İslamda qadin hüquq sistemi Kİtab haqqinda



Yüklə 1,61 Mb.
səhifə15/34
tarix17.11.2018
ölçüsü1,61 Mb.
#82823
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

İranda boşanma vә talaq


Talaq və boşanmanın artması təkcə Amerikaya şamil və mənsub deyil. Bu məsələ əsrin ümumi bir xəstəlik və infeksiyasıdır. Qərb adət və ənənəsinin daha çox nüfuz etdiyi yerlərdə ayrılıq və boşanmanın statistikasi artmağa doğru irəliləyir. Məsələn, elə İranın özünü götürək. İranın şəhərlərində boşanma halları onun əyalətlərinə nisbətdə çoxdur. Amma Qərb mədəniyyətinin daha çox nüfuz etdiyi Tehranda boşanma və ayrılıqlar digər şəhərlərdən daha artıqdır.

“Məlumat” jurnalının on bir min beş yüz on ikinci sayında İranda baş verən evlilik və boşanmanın statistik göstəriciləri xülasə şəkildə qeyd edilmiş və orada yazılmışdır: “Ölkəmizdə qeydə alınan talaq və boşanma hallarının dörddəbiri Tehran şəhərinin payına düşür. Halbuki, bu şəhərin əhalisi ölkə əhalisinin on faizini təşkil edir. Ümumi halda, Tehrandakı evlilik və izdivacın sayı boşanma və ayrılıq sayından qat-qat azdır. Yəni, buradakı evliliyin statistik göstəriciləri bütün ölkə əhalisinin evlilik göstəricisinin on beş faizini təşkil edir. “


Amerikada getdikcә artmaqda olan boşanma vә talaq mühiti


Söhbət “Həftəlik xəbərlər” jurnalına istinadən Amerikadakı qadınların cinsi ləzzət və daha çox kam almaq ardınca gedərək bu

səh:224


məsələni ailə təməllərinin möhkəmlənməsi və qorunmasından üstün tutmasından düşdüyünə görə, icazə verin bir qədər artıq bu barədə araşdırma apararaq Amerika qadınının nə üçün belə bir vəziyyətə düşməsi məsələsinə toxunaq. Bu məsələ sadəcə qadınla bağlı deyil, onun ictimai səbəbləri də mövcuddur. Amerika ictimai mühitinin ona belə bir ruhiyyə əta edərək zəminə yaratdığı aydın bir məsələdir. Avropaya meyilli olan iranlılar bizim qadınlarımızı da Amerika sayağı qadınların addımladığı bir yola sürükləmək istəyirlər. Əgər onlar belə bir işə iran cəmiyyətində əməli don geydirə bilsələr, şübhəsiz ki, İran qadınının taleyi və onun ailəsi də Amerika qadınlarının ailəsinin vəziyyətinə düşəcəkdir.

Həftəlik nəşr edilən qəzetlərdən birinin altmış altıncı sayında belə yazılmışdır: “İş elə bir yerə çatıb ki, faransızlar da amerikalıların hədlərini aşaraq lap ağ elədiklərini söyləmişlər. Fransanın məşhur qəzeti olan “Frans Sevar”da Kaliforniyadakı əksər bar və kafelərdə sinəsi və başıaçıq qadınların xidmətçi ünvanında işlədiyi qeyd edilmişdir. Qadınların sinələrini örtən geyimlərin olmaması Los Anceles və Kaliforniyada iş forması kimi qələmə verilmişdir. Nyuyorkda isə cinsi məsələlərə həsr edilmiş çılpaq qadınlarla bağlı filmlər translyasiya olunur. Həmin filmlərə də bu cür adlar qoyurlar: “Əxlaqla müxalif olan qızlar”, “Bir-biri ilə qadınlarını dəyişən kişilər”, “Heç bir şey geyinməyən qadın”, eyni zamanda, kitabxanalarının vitrinlərində qoyulmuş kitablarının cildində lüt qadın şəkili olmayanını tapmaq qeyri-mümükündür. Hətta, klassik kitablar arasında da bu şəkildə olanlar hədsiz dərəcədə çoxdur. Həmin kitabların adları belədir: “Amerikalı kişinin cinsi pozaları”, “Qərbli kişilərin cinsi həyatı”, “Yaşı iyirmidən aşağı olan cavanların cinsi vəziyyəti”, “Cinsi məsələlərdə yeni pozalar ən təzə məlumatlarla” Beləliklə, “Frans Sevar” qəzetinin redaktoru heyrət və təəccüblə özündən bu minvalla Amerikanın hara doğru irəlilədiyini soruşur və ardınca yazır: “Düzü, mən sadəcə bu məmləkətin millətinə acıyıram, çünki onlar özlərinə yaxşı bir əyləncə tapdıqlarını düşünür və bu sahədə it yiyəsini tanımır.””

Əgər amerikalı qadın öz cinsi ləzzətləri və kam almaq

səh:225


istəyini ailə və ərindən üstün tutursa, bu məsələdə tənha həmin qadının özü müqəssir deyil, Amerika mühiti və onun bu zəminədə göstərdiyi fəaliyyət ailə təməllərinin sarsılmasına və onun müqəddəs dayaqlarının çökməsinə gətirib çıxarmışdır. Görəsən, uzaqgörənlər bizim əsrimizdə günbəgün artan talaq amilləri və ailələrin dağılması barədə düşünür və bu məsələlərin artma səbəbi ilə maraqlanırlarmı? Belə şəxslər bir tərəfdən boşanma amillərinin artmasına səbəb olur və digər tərəfdən də onun qarşısını qanunla almaq istəyirlər. Bu məsələlər insanları düşündürən məsələlər olmalıdır.

Fәrziyyәlәr


İndi mətləbi əsaslı şəkildə bəhs edəcəyik. Əvvəlcə, nəzəri cəhətdən diqqət edək görək talaq və boşanma yaxşıdır və yaxud pis? Əgər yaxşıdırsa, onda, talaq və boşanma qapısı ümumi şəkildə açıq olmalı və ailə təməlləri bir-birinin ardınca dağılmalıdırmı? Əgər onun yaxşı olduğunu qəbul etsək, deməli, boşanmağa səbəb olan amillərin günbəgün artması yaxşı bir şeydir. Yaxud da əksinə, talaq və boşanma qapısını tamamilə bağlamaq, evlilik və icdivacın məcburən əbədi şəkil almasını təmin etmək və boşanmaya və evliliyin müqəddəs təməllərinin sarsılmasına gətirib çıxaran bütün amillərin qarşısını almaq lazımdırmı? Yoxsa, işin içində üçüncü bir həll yolu mövcuddur və o, qanunun talaq qapısını ümumi şəkildə aradan qaldırması və kişi ilə qadının üzünə bağlaması deyil, əksinə onun saxlanılmasını zəruri və lazımlı bilməkdən ibarətdir. Bu cəhətdən, cəmiyyət də həmin məsələlərlə bağlı səy və təlaş etməli və ailə münasibətlərində meydana çıxan münaqişə və çatışmamazlıqların aradan qaldırılmasına çalışmalıdır.

Cəmiyyət özü ailələrin dağılması, ərlə arvadın ayrılması və uşaqların başsız qalmasına, eyni zamanda, təfriqə və münaqişəyə səbəb olacaq amillərlə mübarizə aparmalıdır. Qanun özü bu barədə təkcə fəaliyyət göstərməklə boşanma və talaqın qarşısını ala bilməz. Yəni cəmiyyətin də rolu bu sahədə əhəmiyyətə malikdir.

Qanunun boşanma qapısını hamının üzünə açıq qoyması

səh:226


nəzərdə tutulsa, bu, hansı formada həyata keçirilməlidir. Bu qanun təkcə qadına, yoxsa, kişiyə şamil olmalıdır, yaxud onların hər ikisinə? Eyni zamanda, onu kişi və qadın üçün eyni şəkildə nəzərdə tutmalıdırmı? Yəni kişi və qadının evlilik əhatə dairəsindən xaric olması bərabər şəkildə olmalıdırmı? Bu barədə ümüumilikdə beş dənə nəzəriyyəni sizin diqqətinizə çatdıra bilərik. Həmin nəzəriyyələr belədir:

1. Talaqa əhəmiyyət verilməməsi və bu barədə qanun və əxlaqi qeyd və şərtlərin nəzərə alnmaması.

Evlilik məsələlərinə sadəcə cinsi ehtiyacların ödənilməsi kimi baxan, ailə məsələlərinə cəmiyyətdə əhəmiyyət verməyən, həmçinin, evliliyin tez bir zamanda yenilənməsini düşünən və daha çox ləzzətlər almaq ardınca olan kəslər bu fərziyyənin tərəfdarıdırlar. “İkinci məhəbbət və eşq daha çox ürəyə yatandır” - deyən şəxs, şübhəsiz ki, belə fərziyyəni təsdiqləyəcəkdir. Bu formada irəli sürülən fərziyyədə həm ailə münasibətlərinin cəmiyyətdəki dəyəri unudulmuş, həm də ailə və evliliyin davam etməsi, kişi və qadın arasındakı səmimiyyətlərin yaranması və onların vahid bir ruh kimi formalaşmasından yaranan səadət və xoşbəxtlik görməzdən gəlinmişdir. Bu fərziyyə həmin zəminədə mövcud olan ən pis və nalayiq fərziyyələrdən biridir.

2. Evlilik və izdivac müqəddəs bağlılıq, ruh və qəlblərin vəhdəti olması səbəbi ilə bu bağlılıq həmişəlik olaraq qorunub saxlanılmalı və talaq və boşanma məsələsi ictimai həyatdan silinib aradan qaldırılmalıdır.

Evlilik münasibətləri ilə bir-birinə bağlanan ər və arvad onları ölümdən başqa, heç bir şeyin ayıra və aralarında fasilə sala bilməyəcəyini başa düşərək anlamalıdırlar. Bu fərziyə katolik kilsəsinin əsrlərdən bəri tərəfdar olduğu və heç bir yolla aradan qaldırılmasına razılaşmadığı fərziyyədir. Həmin fərziyyənin tərəfdarları dünyada sayca azalmaq üzrədir.

Hazırkı dövrdə həmin məsələlərə İtalya və İspanya katolikləri istisana olmaqla, heç kəs əməl etmir. Son zamanlarda qəzet və jurnallardan İtalyada da qadın və kişilərin fəryad səsi ucalaraq talaq və boşanma qanununun rəsmi şəkildə tanınmasını

səh:227

tələb etdiklərini və onların müvəfəqiyyətsiz və uğursuz evliliklərə son qoyaraq həmin evlilikləri davam etdirməməyi düşündüklərini oxuyuruq.



Bir müddət bundan öncə, “Əsr” qəzetində “Deyli ekspress” qəzetindən “İtalyadakı qadının evliliyi onun qula çevrilməsidir” adı altında bir məqalə tərcümə edilmişdir. Həmin məqalədə İtalyada talaq və boşanma qanununun olmaması səbəbindən əksər insanların qeyri-şəri və qeyri-qanuni olaraq cinsi münasibətlərlə məşğul olduğu yazılmışdır. Eyni zamanada, İtalyadakı insanların hal-hazırda həyatlarının günahla keçdiyi və talaq qanunu olmadığından, qeyri-qanunu münasibətlərə düçar olduqları da həmin məqalədə qeyd edilmişdir. Qəzetdə “Feyqar” qəzetinə istinad edilərək İtalyadakı insanların talaq və boşanma olmaması səbəbi ilə böyük bir çətinliklə üzləşməli olduqları yazılmışdır. Bildirilmişdir ki, ölkə əhalisinin əksəriyyəti ölkəni tərk edərək başqa yerlərə gedir.

İtalya təşkilatlarından biri son zamanlarda qadınlardan talaqın icra edilməsinin din və məzhəblə ziddiyyət təşkil edib-etmədiyi barədə öz nəzərlərini bildirməsini istəmişdir. Qadınların doxsan səkkiz faizi bu suala mənfi cavab vermişdir. Yəni, din və onların məzhəbi ilə heç bir ziddiyyət təşkil etmir. Katolik kilsələri isə evliliyin sabit qalması məsələsində israr edərək öz nəzərində təkid edir və hətta, bunun üçün çoxlu dəlillər də gətirir.

Evlilik münasibətlərinin müqəddəs olması məsələsində heç bir şübhı yoxdur, amma bu, o zaman keçərlidir ki, həmin münasibətlər hər iki tərəf arasında sabit və qorunmuş olaraq qalsın. Bəzən kişi və qadın arasında ailədə elə hallar yaranır ki, onların bir-biri ilə razılıq və saziş əldə etməsi qeyri-mümükün olur.

Bu cür vəziyyətlərdə qanunun zoru ilə kişi və qadını bir-birinə bağlayaraq həmin münasibətlərinin adını evlilik qoymaq olmaz. Kilsə düşüncə və nəzəriyyəsinin məğlubiyyətə düçar olacağı qəti bir məsələdir. Katolik kilsəsinin öz nəzəriyyələrini yenidən diqqətdən keçirməyə məcbur olacağı qaçılmaz bir həqiqətdir və bizim bu barədə bundan daha artıq bəhs etməyimizə gərək qalmır.

3. Bu fərziyyədə qadının heç bir şəkildə talaq vermək

səh:228


haqqına malik olmadığı və əksinə, kişinin bu haqqa sahibliyi barədə söhbət açılır. Qədim dünyada bu cür düşüncələr vardı, amma hazırkı dünyada həmin fərziyyənin tərəfdarlarının olmasını güman etmirik və bu barədə həddən artıq bəhs etməyə ehtiyac duyulmur.

4. Evlilik və izdivacın müqəddəs olmasına baxmayaraq, talaq və boşanma məsələsi evli olanların hər biri üçün mümkün olmalıdır. Eyni zamanda, onların bu labirintdən çıxış yolları da eyni şəkildə və eyni cür nəzərdə tutulmalıdır.

Kişi və qadın hüquqlarının oxşar və bənzərliyi iddiası edərək ona səhvliklə “hüquq bərabərliyi” adını qoyan şəxslər bu fərziyyənin tərəfdarıdırlar. Bu dəstədən olanların nəzərində qadın üçün nəzərdə tutulan bütün məsələlər eynilə də kişi üçün olmalı və bunun əksinə olan şəraitdə qadına zülm və haqsızlıq, həmçinin, ayrı-seçkilik edilmişdir. Yəni, kişi üçün boşanma haqqı necədirsə, qadın üçün də o cür olmalıdır.

5. Evlilik və icdivac müqəddəs və ailə münasibətləri ehtirama layiq, amma boşanma və talaq nifrət doğuran olduğu üçün, cəmiyyət ayrılıq və boşanmalara səbəb olan məsələlərin qarşısını almağa çalışmalıdır. Bununla yanaşı, qanun müvəffəqiyyətli olmayan evliliklərdə boşanma məsələsini mane olmamalıdır. Kişi və qadın üçün nəzərdə tutulan yollar açıq olmalıdır. Diqqət etmək lazımdır ki, talaq və boşanma ilə əlaqədar kişi üçün müəyyən edilmiş yollar qadın üçün təyin ediləndən fərqlidir, çünki onlar oxşar və bənzər olmayan hüquqlara malikdirlər. Bu, İslamın qəbul etdiyi və müsəlman ölkələrində kamil şəkildə deyil, naqis olaraq həyata keçirilən qanundur.



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin