Fatimə (s) razılığı, Fatimə (s) qəzəbi
Məhəbbət qarşılıqlıdır. Haqqa məhəbbət, onun ifadəsinə məhəbbət qəlbin ziynəti, insanın yaraşığı və islam e’tiqad üsulunun əslidir.
Bu əslin, əsasın kənarında başqa iki əsas da vardır: əvvəla, məhəbbət qarşılıqlıdır – insan Allahını sevərsə, Allah da onu sevər. «Allah onları, onlar da Allahı sevərlər.»1 Allah sevimlisi olmaq elə bir uca məqamdır ki, hər kəs ona yetişə bilməz. Yola qədəm qoymuş aşiq mə’şuquna çatmaq üçün cihad edib, sə’y göstərməlidir. «Səf» surəsində buyurulur: «Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər.» Təqva və paklıq yolundan addımca uzaqlaşmaq olmaz. «Hər kəs əhdinə vəfa edib, pis əməldən çəkinsə, şübhəsiz ki, Allah belə müttəqqiləri sevər.» («Ali-imran» surəsi, ayə 76). Qısası, Allahın dostluğunu qazanmaq üçün Allah dostlarının – peyğəmbərlərin, həzrət Məhəmmədin (s) yolunu keçmək lazımdır. «Allahı sevirsinizsə mənim ardımca gəlin».2 Allah dost tutduğu şəxsdə öz qüdrətini əks etdirəcək, o şəxs Allahın elm, iradə, qüdrət və izzətinin ifadəsi olacaq.
Batilə (puçluğa, əyriyə) nifrət
Mö’min şəxs haqq və onun ifadələrinə məhəbbət bağladığı kimi küfr və onun ifadələrindən də bizar olmalıdır. Hər ikisinin məhəbbəti bir yerdə toplanmaz. Bir qəlbdə iki məhəbbət mümkün deyil: «Allah bir adamın köksündə iki ürək yaratmamışdır».1 Qəlbi həqiqətə məhəbbətlə dolu olan şəxs hər zaman haqsızlığa qarşı nifrətlidir. «Hücürat» surəsində buyurulur: «Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, asi olmağa qarşı nifrət yaratmışdır.» Başqa bir ayədə: «Hər kəs Şeytanı inkar edib, Allaha iman gətirərsə, o artıq ən möhkəm ipdən yapışmış olur».2 Sübhan Allah həqiqət və onun ifədələrinə rəğbətləndirdiyi kimi batildən bizarlığa çağırır və batil məhəbbətin xətərələrini dəfələrlə xatırladır. Allah, onun peyğəmbər və övliyaları batildən zara gəlmişlər: «Allahdan və Onun Peyğəmbərindən saziş bağladığınız müşriklərə bir xəbərdarlıq!...» «Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bildirmişdir. Allahın və Onun peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur.»3 İbrahim peyğəmbərin (s) dili ilə buyurulur: «Mən həqiqətən batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən şərik qoşanlardan deyiləm.»4 «Mumtəhinə» surəsində isə buyurulur: «İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizin dinizi inkar edirik.»
«Vəsail» və «Bəhar»dan rəvayətlərə əsasən iman həqiqətən və onun ifadəsinə məhəbbət, haqsızlıq və onun ifadəsinə nifrətdən başqa bir şey deyil. Məhz bu məhəbbət və nifrətin ölçüsünə görə insanlar quruplaşdırılır. Bir qurupun əməllərindən razı olmaq elə həmin qrupdan olmaqdır. Qur’an Bəni-israil tayfasından danışarkən bir dəstənin öz babalarının talehi ilə rastlaşdığını bəyan edir və səbəb olaraq göstərilir ki, onlar öz babalarının əməllərindən razı qalmışdılar. «Bəqərə» surəsində buyurulur: «Cahillər dedilər: Nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi – onlardan əvvəl gələn cahillər də belə sözlər demişdilər. Onların qəlbləri bir-birinə bənzəyir.» Məhəbbət və nifrət xarakter və talehlərin eyni sonluğuna dəlil olacaq. Bu səbəbdən təvəlla (Allah dostuyla dost) və təbərra (Allah düşməniylə düşmənlik) islamda e’tiqad əsaslarındandır. Hər bir müsəlman həqiqəti sevdiyi kimi haqsızlığa da nifrət etməlidir. Hətta zülmlə razılaşan, zalımlarla razılaşan kəslərlə də əlaqə saxlamamalıdır. Mö’min insanın istər sevgisi, istərsə də nifrəti Allaha görədir. Allaha görə dostluq, Allaha görə düşmənlik imanın kamillik nişanəsidir.1
Əhli-beyt və Fatimənin (s) haqqa bağlılığı
Bu səbəbdən mö’min insan haqqa bağlanacaq, həqiqəti ifadə edəcək, dostluğu və düşmənliyi haqqa əsaslanacaq, nəfsani istəklər həyatına yol tapmayacaq. Allah rızılığından savay bir şey istəməyəcək. «Dəhr» surəsində buyurulur: «Allah istəməsə, siz istəyə bilməzsiniz». Peyğəmbər (s) ailəsi ismət məqamına çatdığı üçün onların razılığı və qəzəbi, tutduqları mövqe həqiqət ölçüsü, Allahın razılığı və ya qəzəbidir. Müxtəlif firqələr bu mövzuya əsaslanmışlar. Əhli-beytin mövqeyi Peyğəmbərin (s) mövqeyidir. (İbni Mace) həzrət Peyğəmbər (s) buyurmuşdur: «Fatiməyə əziyyət verən mənə əziyyət verir».1 Hədis Fatimə həqiqətini təsdiqləyir, çünki Fatimə haqqın ifadəsidir. Onu qəzəbləndirənlər Allahın qəzəbinə gələrlər. Bunu inkar etmək qeyri-mümkündür. Hər kəs başqa söz desə iftiradır, özünü yorur və günahını artırır. Parlaq günəşə pərdə çəkmək olmaz.
Dostları ilə paylaş: |