İslamda qadin hüquq sistemi Kİtab haqqinda


Qadınların bir neçә әrә sahib olmasının müvәffәqiyyәtsizliyi



Yüklə 1,61 Mb.
səhifə23/34
tarix17.11.2018
ölçüsü1,61 Mb.
#82823
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

Qadınların bir neçә әrә sahib olmasının müvәffәqiyyәtsizliyi


Bir neçə ərə sahib olmaq məsələsinin ortadan qalxması və müvəffəqiyyətsizliyinin səbəbi həmin məsələnin nə kişi, nə də qadın təbiəti ilə uyğun gəlməməsi idi. Bu məsələ ilkin olaraq kişilərin inhisarçılıq tələb etməsi və atalıq məsələsinin müəyyən edilməsi ilə ziddiyyət təşkil edirdi. Övlada məhəbbət göstərilməsi bəşərin fitri (instinktiv) və təbii olan xüsusiyyətlərindəndir. Bəşər təbii olaraq, nəsil artırmaq və övladın dünyaya gəlməsini və keçmiş və gələcək nəsillər arasındakı münasibətlərin (rabitələrin) müşəxxəs və müəyyən, əmin və etibarlı olmasını istəyir. Yəni, insanlar hansı atanın övladı və hansı övladın atası olduğunu bilmək istəyir. Bir neçə ərə sahib olmaq məsələsi insanın fitri və təbii olan xüsusiyyətləri ilə ziddiyyət və fərqlilik təşkil edir. Kişinin bir neçə qadına sahib olmasından fərli olaraq, bu məsələ həmin cəhətdən sadəcə kişiyə zərbə vurur, nəinki, qadına.

səh:289


Bir dəstə qadının (təqribən, qırx nəfərə yaxın) bir yerə toplaşaraq Əli ibn Əbu Talibin (ə) yanına gəldiyini və belə dediklərini nəql edirlər:

“Nə üçün İslam dini kişilərə bir neçə qadınla evlənməyə icazə vermiş, amma qadınların bir neçə ərə sahib olmasını qadağan etmişdir? Görəsən, bu məsələ ayrı-seçkiliyə səbəb deyilmi?” Həzrət Əli (ə) onların hər biri üçün bir qabda su gətizdirərək qabı onlara verir. Sonra onlara məclisin ortasında qoyulmuş böyük və içi boş bir qaba əllərində olan qabdakı suyu boşaltmalarını söyləyir. O həzrətin göstərişinə əməl edilir. Sonra onlara əmr edir ki, sizin hər biriniz suyu tökdüyünüz qabdan iki dəfə öz qabını su ilə doldurmalıdır, amma hamı gərək qaba boşaltdığı suyunun eynilə özünü götürsün.

Qadınlar suların bir-biri ilə qarışdığı üçün onları bir-birindən ayırmağın mümkün olmadığını dedilər. Həzrət Əli (ə) buyurdu: “Əgər hansısa bir qadın bir neçə ərə sahib olsa, istər-istəməz onlarla cinsi münasibətə girəcək və daha sonra hamilə qalacaq. Belə olan təqdirdə, dünyaya gələcək uşağın hansı kişinin nəslindən olduğunu necə müəyyən etmək olar?” Bu, məsələnin kişilərə aid olan tərəfi idi.

Qadınlar baxımından da bir neçə ərə sahib olmaq həm onların təbiəti, həm də mənafeləri ilə ziddiyyət təşkil edir. Qadın təkcə kişidən onun cinsi ehtiyacını ödəyəcək bir amil kimi istifadə etmir ki, biz “nə qədər çox ər olsa, bir o qədər qadın üçün yaxşıdır” - deyək. Qadın kişi ilə bağlı elə bir varlığa ehtiyac duyur ki, onun qəlbini ələ almağı bacara, (kişi) qadının hami və qoruyucusu ola, onun üçün fədakarlıq edə, zəhmət çəkərək pul qazana, iş və əməyinin nəticəsini ona sərf edə və onun həmdəmi ola bilsin.

Qadının öz əmək fəaliyyəti sayəsində ələ gətirmiş və ələ gətirdiyi pul - kişinin ehtiyaclarının bir neçə bərabəri olan puldur - nə onun geniş olan tələbatlarını ödəməyə kifayət etmir, nə də kişinin qadına nəfəqə ünvanında verdiyi və onun məhəbbəti, sevgisi yolunda ödədiyi pula çatır.

Qadının həddən artıq olan maddi ehtiyaclarını daimi olaraq

səh:290

kişi bir fədakar ünvanında həmişə təmin etmişdir. Kişi üçün ən yaxşı və ən şiddətli şövq və istək onun öz ailəsi və uşaqları üçün fəaliyyət göstərməsidir.



Bir neçə ərə sahib olmaqla qadın heç vaxt özünə nisbətdə bir kişinin həqiqi sevgisini və onun üçün fədakarlıq etməsini cəlb edərək qazana bilməz. Bu baxımdan, qadının bir neçə ərə sahib olması məsələsi onda nifrət hissini oyadır.

Deməli, həmin məsələ nə kişinin, nə də qadının istək və meyilləri ilə müvafiq olmamışdır.


Cinsi münasibәtdәki üştәrәkliyin müvәffәqiyyәtsizliyә düçar olması


Cinsi münasibətlərdəki müştərəkliyin müvəffəqiyyətsizlik səbəblərinin də yuxarıda sadaladığımız kimi olduğunu deyə bilərik.

Platon tərəfindən cinsi münasibətdəki müştərəklik və iki tərəfdən də məxsusluğun - yəni, nə kişinin bir qadına aid olması, nə də qadının bir kişiyə aid olması - aradan qaldırılması məsələsi irəli sürülmüş və bu xüsusiyyətlər bizim əvvəldə də işarə etdiyimiz kimi, filosof hakimlər və hakim filosoflar, yəni hakim olan təbəqə arasında nəzərdə tutulmuşdur.

Həmin etiqad və təklif digər şəxslər tərəfindən qəbul edilməmiş, hətta, Platonun özü də öz əqidəsindən daşınmışdır.

Son bir əsrdə “kommunizmin ikinci atası” sayılan Fridrix Engels də həmin nəzəriyyənin həyata keçirilməsini təklif edərək onu müdafiə etmiş, amma kommunist ölkələr tərəfindən bu nəzəriyyə qəbul edilməmişdir. Sovetlər İttifaqının 1938-ci ildə Engelsin irəli sürdüyü teorinin icrasından əldə edilən acı və təəssüflü təcrübələr səbəbi ilə ailələrin xeyrinə qanun qəbul etməsini və bir qadına sahib olmanı rəsmi evlilik kimi elan etdiyini qeyd edirlər.

Bir neçə qadına sahib olmaq kişi üçün hansısa bir imtiyaz hesab edilə bilər, amma bir neçə ərə malik olmaq qadın üçün əsla qəbul edilməmiş və edilməyəcəkdir. Buna səbəb kişinin, şəxsən, qadının özünü tələb etməsi və qadının da kişinin qəlbini ələ gətirmək və ona fədakarlıq etməsini istəməsidir. Kişi

səh:291


qadının özünü ələ gətirdiyi zaman onun qəlbini əldən verməyə heç bir əhəmiyyət vermir. Bu cəhətdən, bir neçə qadına malik olan kişi üçün onların qəlblərini əldən vermək heç bir məna kəsb etmir. Amma qadın üçün belə deyil və kişinin qəlbi onun üçün əhəmiyyətə malikdir. Əgər kişinin qəlbini əldən verərsə, deməli, hər bir şeyi əldən vermişdir. Başqa bir ifadə ilə desək, evlilik məsələlərinə günümüzdə iki amil və ünsür dəxalət edir:

Biri maddi və digəri də mənəvi. Evliliyin maddi amili həmin cinsi münasibətdir və o, cavanlıq vaxtında daha da zirvə və pik nöqtəsinə qalxır və tədricən azalmağa doğru irəliləyir.

Mənəvi amil tərəflər arasındakı həssas və davamlı münasibətlərə dayanır və onlar arasında belə məsələlər hakimdir və zaman keçdikcə, daha da şiddətlənməyə başlayır. Kişi ilə qadın arasında mövcud olan fərqlərdən biri birinci ünsür və amilin yox, ikinci amilin əhəmiyyət kəsb etməsidir. Amma kişi üçün məsələ belə deyil.

Evlilik adətən, kişi üçün maddi və qadın üçün mənəvi cəhətlərə malikdir. Yaxud da kişi üçün maddi və mənəvi xüsusiyyətlərin bərabər və müsavi olduğunu deyə bilərik.

Bütün bunları bir kənara qoyaq. İyirmi dördüncü məqalədə avropalı psixoloq bir qadının nəzərlərini şahid gətirmiş və demişdik ki, qadın hamilə olduğu zamanlarda onun psixoloji haləti dəyişir və xüsusən, kişinin ona qarşı daha çox diqqət, məhəbbət və nəvaziş göstərməsinə ehtiyac duyur. Bu ehtiyac qadın bir ərə sahib olduğu hallarda keçərli və özünü doğruldandır.

Bir neçə ərə sahib olmaqla çoxlu sayda zövcəyə sahib olmanın bir-biri ilə müqayisə edilməsi, həmin məsələlər arasında heç bir fərqin olmamasının təsəvvür edilməsi və çoxlu sayda qadına sahib olmağa kişinin qoluzorlu və qüdrətli olmasını dəlil gətirmək və qadının bir neçə ərə malik olması imtiyazının isə onun zəif və gücsüz olduğu üçün qoruya bilməməsi ilə əlaqələndirmək açıq-aşkar bir səhv və yanlışlıqdır.

Xanım Manuçehriyan “İran konstitusiyası və ictimai qanunlarına irad” adlı kitabının otuz dördüncü səhifəsində yazır:

“İctimai qanunun 1049-cu maddəsində deyilir: “Heç kim öz

səh:292

qadınının icazəsi olmadan onun (arvadının) bacısı və ya qardaşı qızını ala bilməz... Əgər qadın icazə verərsə, ər xanımının qardaşı və ya bacısı qızı ilə evlənə bilər. Amma onun icazə vermədiyi hallarda nə etməli olduğumuzu araşdıraq. Cavabında deyirik ki, heç nə, əvəz etmək olan yerdə gileylənməyə yer yoxdur, onda, kişi başqa bir qadınla evlənə bilər.” İndi məsələni əksinə düşündüyümüzdə nə baş verəcək? Məsələn, “Qadın (evli olduğu halda) ərinin icazəsi olmadan öz ərinin qardaşı və ya bacısı oğlu ilə evlənə bilməz” - desək, damarda təəssübkeşlik qanı cuşa gələr və fəryad edərək bunun insanlıq qayda-qanunlarına sığmadığını və eyni zamanda, qadın təbiətinin də onunla müxalif olduğunu deyərlər.



Cavabında deməliyik ki, bu məsələ təkcə qadının qul olması məsələsi ilə müxalifdir. Yəni, bir malın birdən artıq maliki olmadığı və ya bir malikə qayıtdığını nəzərə alsaq, bizim qanunlara əsasən də qadın qul və mal hesab olunduğundan, onun birdən çox sahibi olmamalıdır...”

O, həmin kitabın yetmiş üçüncü səhifəsində isə belə yazır:

“Kişi dördə yaxın qadına sahib ola bildiyi kimi, biz “qadın da bəşər olduğu üçün kişinin malik olduğu hüquqlara eyni və bərabər şəkildə sahib olmalıdır” - deyə bilərik. Məntiqi olan bu dəlillərin nəticəsi kişiləri həddən artıq vəhşət və qorxuya salır. Bu yerdə onların qanları damarlarında cuşa gəlir, üzləri qızarır və onlar fəryad edərək “qadınlar birdən artıq ərə necə sahib ola bilər? “- deyirlər. Biz də soyuqqanlı və aram şəkildə cavab veririk ki, bəs, kişi birdən artıq qadına necə sahib ola bilir?

Biz burada əxlaqi pozğunluqların yayılmasını, qadınların iffət və namusunun heçə sayılmasını istəmirik, amma kişilərə onların qadınlar barəsindəki düşüncə və təfəkkürlərinin o qədər də möhkəm və sarsılmaz olmadığını anlatmağa çalışırıq. Kişi və qadın birdir. Onların hər ikisi bir-biri ilə müsavi və bərabərdirlər. Əgər kişilərə dördə qədər qadınla evlənmək haqqı verilirsə, bu haqq qadınlara da verilməlidir. Eyni zamanda, qadınların əqli baxımdan kişilərdən daha qabiliyyətli olmadığı təsəvvür olunsa da, qadınlar ruhi və nəfsani keyfiyyətlər cəhətindən heç də

səh:293

kişilərdən zəif deyillər və onlardan geridə də qalmırlar.”



Diqqət edildiyi kimi, yuxarıda bəyan edilən məsələlərdə bir neçə ərə sahib olmaqla bir neçə zövcəyə malik olmaq arasında heç bir fərq qoyulmamışdır. Azadlığa malik olmayan qadınların qul və kəniz olmalarına müxalif və zidd olan bir neçə ərə sahib olmaqla bağlı məsələni müdafiə etməklə yanaşı, sadəcə kişinin qoluzorlu və qüdrətli olduğu üçün öz xeyrinə bir neçə qadına sahib olmağı adət halına saldığı göstərilmişdir.

Yuxarıda qeyd edilən yazılarda bir neçə qadına sahib olmağın yayılması ilə bir neçə ərə sahib olmağın ortadan qalxması səbəbi kimi, kişinin mülkiyyət sahibi və qadının mülk hesab edilməsi məsələsi ilə əlaqədar olduğu göstərilmişdir. Kişi qadının maliki olduğu üçün bir neçə qadına, yəni çoxlu miqdarda mala sahiblənə bilirdi. Amma qadın mülk hesab edildiyi və onun birdən artıq sahibi olmadığı üçün, bir neçə ərə sahib olmaqdan məhrum olmuşdur.

Həqiqətdə, yazıçı xanım Manuçehriyanın nəzərlərinin əksinə olaraq bir neçə ərə sahib olmanın qəbul edilməməsi məsələsinin özü kişinin qadına bir mal (mülk) gözü ilə baxmadığına bir dəlildir. Çünki mala şərik olmaq və bir neçə nəfərin bir malın maliki olması və ondan istifadə edilməsi bəşərin mülkiyyət üzərində icra etdiyi cari qanunlardan hesab edilir. Əgər kişi qadına bir mal gözü ilə baxsaydı, onun üzərində müştərək istifadəni qəbul edərdi, çünki o, mal üzərindəki şərikli maliklik və ondan istifadəni caiz (qəbul olunası) hesab edirdi.

Dünyanın hansı bir yerində hansısa bir malın birdən artıq sahib və malikinin olmadığı qanun şəklini almışdır ki, biz həmin qanuna istinad edərək bir ərə sahib olmanı onunla əlaqələndirək və ondan qaynaqlandığını deyək?

Kişi və qadının bir olduğunu söylərək onların eyni və bərabər hüquqlara malik olmasının zərurət təşkil etdiyini deyirlər. Nə üçün kişi öz hüquqlarından istifadə edərək bir neçə qadına malik ola bilir, amma qadın həmin hüquqlarından faydalanaraq bir neçə ərə sahib olmaq haqqından istifadə edə bilmir? Cavab olaraq deyirik ki, sizin səhviniz elə bu yerdədir,

səh:294


çünki bir neçə qadına sahib olmağı siz kişinin haqqı və bir neçə ərə malik olmağı da qadının haqqı olduğunu hesab edirsiniz, halbuki, sayca çox qadına maliklik qadınların hüquqlarına daxildir. Amma çoxlu sayda ərə malik olmaq nə kişinin, nə də qadının mənafe və məsləhəti ilə uyğun gəlmir.

Biz gələn bəhslərimizdə İslamın çoxarvadlılıq məsələsini nəzərdə tutmaqla kişilərin deyil, qadınların hüquqlarını bərpa etməyə çalışdığını və əgər kişilərin hüquqlarına xidmət etmiş olsaydı, həmin məsələni “Qərb dünyasında olduğu kimi, həyata keçirmiş olardı” - deyərək sübuta yetirəcəyik. Yəni, Qərbdə kişilərə çoxlu sayda qadınlardan özünün birinci qadını kimi, öz xeyri və mənfəətinə istifadə etmək haqqı verilmiş, amma onların qadın və uşaqlarını təmin etməsi və qanuni arvad və qanuni övlad məsələsi ilə bağlı olaraq heç bir məsuliyyət, vəzifə və qanun nəzərdə tutulmamışdır. Qərbdə bir neçə ərə malik olmaq qadının haqqı deyildi ki, onun əlindən alınmış hesab olunsun.

Kişilərin qadınlarla bağlı düşüncə və etiqadlarının onların özünün təsəvvür etdiyi kimi o qədər də möhkəm və sarsılmaz olmadığını kişilərə anlatmağa çalışdıqlarını söyləyirlər.

Təsadüfən, bizim istədiyimiz də elə budur (məsələnin anlaşılması).Biz gələcək bəhslərimizdə islami nəzərlərin çoxarvadlılıq məsələsi ilə bağlı əsaslanıb istinad etdiyi mənbələr barədə söhbət açacağıq. Biz bu və digər nəzər sahiblərindən tələb edirik ki, İslamın bu məsələ ilə əlaqədar irəli sürdüyü nəzər və düşüncələrin sarsılmaz olub-olmaması ilə bağlı öz fikir və düşüncələrini bildirsinlər. Mən İslamın irəli sürdüyü nəzərlərin mənbəyində bu məsələlər barədə hansısa bir çatışmamazlıq və boşluq tapa biləcəkləri təqdirdə, qadın hüquqları ilə bağlı bütün dediklərimdən daşınacağıma şərəf sözü verirəm.



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin