İslamda qadin hüquq sistemi Kİtab haqqinda


Bir neçә әrә malik olduqda qadının haqqı



Yüklə 1,61 Mb.
səhifə28/34
tarix17.11.2018
ölçüsü1,61 Mb.
#82823
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

Bir neçә әrә malik olduqda qadının haqqı


İndi isə ikinci müqəddimə barəsində danışaq. Yəni, evliliyə hazır qadınların evliliyə hazır kişilərdən sayca çox olmasının qadın təbəqəsi üçün “haqq” və evli kişi və qadınlar üçün isə “vəzifə” və “məsuliyyət” yaradıb-yaratmaması məsələsinə diqqət edək. Evliliyin bəşərin ən əsas və təbii haqlarından olması barədə bizim heç bir sübhəmiz yoxdur. İstər kişi olsun, istərsə də qadın,

səh:315


hər bir şəxsin məskən, yaşamaq, yemək, təhsil, iş, azadlıq və əmniyyət və s. hüquqları olduğu kimi, onların evlənmək, ailə qurmaq, ər və övladlardan bəhrələnmək haqqı vardır.

Cəmiyyət bu hüquqların əldə olunmasına mane olmamalı, əksinə onun həyata keçirilməsi üçün bütün vasitələri təmin etməlidir. Bizim fikrimizcə, bəşər hüququ ilə əlaqədar irəli sürülən tezislərdə mövcud olan ən böyük naqislik və çatışmamazlıq evlənmək məsələsinə diqqət edilməməsindədir. Orada azadlıq və əmniyyət, beynəlxalq məhkəməyə müraciət, tabeçilik və tabe olmamaq, hər hansı bir irq, millət və dindən olmasına baxmayaraq, evlənməkdə azadlq, mülkiyyət hüququ, təşkilat yaratmaq, istirahət və s. kimi hüquqlar yad olunur, amma qanuni olaraq evlilik haqqının, yəni ailəyə sahib olma haqının olmasından söhbət açılmır. Bu haqqın olmasına daha çox qadın ehtiyaclıdır və o kişidən daha artıq ev və ailəyə möhtacdır.

İyirmi yeddinci məqaləmizdə evliliyin kişi üçün maddi, qadın üçün isə mənəvi və atifə xarakter daşıdığını bildirmişdik. Əgər kişi ailəsini əldən verərsə, haradasa, qadınbazlıq və fahişəliklə öz ehtiyaclarını təmin edə bilər. Amma qadın üçün ailə bundan artıq əhəmiyyət kəsb edir. Əgər qadın ailə mühitini əldən verərsə, fahişəlik və rəfiqbazlıqla öz maddi və mənəvi ehtiyaclarını heç vaxt - hətta, azacıq da olsa belə - təmin edib ödəyə bilməz. Kişi üçün evlilik haqqı onun qərizə və ehtiyaclarının təmin edilməsi, şərik, həmdəm və zövcəyə və qanuni övlada sahib olmaq hüququ deməkdir. Amma qadın üçün bu haqq dediklərimiz bütün haqlardan əlavə, onun özünə hami və dəstək olacaq, eyni zamanda, hisslərini bölüşəcəyi bir adamın olması mənasındadır.

İndi yuxarıdakı iki müqəddiməni sübuta yetirdikdən sonra belə deyə bilərik:

1. Nisbi olaraq qadınlar sayca kişilərdən çoxluq təşkil edir.

2. Evlənmək haqqı bəşərin ən təbii haqlarındandır.

Nəticədə, əgər bir zövcəyə malik olmaq evliliyin yeganə qanuni forması olarsa, çoxlu sayda qadınların bu təbii haqdan (evlənmək haqqı) məhrum olacağını bilməliyik. Bu təbii olan

səh:316


haqlar təkcə çoxarvadlılıq ilə bağlı olan qanunlarla - əlbəttə, sahib olduğu xüsusi şəraitlə birgə - həyata keçirilə bilər. Müsəlmanlar arasındakı mütəfəkkir qadınlar yenidən öz şəxsiyyətlərini əldə edərək qadın hüquqlarını himayə, əxlaqı qorumaq, insan nəslinin mühafizəsi və bəşərin ən təbii hüquqları adı ilə Birləşmiş Millətlər Təşkilatının hüquqi komissiyasında təklif irəli sürməli və İslamın dediyi məntiqə əsasən, zövcələrin sayca çoxluğu məsələsinin rəsmi olaraq tanınmasına çalışmalıdırlar. Bu yolla onlar qadın cinsi və əxlaqa ən böyük xidmət göstərmiş olarlar.

Sadəcə Şərqə mənsub olması və Qərbin də onu izləməsi məsələsində heç bir günah və qəbahət mövcud deyil (yəni, Qərb də bunu izləyə bilər).


