İslamda qadin hüquq sistemi Kİtab haqqinda


İslam nә üçün talaq vә boşanmanı haram etmәmişdir?



Yüklə 1,61 Mb.
səhifə18/34
tarix17.11.2018
ölçüsü1,61 Mb.
#82823
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

İslam nә üçün talaq vә boşanmanı haram etmәmişdir?


Burada qarşıya belə bir sual çıxır ki, əgər Allah-taala kişinin bu işini (boşanmasını) xoşlamayaraq ondan bu qədər acığı gəlirsə, onda, nə üçün İslamda talaq məsələsi qadağan

səh:236


edilməmişdir? Əgər İslam bəzi xüsusi hallardan başqa, talaq verilməsini qadağan etsəydi, hansı çətinlik və problem yarana bilərdi? Başqa bir ifadə ilə desək, görəsən, İslamın talaq və boşanma üçün müəyyən şərtləri nəzərdə tutması və həmin şərtlər gerçəkləşdiyi zaman kişinin talaq vermə haqqına sahib olmasını müəyyən etməsi daha yaxşı olmazdımı? Belə olan halda, boşanma və ayrılıq məsələsi özünə qanuni və hüquqi bir forma qazana bilər və kişilər boşanmaq istədikləri zaman, məhkəmədə dəlil və sübut gətirməyə məcbur olardılar və əgər həmin dəlillər məqbul və hakim tərəfindən qəbul olunardısa, qadına talaq verilərdi və əks təqdirdə isə, talaq verilməzdi.

Ümumiyyətlə, “halal olan məsələlər arasında ən çox qəzəb doğuran talaqdır” cümləsindəki mənada məqsəd nədir? Talaq əgər halaldırsa, qəzəb doğuran deyil, yox, qəzəb doğuran və Allahın nəzərində xoşagəlməzdirsə, halal deyil. Axı, “halal olmaq”la “qəzəb doğurmaq” məsələləri bir-biri ilə tərs mütənasib və uyğun deyildir.

Bütün bu məsələlərdən sonra, görəsən, həmin heyət, yəni məhkəmə heyəti talaqla bağlı olan məsələlərdə - İslamın nəzərində talaq bəyənilməz və qəzəb doğurandır - deyərək bu işdə kişini öz qərarından döndərmək və boşanmağa mane olmaq üçün müddəti həddən artıq uzatmağa və yaxud da məhkəmə heyətinə həmin evliliyin heç bir sazişlə uyğun gəlmədiyi və müvəffəqiyyətsizliyi aydın olduqda, onu ləğv etməyə haqqı varmı?

Talaq haqqı (3)


Mətləbimiz İslamın talaq və boşanmanı sevmədiyini və ailə münasibət və təməllərinin möhkəm olmasına çalışdığını dediyimizə yetişdi. Biz belə bir sualı diqqətinizə çatdırmışdıq:

“Əgər talaq və boşanma bu qədər ikrah hissi doğuran və bəyənilməzdirsə, onda, nə üçün İslam onu haram etməmişdir? İslam hansısa bir şeyi və ya əməli qəbul etmədiyi zaman - şərbxorluq, qumarbazlıq və s. kimi - onu haram etmirdimi? Bəs, nə üçün İslam talaq məsələsini birdəfəlik qadağan etməmiş və ona qanuni bir maneə yaratmamışdır? Eyni zamanda, talaqın

səh:237

həm halal, həm də qəzəb doğuran olması necə bir məntiqdir? Əgər halaldırsa, qəzəb doğuran olması və qəzəb doğuran bir məsələdirsə, halal olmasında nə məna vardır?



İslam bir tərəfdən, kişinin talaq verməsini qəbul etməyərək onun bu işini sevmir və ikrah hissi keçirir, digər tərəfdən də, o, istədiyi zaman talaq verdiyində qarşısını heç bir qanunla almır. Görəsən, nə üçün?”

Bu suallar həqiqətən də, yerli və münasib suallardır. Bütün sirlər və məsələnin izahı bu suallarda yerləşdirilib. Məsələnin həqiqəti evliliyin saziş və razılaşmaya tabe olan bir məsələ deyil, onun təbii xüsusiyyətlərə malik olmasıdır. Eyni zamanda, xüsusi təbii qanunlar bu məsələdə nəzərdə tutularaq müəyyən edilmişdir.

Evlilik əhd-peymanı digər ictimai saziş və razılaşmalar olan ticarət, vəkalət, icarə, girov və s. kimi məsələlərdən tamamilə fərqlənir və sadaladığımız məsələlər sadəcə ictimai sazişlərdir və onlara təbii və instinktiv xüsusiyyətlər dəxalət etmir və təbii olaraq, onlar üçün bu cəhətdən qanunlar da müəyyən edilməmişdir. Amma izdivac və evlilik mexanizmi təbii və hissi keyfiyyətlərə əsaslanır və ona uyğun da tənzimlənməlidir. Həmin səbəbdən, digər saziş və müqavilələrlə fərqlərə malik olan evlilik məsələlərində o qədər də təəccüb etməyə ehtiyac yoxdur.

Evlilik vә boşanma mәsәlәlәrindә fitri qanunların rolu


Mədəni cəmiyyətin azadlıq qanunuda təbii olan yeganə qanun sadəcə bərabərlik və müsavat qanunudur. Cəmiyyətin bütün müqərrəratları müsavat və azadlıq olan iki təməl prinsipə əsasən tənzim olunmalıdır, nəinki, digər məsələlərlə. Bu məsələ evlilik və izdivacla bağlı olan hallarda fərqə malikdir və onda bərabərlik və müsavilikdən başqa, digər təbii qanunlar da təsirlidir və biz həmin qanunlara riayət etmək və tabe olmaqda məcburuq. Talaq və boşanma da bütün saziş və razılaşmalardan əvvəl, təbii olaraq, qanunlara malik olmuşdur.

İşin əvvəli və ortasında olduğu kimi, izdivac və evlilik zamanı da təbii və fitri qanunlara riayət olunmalıdır (biz bu barədə elçilik, mehriyyə, nəfəqə və xüsusən də, kişi və qadın

səh:238

fərqlilikləri bəhsində söhbət açmışdıq). Həmçinin, bu məsələ işin sonu hesab edilən talaq məsələsinə də aiddir və təbii və fitri qanunlar onda da gözlənilməlidir. Təbii məsələləri görməzdən gəlməyin heç bir fayda və əhəmiyyəti yoxdur.



Aleksis Karlın dediyi kimi, həyat və yaşayış qanunları ulduz və planetlərin qanunlarında olduğu kimi sərt, ciddi və müqavimət göstərilməsi mümkün olmayandır.

Evlilik vəhdət və qovuşmaq, boşanma və talaq isə ayrılıq deməkdir. Kişi və qadın arasında evlilik münasibətləri ilə vəhdət və cüt yaşayışı meydana gətirən həmin təbii qanunlar onlardan birinin məhəbbət tələb edən, digərinin isə nəvaziş göstərən, qadının kişi qəlbini ovlamaq və ələ gətirməkdə mahir və kişini ona aldanan yaratdığı kimi, aydın məsələdir ki, bu münasibətlərdə ayrılıq və boşanma adlı iki xüsusiyyəti də nəzərdə tutmuşdur. Həmçinin, ailə münasibətləri zərif cinsin mərkəz təşkil etməsi və əks cinsin, yəni kişinin onun ətrafında fırlanmasına, dostluq və rəfiqlik xüsusiyyətlərinə görə deyil, insanların qəlbi bağlılıqlarına əsasən müəyyən edilmişdir. Bu münasibətlərin qırılması və ayrılıqların özü də xüsusi qanunlara tabedir.

