ÖN SÖZ İşarə
“Günün qadını” jurnalının ailə məsələlərilə əlaqədar aparılan qanun dəyişikliyi ilə bağlı qırx maddədən ibarət irəli sürülən təklifə mənim nəzər yazmağımı və əvvəlki səhifələrdə qeyd etdiyimiz tanınmış ruhaninin məktubu ilə birgə jurnalda nəşr etdirilməsinə razı olaraq qəbul etməsi məndə çox xoş təəssürat yaratdı.
Mənə verilən həmin fürsəti qənimət bilirdim, çünki bu yolla
səh:28
1- [1] . “İddə“ - qadının ərindən boşandığı və ya əri öldüyü zaman, gözlədiyi vaxt müddətinə “iddə“ deyilir.
İslamın ictimai fəlsəfəsinin cavanlar arasında yaya bilmək imkanına malik olacaqdım. Ümidvaram ki, cavanların islami baxımdan ailə münasibətləri ilə əlaqədar olan məsələləri anlaması üçün onlara yardımçı ola bilərəm.
Öz məktubumda da qeyd etdiyim kimi, mən qəbul edilən ictimai qanunu müdafiə etmək və onun kamil və yüz faiz islami qanunlara uyğun və ictimai meyarlar baxımından, düzgün olduğunu iddia etmək məqsədini güdmürəm. Mənim də həmin qanuna iradlarımın olması mümkündür. Eyni zamanda, camaat arasında yayılmış və qəbul edilən üslubun doğru və ədalətə uyğun olduğunu da qəbul etmirəm. Əksinə, mən özüm də aydın şəkildə ailə münasibətlərindəki xaos və nizamsızlıqları müşahidə edərək görür və bu əqidədəyəm ki, ailə zəminində əsaslı və köklü islahatlar həyata keçirilməlidir.
Amma “İran konstitusiyası və ictimai qanunlarına irad”, “Müqəddəs əhd-peyman, yoxsa, evlilik andı” kitablarını qələmə alan yazıçıların əksinə, mən İran kişilərini yüz faiz olaraq günahsız kimi tanıtdırmır və bütün təqsirləri qəbul edilən ictimai qanunlarda görmür və həmin qanunların İslam fiqhindən qaynaqlandığını söyləmir və məsləhət və yeganə həll yolunun həmin qanunun maddələrində dəyişiklik etməkdə olduğunu demirəm. Mən ər və arvadın bir-birinə, övladları və ya digər fərdlərə nisbətdə İslamda nəzərdə tutulan hüquqlarını aradan qaldıran və onların dəyişdirilməsinə təkid edən qanunları bu məqalədə bircə-bircə tədqiq edə və dəqiq psixoloji, təbii və ictimai araşdırmalara əsaslanaraq sübut edəcəyəm ki, kişi və qadın insanlıq baxımından bir-biri ilə bərabərdir və ailə münasibətlərinin icra və əməl məqamında təşkili üçün ən yaxşı zamindirlər.
Əziz oxucularımızdan nəzərdə tutulan bəhsə daxil olmadan öncə, aşağıdakı bəzi mətləblərə toxunmaq üçün icazə istəyirik:
Ailә münasibәtlәrinin dünyәvi problemlәri
1. Bizim zamanımızda ailə münasibətləri ilə əlaqədar problemlər nə bir o qədər asan və sadə deyil ki, gənclər - onların düşüncə və təfəkkür səviyyəsinin nə dərəcədə olduğunu
səh:29
görmüş və eşitmişik - seminar və konfranslar təşkil edərək onu həll edə bilsin, nə bu məsələ təkcə bizim ölkə və məmləkətə məxsusdur və nə də digərləri onu həll etmiş və ya həqiqi həll yolunu bildiklərini iddia etmişlər.
Məşhur “Tarix və sivilizasiya” əsərinin müəllifi filosof və yazıçı Vil Dorant deyir: “Əgər iki mininci ildə məsihi olduğumuzu və XX əsrin rəbiül-əvvəl ayında dünyada hansı böyük hadisənin baş verəcəyini bilmək istədiyimizi fərz etsək, anlayacağıq ki, bu, nə müharibə, nə də Rusiya hərəkatıdır, əksinə qadınların vəziyyətinin dəyişməsidir. Tarix qısa müddət ərzində belə bir sarsıdıcı dəyişikliyi görməmişdir və ictimai asayişin dayaqları hesab edilən kilsələr, insanın şəhvət və əxlaqi fəsadlarına mane olan evlilik və qadına sahib olmaq və bizi vəhşilikdən xilas edərək mədəniyyət və sivilizasiyaya yiyələnməyimizə səbəb olan əxlaq qanunları - bunların hamısı açıq-aşkar bu nəql olunma və inteqrasiyada bizim düşüncə və təfəkkürümüzə təsir edə və adət-ənənə, həyat və yaşayış tərzi kimi formalaşaraq qeyd etdiyimiz sahələrin giriftarçılığa düçar olmasına səbəb olmuşdur.”
İyirminci əsrin üçüncü rübündə yaşamağımıza baxmayaq, Qərb mütəfəkkirlərinin ailə münasibətlərinin dağılması və evlilik təməllərinin yıxılmasından, cavanların evlilik məsuliyyətinin yükü altına girməkdən boyun qaçırması, analarından nifrət etmələri, ata-ananın bir-birlərinə, xüsusən də, övladlarına qayğı və isti münasibət bəsləməsinin azalması, bugünkü dünyada qadının pozğunluq və fahişəliyi, həqiqi hislər və məhəbbətin öz yerini səthi və keçici hislərə verməsi, talaq və boşanma hallarının daimi olaraq artımı, heyrətamiz şəkildə qeyri-qanuni və qeyri-şəri (bic və ata-anası bilinməyən)) uşaqların dünyaya gəlməsi, evlilər arasında səmimiyyət və vəhdətin nadir hallarda olması məsələlərindən söhbət açmaları heç də gözlənilməz deyil.
Müstәqil olaq, yoxsa, Qәrbi tәqlid edәk?
Bəzi bixəbər və məlumatsız şəxslərin ailə münasibətlərini sürücülük, taksi və avtobusların idarə edilməsi, elektrik və santexnika işlərinin görülməsi kimi təsəvvür etməsi və Avropa
səh:30
və Qərbin, guya, uzun illərdir ki, bu məsələləri daha yaxşı həll etdiyini və bizim isə onlardan geridə qaldığımızı və bacardıqca tez bir zamanda onlara təqlid etməli olduğumuzu düşünməsi təəssüf doğurur. Bu, bir təxəyyül və xülyadır. Onlar həmin məsələlərdə bizdən daha biçarə və giriftar, eyni zamanda, lider və öndərlərinin bu baxımdan fəryad və ah-naləsi daha da ucadır. Qadının elm və təhsil alması məsələsini demirəm, digər məsələlərə nəzər saldıqda, onların daha pis vəziyyətdə olduğu və ailə səadəti və xoşbəxtliyindən binəsib və bəhrələnmədikləri göz qabağındadır.
Tarixin cәbr vә mәcburiyyәti
Bəziləri də fərqli və başqa cür düşüncə və təsəvvürə malikdirlər. Onlar ailədəki nizamın sarsılması və fəsadın ona yol tapmasını qadın azadlığının nəticəsi və bu azadlığın da sənaye həyatının tənəzzülü, elm və mədəniyyətin inkişaf etməsinə səbəb hesab edirlər. Başqa sözlə, bu, tarixin məcburiyyətidir və ona boyun əymək, ailədəki fəsad və nizam-intizamsızlığa göz yummaqdan və keçmişdə mövcud olan ailə səadətindən vaz keçməkdən başqa, çarə yoxdur.
Əgər bu cür fikirləşiriksə, çox səthi və yüngül düşüncəyə malik olduğumuz anlaşılır. Biz sənaye inkişafının ailə münasibətlərində istər-istəməz təsirli olmasını qəbul edirik, amma Avropada ailə münasibətlərindəki nizam-intizamın aradan qalxmasına digər iki ümdə amil səbəb olmuşdur:
Birincisi, bu əsrdən əvvəl onlar arasında zalım və cahilanə qanun və adətlərin icra və cari olması hakim idi, yəni ilk dəfə olaraq on doqquzuncu əsrin sonu və XX əsrin əvvəllərində Avropada qadının mülkiyyət hüququna malik olması idi.
İkincisi, qadınların vəziyyət və əhvalını dəyişmək fikrinə düşən kəslər bizim zamanımızda bəzi üzdən iraq mütəfəkkirlərin seçdikləri yoldan getdilər və qırx maddədən ibarət təklif də onun açıq-aşkar göstəricisidir. Onlar qadının qaşını düzəltdikləri yerdə, vurub gözünü çıxartdılar.
Sənaye həyatının bu cür zərər və xaosun yaranmasına hakim olmasından əvvəl, Avropanın keçmiş və qədimki qanun və
səh:31
islahatları ona hakim oldu. Nəticədə, Şərqdə yaşayan biz müsəlmanların da onların düşdükləri hər bir bataqlığa düşməyimiz və getdikləri yolları getməyimizi zəruri edən heç bir qaçınılmazlıq yoxdur. Biz Qərb həyatına ayıq və düşüncəli olaraq diqqət etməliyik, çünki onlara təqlid edərək əldə etdiyimiz elm və texniki inkişaf, adət və ənənələr və onlara baha başa gələn və bəlaya çevrilən minlərlə qanunlardan - İranda ailə intizamı ilə əlaqədar edilən qanun dəyişikliyi və onun Avropa qanunları ilə ayaqlaşdırılması da onlardan biridir - ehtiyat etməliyik.
Biz vә konstitusiya
2. İrəli sürülən təkliflərin qadınlara zidd, ictimai, psixoloji və təbii tələblərə müxalif olmasını nəzərə almadan, (sonradan bu məsələləri izah edəcəyik) konstitusiya ilə uyğunluğu barədə hansı düşüncələr mövcuddur? Konstitusiyada açıq-aşkar İslam qanunlarına zidd və müxalif olan qanunuların qüvvədən düşdüyü və Milli Məclisdə səsə qoyulma qabiliyyətinə malik olmadığı bildirilmişdir. Digər tərəfdən, təklif edilən qanunun bir sıra maddələri İslam qanunları ilə aşkar şəkildə müxalifdir. Görəsən, qərblilər onlara kor-koranə və gözüyumulu meyilli olan kəslərə öz ölkələrinin konstitusiyasını bu cür oyun-oyuncağa çevirməyə razı olarlarmı?
Din və məzhəbi nəzərə almadan, hər bir ölkənin vətəndaşları üçün onun konstitusiyası müqəddəsdir. İran konstitusiyası da İran millətinin nəzərində möhtərəm və ehtirama layiqdir. Görəsən, millət vəkillərinin konfrans və toplantılar kecirməsi, canfəşanlıq etmə və fəaliyyət göstərməsi ilə konstitusiyanı ayaq altında qoymaq olarmı?
İran cәmiyyәtinin dini hәssaslığı
3. İrəli sürülən təkliflərin eyibli və konstitusiya ilə açıq-aşkar müxalif olmasına göz yumuruq. Hər bir məsələni inkar etsək də, İran xalqının ruhiyyəsinə İslami məzhəbə olan həssaslığın hakim olduğunu inkar edə bilmərik. Hər bir məsələyə ziddiyyətli yanaşan məhdud saydakı çox az bir qismi
səh:32
və hərc-mərclik və müxalifətçiliyə tərəfdarlıq edən kəsləri çıxmaq şərtilə, camaatın əksəriyyəti din və məzhəbə bağlıdır.
Bəzilərinin verdiyi proqnozların əleyhinə olaraq, təhsil və elmlənmək bu millət arasında ayrılıq və fasilə yarada bilmədi, əksinə düzgün və səhih təbliğatın az, amma zəhərli və əks-təbliğatın çox olmasına baxmayaraq, elm və təhsil sahibləri günbəgün İslama tərəf yönəlməyə başladılar.
İndi sizdən soruşuruq ki, bu qanunlar istər-istəməz psixoloji zəminələrin olması ilə necə uyğunluq təşkil edir? Yəni, qanun ürfi cəhətdən İslam şəriəti ilə uyğunluq təşkil etməsə, ondan hansı nəticələr gözlənilə bilər?
Hansısa bir qadının həyatındakı münaqişələr və çətinliklər ucbatından məhkəməyə müraciət etdiyini və ərinin razılığı ilə məhkəmənin də boşanma hökmü verdiyini və daha sonra onun başqa bir kişi ilə evləndiyini düşünün. Bu yenicə evlənmiş olan kişi və qadın ürfi qanunlar baxımdan bir-birini ər-arvad bilmələrinə baxmayaraq, öz məzhəbi vicdanlarının dərinliyində özlərini yad və əcnəbi, cinsi əlaqə və münasibətlərini qeyri-şəri, övladlarını da zinazadə və cəzalarının edam edilmək olduğunu hesab edirlər.
Belə bir halda, onlar üçün hansı psixoloji və ruhi gərginlik və narahatçılığın yarandığını və dost, qonum-qonşu arasında onlara və övladlarına hansı gözlə baxılacağını təsəvvür edin. Biz qanunda dəyişiklik etməklə insanların məzhəbi vicdanlarında dəyişiklik etməyə qadir deyilik. Ya təəssüf, ya da xoşbəxtlikdən, insanların əksəriyyəti din və məzhəbi həssaslıqdan ayrı və kənar deyil.
Əgər siz xaricdən psixoloq və ya hüquqşünas gətirərək camaatın psixoloji vəziyyətinin bu şəkildə olması səbəbindən qanun qəbul edə bilmədiyinizi desəniz və onunla məsləhətləşsəniz, görəsən, o, sizə bu şəraitə uyğun bir nəzər deyə biləcəkmi? O, sizə bu işin minlərlə ruhi və psixoloji çətinlik törədərək narahatçılıqlar yaradacağını deməyəcəkmi?
Bu cür qanunların cəzavermə qanunları ilə müqayisədə daha çox fəsad və zərərlər yartdığını düşünmək yanlışdır. Onlar arasındakı fərqlər yerlə göy qədərdir. Cəzavermə və cinayət məcəlləsinə aid qanunlarda dəyişiklik və onların tətil olunması
səh:33
sadəcə cəmiyyətə bir zərbədir və təkcə azğın və cinayətkarların fəaliyyətinə səbəb olur, lakin ər-arvad və övladlarla bağlı qanunların tətili insanların fərdi və şəxsi həyatları ilə əlaqədardır və hər bir fərdin şəxsi olaraq məzhəbi həssasiyyəti və hissləri ilə birbaşa müharibə etmək deməkdir. Belə qanunlar ya məzhəbiin nüfuzu və vicdanın qələbəsi ilə təsirsiz və fəaliyyətsiz qalaraq yaratdığı psixoloji və ruhi gərginlik və narahatçılıq səbəbilə ləğv edilir, ya da psixoloji çəkişmədən sonra məzhəbi ruhiyyəni qüvvədən salaraq zəiflədir.
səh:34
Dostları ilə paylaş: |