Rassel nәzәriyyәsi


Bertrand Rassel - əvvəldə də işarə etdiyimiz kimi - bir zövcəyə malik olmanın qanuni şəkildə qəbul edilməsi məsələsinin çoxlu sayda qadınların evlilikdən məhrum olması ilə nəticələnəcəyi etiqadına sahibdir. Beləliklə, o, məsələnin həlli yolunu təklif edir. Amma necə bir həll yolu?! Çox sadə. O, qadınların övlada sahib olmaqdan məhrum olmaması, qadınbaz kişilərin tələsinə düşməməsi və qadının hamilə olduğu müddətdə kişinin kömək və qadının ehtiyaclarının ödənməsi üçün ona nəfəqə verməsinə möhtac olduğuna görə, dövlətin bu vəzifəni icra etməkdə atanın canişininin olmasını və belə qadınlara iqtisadi və maddi baxımdan yardım göstərsini təklif edir.

Rassel “Hazırda İngiltərədə bir milyondan artıq qadının sayca kişilərdən üstünlük təşkil etdiyini və camaat arasındakı adət və ürfə (bir zövcəyə malik olmaqla bağlı) əsasən, onların subay qalacaqlarını və bu qadınlar üçün ən böyük məhrumiyyətdir” dedikdən sonra, belə yazır:

“Bir qadına sahib olmaqla bağlı olan evlilik kişi və qadınların sayca təqribi bərabərliyi fərziyyəsinə əsaslanır. Bərabərliyin mövcud olmadığı yerlərdə kişilərin subay qalması məcburiyyəti insanlarda mənfi təsirlər yaradır. Əgər əhalinin sayca artırılmasına

səh:317


meyilli olsaq, bu məsələ ümumi düşüncələri kənara qoysaq belə, xüsusi nəzərlərə əsasən də qəbul edilməyəcək.”

İyirminci əsrdə yaşayan filosofun ictimai bir məsələnin həlli ilə bağlı irəli sürdüyü təklifin bu şəkildə olması ilə İslamın irəli sürdüyü təklif arasındakı fərqə diqqət edin. İslam bu məsələni həll edərkən bir kişinin iqtisadi və cismi imkanlara malik olduğu zaman, birdən artıq qadınla evlənə bildiyini, ikinci qadının da onun qanuni və rəsmi zövcəsi hesab edildiyini, birinci qadınından dünyaya gələn övladları ilə ikinci qadından doğulmuş övladları arasında heç bir ayrı-seçkilik qoymamalı olduğunu, eyni zamanda, birinci qadının ikinci qadına nisbətdə ictimai bir vəzifə olaraq sanki öz bacısı imiş kimi, ona qarşı fədakarlıq etməli və bu cür müştərəklik və bərabərlik sosializmin əsaslarından hesab edildiyi kimi, onu qəbul etməli olduğunu bildirir.

Amma XX əsrin bu filosofu isə belə deyir: “Ərdən məhrum olan qadınlar qeyri-qanuni uşaq dünyaya gətirdikləri zaman, dövlət onların qayğısına qalmalıdır. Həmin filosofun nəzərində qadının evliliyə olan ehtiyacı üç cəhətdəndir: Birincisi, kişi vasitəsi ilə onun cinsi tələbatları daha yaxşı şəkildə təmin edilir. İkincisi, onun dolayı yolla (qeyri-qanuni və qeyri-şəri) övlad əldə etməsinə yol açır. Üçüncüsü, onun iqtisadi ehtiyaclarının ödənməsi məsələsidir ki, bu da dövlət vasitəsi ilə həyata keçirilməlidir. Rasselin düşüncələrinə əsasən, qadının ehtiyac duymadığı və əhəmiyyət kəsb etməyən məsələlərdən biri qadının ərinin davamlı məhəbbətinə ehtiyac duymamasıdır. Yəni, qadın kişinin onu öz himayəsinə götürməsini və onun qadınla təmas və ünsiyyətinin təkcə cinsi tələbatlarını ödəməklə bağlı olmamasını istəyir.

Filosofun nəzərində, əhəmiyyət kəsb etməyən digər məsələ bu vasitə ilə (qeyri-qanuni) dünyaya gələn uşağın pərişan və narahatedici halıdır. Hər bir uşaq və hər bir insan ata və anasının bilinməsinə, eyni zamanda, valideynlərinin ona qarşı davamlı məhəbbət göstərməsinə ehtiyaclıdır.

Təcrübələr qadının atası məlum olmayan uşaq dünyaya

səh:318


gətirdiyi zaman, ata tərəfindən özünə qarşı qayğı və məhəbbət görmədiyi üçün öz uşağına kifayət qədər məhəbbət göstərə bilmədiyini nişan vermişdir. Belə olduğu təqdirdə, məhəbbətlə bağlı yaranan çatışmamazlığı haradan təmin etmək olar? Görəsən, dövlət bunu təmin edə bilərmi? Cənab Rassel onun irəli sürdüyü təklifin qanun şəklində qəbul olunmayacağı təqdirdə, çoxlu sayda qadınların subay qalacaqlarına təəssüf etdiyini bildirir. Amma Rasselin özü də yaxşı bilir ki, İngiltərədəki qadınlar belə bir qanunun həyata keçirilməsində cəsarətə malik deyillər. Onlar əməldə özləri tərəfindən subaylıq və atasız uşaqlar məsələsini həll etməyə çalışmışıar.

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin