Bu mövzuya digər bir sübut siyasi və ictimai səhnələrdə Fatimənin (s) iştirakıdır. Fatimənin (s) ictimai-siyasi mətnlərdə öz yeri var və haqqı, islamı, Əhli-beyti müdafiə edir. Qanlı Ühüd döyüşündə döyüşçülər qaçır və peyğəmbərin ətrafında Əli (ə) ilə bir neçə şəxs qalır. Bu həssas məqamda meydanda Fatimə (s) görünür və yaralılara tibbi kömək göstərib, atasının yarasına məlhəm qoyur.1
Peyğəmbərin (s) vəfatından sonra həmin həssas, çətin, islamı düşmənlərin hədələdiyi bir dövrdə ictimai-siyasi səhnələrdə iştirak edib, islamın əsası olan vilayət məqamı və rəhbərliyin müdafiəsində dayanan həmin bu Zəhra (s) idi.
Peyğəmbərdən (s) sonra o fitnələrdə ki, Əhli-beytə təzyiq göstərildi, xalq onların ilahi feyzindən məhrum, Əhli-beytin öz haqqı kəsildi, Peyğəmbərin hədiyyəsi Zəhraya qayıtmadı, bəli, o vaxt Zəhra meydanda görünüb, Əhli-beyt hüquqlarını müdafiə etdi. Məgər Peyğəmbərdən (s) sonra Mədinədə Zəhranın (s) alovlu nitqi unudula bilərmi?! Məgər cəmiyyət qarşısında bu ictimai-siyasi xütbənin iradları siyasi proseslərə müdaxilə deyilmi?!
İslam ümmətinin siyasi həyatında bu Fatimə (s) yoludur.
Nə qədər ki, Qur’anın və islamın xeyrinədir, öz haqqını nə qədər ki, sağdır islamı və Qur’anı müdafiə edir. Müxtəlif ictimai səhnələrdə görünür, zülmü ifşa və məhkum edir.
Fatimə (s) siyasi meydanda rəhbərlik məqamının müdafiəsində tam ciddiliklə müqavimət göstərir və hücumlarla, təhqirlərlə qarşılaşır.
Fatimə (s) haqqa arxalanır və dayandığı meydanda hücumlara mə’ruz qalır. Axı evdə oturan adamla kimin işi var?! Zəhranın (s) həyatı və xarakteri digər məs’ulların həyatı və xarakteri kimi hamı üçün şər’i dəlildir.
Bəli, bu Fatimə (s) həyatıdır ki, daim müxtəlif səhnələrdə canlanır. İctimai-siyasi səhnələrdə onun ardınca görünənlər də Fatimə (s) qızlarıdır. Onlardır Hüseyn (ə) inqilabında iştirak edib, Kərbəla şəhidlərinin qan salnaməsini bəşəriyyətə çatdıran və Allah dinini müdafiə edən!
Zeynəb və Gülsümün (s) yandırıcı fəryadları, alovlu sözləri hələ də Kufə və Şamda, Yezid sarayından əks-səda verir. Bu qızlar Fatimə qucağında tərbiyə olundular. Mücahid yetirən həmin qucaq bəşər dünyasına əbədi iftixar ediləsi imam Həsən və imam Hüseyn (ə) təqdim etdi.
Bu Əhli-beyt, Fatimə, Zəhra balalarıdır ki, daim həqiqətin müdafiəsindədirlər. Hər bir şəraitdə meydanda dayanıb, möhkəm qamət, dəmir iradə ilə islam və Qur’anı müdafiə edirlər. Ona görə də Əhli-beyt həyatı tarix boyu insanlar üçün nümunədir.
Fatimə (s) və müsəlman qadın
Ötənlərə nəzər saldıqda ictimai-siyasi proseslərdə qadının iştirakına Zəhra (s) baxışı, münasibəti aydın olur. Hər bir qadın Fatimədən (s) nümunə götürməklə həqiqət və islamın müdafiəsində durmalıdır. İslam dini bu iştirakı nəinki qadağan etmir, hətta çox zaman ilahi vəzifə hesab edib, vacib buyurur.
Əgər Fatimə (s) buyurmuşdursa müsəlman qadınının xüsusiyyəti budur ki, bir naməhrəm kişinin, eləcə də bir naməhrəm kişi onu görməsin, bu o demək deyil ki, müsəlman qadın bir guşədə oturub tərpənməməlidir. Burada məqsəd qadının öz ictimai fəaliyyətlərində islami qaydalara əməl etməsidir. Qadın elə ötrünməlidir ki, naməhrəm kişilərin baxışına səbəb olmasın və özü də naməhrəmə haram nəzər salmasın. Başqa bir izaha görə qadınların işlərinə qadın rəhbərlik etməlidir ki, kişi ilə təmasa ehtiyac qalmasın.
İslami cəmiyyətdə qadınlara məxsus elm və təhsil, tibb, əczaçılıq və s. sahələrdə bütün qulluqçular, müəllimlər, həkimlər, mütəxəssislər qadın olmalıdırlar ki, mənfi hallar, qadın və kişi işləri və iqtisadi məsələlərdən kənarlaşdırılması nəzərdə tutulmur. Əgər bir qadın kişi həkimə möhtac olmuşsa, heç bir ayə, rəvayət demir ki, bu xəstə ölməlidir və ya naməhrəmə müraciət etməlidir!
Fatimə (s) görüşlərinə görə qadın heç zaman tərkidünya olub, evdə oturmamalıdır. Necə ola bilər ki, bütün müsəlmanlar üçün nümunə olan Fatimə özü ictimai-siyasi səhnələrdə iştirak etsin, amma başqa qadınlara bu fəaliyyətləri qadağan etsin? Fatimənin (s) söylədiyi «naməhrəm görməsin» sözləri tərkidünyalıq mə’nasında olsaydı, ayə və rəvayətlərlə, o xanımın öz həyat yolu ilə uyğun gəlməzdi.
Üzücü Fatimə qüssəsi
Fatimə (s) dünyanın üstün qadını, Peyğəmbərin (s) girami qızı, əlinin (ə) mehriban həyat yoldaşı, övladlarına məhəbbətli bir ana, hamı üçün fəzilət nümunəsidir.
Fatimə şəxsiyyətinin siması Peyğəmbər (s) kəlamlarında necə də gözəl əks olunur:
Fatimə cismimin yarısıdır... Fatimə gözümün nurudur... Fatimə mənim qəlbimdir... Fatimə mənə ən məhbub və ən əzizdir!..
Fatimə dünyanın ən üstün qadınıdır! Mən behiştin qoxusunu Fatimədən alıram! Fatimənin razılığı mənim razılığım, Fatimənin incikliyi mənim incikliyimdir!
İnsan Fatimə məqamını arışdırıb, onun ilahi simasına Peyğəmbər (s) kəlamlarında tamaşa etdikdə inana bilmir ki, namərdlər ona zülm üçün ittifaqa girsinlər.
Axı kim inana bilər ki, Peyğəmbər (s) sevgisi ilə dolu bir sinə dərd-qəmdə qərq olar, Peyğəmbərin (s) öpdüyü əllər zərbələrə mə’ruz qalar, Həzrətin (s) öpdüyü çöhrə nifaq silləsindən göyərər?!
Zəhra (s) məzlumiyyətini necə dinləmək olar?!
Necə şahid olmaq mümkündür ki, dünyanın ən üstün qadını Peyğəmbərin (s) yeganə yadigarı qəm dolu sinə, yaralı qollar, göyərmiş çöhrə, yaş dolu gözlərlə iki divar arasında fəryadla qabırğaları sınmış, Möhsinin şəhadətə yetmiş halda, şücaətli ərinin məzlumiyyətinə baxa-baxa şəhadət yatağında mələkut aləminə köçməsini gözləsin?!
Necə də acıdır ki, mücahid bir ər, adı Bədr, Ühüd, Xəndək, Xeybər qaranlıqlarını işıqlandırmış, hər zaman qalib, zülfüqarı ilahi qəzəblə zülmətpərəstləri müjdələmiş bir şəxs məzlum, əli-əlüstə səbr edən halda Fatimənin məzlumanə şəhadətini müşahidə etsin.
Bəli, yeri var ki, əli Fatimənin ölümü haqqında desin: əlinin qəmi həmişəlik, yuxusu yuxusuzluq oldu.1
Necə olur ki, əli Fatiməni gecəykən hazırlayıb, torpağa tapşırmalı olur?!
Necə olur ki, Fatiməyə (s) qüsl vermək üçün körpələr gecəykən su daşımalı olur?!
Necə olur ki, Fatimənin (s) məzarı Peyğəmbər (s) Kovsəri imamlar əmanəti, peyğəmbər aramgahının pak ağacı məxfi qalır?!
Zəhra məzlumiyyəti, dünyanın əzəmətli xanımının müsibətli şəhadəti belə olduğu üçün də heç zaman unudulmaz – Cəmadiüs-sani ayının üçüncü günü!
Budur ki, Fatimə (s) məzlumiyyətinin qüssəsi Xeybər fatehi əlinin qəddini əydi!
Dostları ilə paylaş: |