar həyatdırsa, bu qaynarlığın səbəbi ilahi eşq və məhəbbətdir.
Yalnız həqiqi məhəbbət ört-basdır edilə bilmir. Daxilində elə qığılcımlar parlayır ki, iç dünyası açılır, izhar olur və mə’şuqunun eşq ahəngində dilə gətirir. «Elə bir şey yoxdur ki, Allaha tə’rif deyib, Ona şükr etməsin.»2 Gözəlliklər və kamilliklərə məhəbbəti yaradan səbəb aşiq nəzərində cilvənən mə’şuqdur.
Dostları ilə paylaş: |