On beşinci məqaləmizdə alimlərin birindən belə nəql etmişdik: “Cütlük (öz tayını tapmaq) axtarışı kişilərdə hücumçuluq, qadınlarda isə onların geri çəkilməsi və kişinin qəlbini ələ keçirməklə nəticələnən xüsusiyyətlərə malikdir. Çünki kişi təbiət və fitrət baxımından, ovçu qabiliyyətlidir. Qadın onun üçün müsabiqədə təyin edilmiş mükafata bənzəyir və o, həmin mükafatı ələ gətirmək üçün çalışır. Öz cütü və öz tayını tapmaq axtarışı döyüş və mübarizə, evlilik isə sahiblik və iqtidardır.”

Vəhdət və məhəbbətə əsaslanan əhd-peymanlar dostluq və rəfiqlik münasibətlərinə söykənmir və belə münasibətlərdə məcburiyyətə ehtiyac yoxdur. Qanuni və icbari şəkildə iki nəfərin bir-biri ilə saziş və müqavilə bağlaması və həmin məsələlərə ədalətlə yanaşaraq ehtiram göstərməsi, eyni zamanda, bu işi uzn illər boyu davam etdirməsi mümkündür, amma qanuni və məcburi olaraq iki şəxsin bir-birinə sevgi və məhəbbət göstərməsini, onların fədakarlıq etməsini və səmimi

səh:239

münasibətlərə malik olması və onlardan birinin digərinin səadət və xoşbəxtliyini öz səadəti hesab etməsini təmin etmək mümkün deyil.



Əgər iki şəxs arasında yuxarıdakı kimi münasibətlərin yaranmasını istəyiriksə, icbari və qanuni olmayan digər əməli və ictimai məsələəri işə salmalıyıq. İslamın təbii mexanizmlərə əsasən müəyyən etdiyi evlilik və izdivac qanunlarında qadının ailə daxilində möhtərəm və sevilən olması nəzərdə tutulmuşdur. Beləliklə, hansısa bir səbəb üzündən, artıq qadın öz məqamından tənəzzülə uğrayaraq kişinin məhəbbətini cəlb edə bilməsə və onun üçün maraq kəsb etməsə, deməli, ailə münasibətləri və onun təməlləri süquta uğramağa başlamışdır. Yəni, təbii bir icma təşkil edən topluluq təbii və fitri hökmlərə söykənərək dağılmışdır.

İslam bu formada olan məsələlərə sadəcə təəssüf hissi ilə yanaşır və bu baxımdan onun öz yerində saxlamaq üçün hansısa bir qanuni maneə yaratmır.

Əlbəttə, İslam ailə əsasları və təməllərinin təbii olaraq sabit və möhkəm qalması üçün müəyən tədbir və qanunları nəzərdə tutmamış deyil. Yəni, o, kişinin kişi olaraq tələbkar və ehtiyaclı və qadının isə sevilən və diqqət mərkəzində qalmasını təmin etməyə çalışmışdır. İslamın qadınlara etdiyi tövsiyələr onların öz ərləri üçün bəznməsi, onların diqqətini çəkməsi və cinsi ehtiyac və tələbatlarını ödəməyə çalışmalarıdır. Eyni zamanda, qadınlar öz ərlərinə bu sahədə mənfi münasibət bəsləyərək onlarda ruhi sarsıntı və qadınlarına qarşı soyuq münasibətlərin yaranmasına səbəb olmamalıdırlar. Bununla yanaşı, kişilərə də qadınlarına qarşı mehriban olmağı və onlara olan sevgi və məhəbbətlərini gizlətməyərək bildirmələrini də İslam tövsiyə edir.

Bir sözlə, İslamın bu zəminədəki fəaliyyət və tədbirləri kişi və qadının cinsi münasibətlərini ailə daxilində tənzim etməkdən ibarətdir və aiə münasibətlərinin dağılması və ayrılıqların baş verməməsi üçün İslam əlindən gələni əsirgəməmişdir.

səh:240


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin