Menustrasiya (aybaşı) dövrü
Bəzi şəxlər çoxarvadlılıq məsələsinin qadının menustrasiya dövrü və onların xəstələndikləri zamanlarda kişilərlə cinsi münasibətə hazır olmaması, həmçinin, qadının uşaq dünyaya gətirməkdən yorularaq bu məsələlərdən uzaq olmaq meyli və uşaqları yemək-içmək və böyütməkdən boyun qaçırması kimi məsələlərdən qaynaqlandığını söyləmişlər.
Vil Dorant deyir: “İbtidai cəmiyyətdə (və ya ibtidai icma quruluşunda) qadınlar tez qocalır və bu səbəbdən onların özləri əksər hallarda ərlərini yeni evliliyə təşviq edirdilər ki, bu yolla uzun müddət övladlarını ərzaqla təmin edə və hamiləlik dövrləri arasındakı fasilələri - ərlərinin cinsi istək və meyillərinə, eyni zamanda, nəsil artımına heç bir xələl gətirmədən - uzada bilsinlər.
Əksər hallarda birinci zövcənin öz ərini digər qadınla evlənməyə təşviq etdiyi müşahidə olunmuşdur və buna səbəb digər qadının ailəyə daxil olmaqla övlad dünyaya gətirməsi və bu minvalla, sərvətin artmasına vasitə olması məsələsi idi.”
Qadının menustarsiya və aybaşı dövrlərindəki xəstələnməsi
səh:302
və həmçinin, onun uşaq dünyaya gətirməkdən yorulması kimi məsələlər, şübhəsiz, kişi ilə qadının cinsi münasibətlərlə bağlı bərabər olmayan vəziyyətlərdə olmasına və onun digər qadına üz gətirməsinə səbəb olur. Amma yuxarıda qeyd edilən iki səbəbdən heç biri təklikdə zövcələrin sayının çox olmasına bais olmaqda kifayət etmir. Təkcə əxlaqi və ya ictimai bir maneə onun (kişinin) öz cinsi tələbatını məşuqə və azad şəkildəki qadınbazlıq vasitəsi ilə ödəməsinə mane ola bilər. Deməli, qeyd etdiyimiz iki amilin hər biri kişinin həvəsbazlıq etməyə kamil şəkildə azadlığa malik olmadığı zamanlarda dəxalət edə bilmişdir.
Qadının uşaq dünyaya gәtirmәsi dövrlәrinin mәhdud olması
Bəzilərinin etiqadına əsasən, kişilərdən fərqli olaraq qadınların uşaq dünyaya gətirməklə bağlı yaşlarının az olması və qadınların yaisəlik(1) yaşına çatması məsələsi də çoxarvadlılı];n meydana çıxmasına səbəb olan amillərdir. Adətən, qadınlar bu yaşa çatdıqda, ya onların kifayət qədər uşaq dünyaya gətirmək qabiliyyəti olmur, ya da əvvəlki uşaqları tələf olur.
Kişinin övlad sahibi olmaq istəyi və birinci qadınından ayrılmağa meylinin olmaması onun ikinci və üçüncü qadının arxasınca getməsinə səbəb olmuşdur. Eyni zamanda, qadının cinsi fəsaliyyətinin olmamasını da digər amillərə əlavə etmək olar ki, kişinin ikinci dəfə evlənməsinə yol açmışdır.
İqtisadi amillәr
Çoxarvadlılığa səbəb kimi iqtisadi məsələri də vurğulamış və bizim dövrümüzdən fərqli olaraq qədimdə qadın və uşaqların çoxluq təşkil eməsinin kişilərin mənafeyinə xidmət etdiyini demişlər.
Kişi öz qadın və uşaqlarından qul və işçi qüvvəsi kimi istifadə edir və bəzən öz övladlarını satırdı. Əksər insanların qul
səh:303
1- [1] . Yaisəlik – adətən, qadınlar müəyyən bir yaşa çatdıqları zaman, onlar cinsi fəaliyyətdən düşür və aybaşı olmaqdan kəsilirlər, həmçinin, həmin məsələlər övladın dünyaya gətirilməsində təsirlidir.
olmasının mənşəyi sadəcə döyüş və müharibələr deyildi, əksinə övladların valideynləri onların bazara çıxararaq qul kimi satırdı. Bu cəhət çoxarvadlılığın yaranması amili kimi gerçəkləşə bilər. Kişi sadəcə qadını rəsmi şəkildə arvad olaraq qəbul etdikdə, övladlarının çox olması imtiyazından istifadə edə bilər. Azad şəkildə olan qadınbazlıq və məşuqə kişinin həmin imtiyazlarını təmin etmək qabiliyyətinə malik deyil.
Bildiyimiz kimi, həmin səbəbi çoxarvadlılıq olan bütün şəraitlər üçün nəzərdə tutmaq olmaz. İbtidai dövrlərdə yaşayan millətlərin bu məqsədlə (mənfəət xatirinə) çoxlu sayda qadına sahib olmasını söyləmək mümkün olsa da, bunu bütün millətlərlə bağlı söyləyə bilmərik. Adətən, qədimdə çoxlu sayda zövcələrə sahib olmaq yüksək təbəqədən olanlar - padşahlar, hakimlər, tacirlər, əmirlər, ruhanilər və s - arasında adət halını almışdı və bildiyimiz kimi onlar çoxlu sayda olan qadın və övladlarından heç bir iqtisadi bəhrə və mənfəət əldə etmirdilər.
Tayfa vә әdәd (say) amili
Zövcələrin sayının çox olması məsələsinin meydana çıxmasında övladların çoxluğuna olan meyil və ailə üzvlərinin sayının artması amili də öz növbəsində təsirli olan digər amillərdən hesab edilir. Kişi ilə qadın arasında mövcud olan fərqlərdən biri - istər ər bir nəfər olsun, istərsə də bir neçə nəfər - qadının dünyaya gətirdiyi övladlarının sayca az və həddən artıq məhdud olmasıdır. Amma kişinin bu məsələdə yerinə yetirə biləcəyi funksiya onun ixtiyarında olan qadınları və zövcələrinin sayından asılıdır. Hansısa bir kişinin yüzlərlə qadından minə yaxın övladının olması mümkün olan bir işdir.
İndiki əsrdən fərqli olaraq, qədim zamanlarda qəbilə və tayfanın sayca çox olması mühüm ictimai bir amil kimi qiymətləndirilirdi. Qəbilə və tayfalar öz saylarını artırmaq üçün bütün vasitə və üsullardan istifadə edərək onun sayının azalmasının qarşısını almağa çalışırdılar. Həmin dövrdə yaşayan insanlar öz qəbilə üzvlərinin say çoxluğu ilə fəxr edirdilər. çoxarvadlılığın bu məsələdə yeganə vasitə olduğu aydın və məlum məsələdir.
səh:304
Qadınların kişilәrdәn sayca çox olması
Çoxarvadlılıqda təsirli və mühüm olan sonuncu amil qadınların say və miqdarının kişilərin sayından artıq olması idi. Qız uşaqlarının doğum sayı oğlan uşaqlarının doğum sayından çox olmur və deyildi. Bəzi ölkələrdə qız uşaqları oğlan uşaqlarına nisbətdə çox doğulurdu və əksinə, bəzi ölkələrdə oğlan uşaqları qız uşaqlarından daha artıq dünyaya gəlirdi. Evlənmək istəyən qadınların say baxımından evlənmək istəyən kişilərdən çox olmasına səbəb həmişə kişilərin tələf olmasının qadınlara nisbətdə çoxluq təşkil etməsi idi. Kişilərin həddən artıq tələfat və itkisi daimi olaraq bir ərə sahib olmanı nəzərə aldıqda, müəyyən bir qrupu təşkil edən qadının qanuni şəkildə ər, ev-eşik və şəri olan övladdan məhrum qalmasına gətirib çıxardığını anlamaq olar. İbtidai icma quruluşunda məsələnin bu formada olması barəsində biz heç bir söz demirik.
Əvvəldə Vil Dorantdan belə nəql etmişdik: “İbtidai və ilkin yaranmış cəmiyyətlərdə kişilər döyüş, müharibə və ovçuluq kimi işlərlə məşğul olduğuna görə, onların həyatı daha artıq təhlükə ilə üzləşir və kişilər qadınlardan daha çox tələf olurdular. Belə hallarda qadınların sayca çoxluq təşkil etməsi ya onların ərsiz qalmasına, ya da zövcələrin sayca artmasına gətirib çıxarırdı.”
Dostları ilə paylaş: |