İslamda qadin hüquq sistemi Kİtab haqqinda



Yüklə 1,61 Mb.
səhifə33/34
tarix17.11.2018
ölçüsü1,61 Mb.
#82823
1   ...   26   27   28   29   30   31   32   33   34

Әxlaqi baxımdan


Çoxarvadlılıq ilə bağlı icazə verilməsinin şəhvətə icazə vermək olduğunu deyirlər. Yəni, kişinin şəhvətbazlıq etməsinə icazə verilir. Əxlaq insanı şəhvani hislərini mümkün olduğu qədər minimuma azaltmağa yönəldir, çünki insan şəhvətinin qarşısını almazsa, o, daha da artaraq alovlanacaqdır İnsan təbiəti belədir.

Montesko “Qanunların ruhu” (Ruhul-qəvanin) əsərinin dörd yüz qırx üçüncü səhifəsində çoxarvadlılıq barədə belə yazır:

“Mərakeş padşahının hərəmxanasında ağ, sarı və qaradərili olmaqla, bütün irqlərdən qadınlar var idi. Əgər bu şəxs sahib olduğu qadınların iki bərabəri qədər də qadına sahib olsa, yenə də təzə qadınlar almaq istəyəcək. Şəhvət məsələsi elə bir məsələdir ki, nə qədər artırılsa, bir o qədər şiddətlənəcək. Çoxarvadlılıq eyni zamanda, insanın təbiəti ilə zidd və müxalif olan məsələni (həmcinsbazlığı) də insana təlim verərək onun yayılmasına səbəb olur. Çünki şəhvətlə bağlı məsələlərdə müəyyən olunmuş hədlərdən xaric olmaq əməldə qanun tanımayan halların yaranmasına səbəb olur. Orada hərəkat baş verdiyi zaman hərəmxanalarda, hətta, bir qadına belə sahib olan hökmdar tapma mümkün olmurdu, o hökmdarlar öz eşqbazlıqlarını təbiət və

səh:336


fitrətlərinə zidd olaraq həyata keçirirdilər.”

Bu iradı iki cəhətdən tədiqiq edərək araşdırmaq lazımdır: Birincisi, düzgün və pak əxlaqın şəhvətlə uyğun gəlmədiyini və cəmiyyətin sağlamlaşdırılması üçün onun mümkün qədər azaldılmasının zəruri olduğunu söyləyirlər. İkincisi, insan təbiəti ilə tərs mütənasib olduğunu və onun tələbinə uyğun olaraq daha çox təmin olunduqda coşub-daşaraq tüğyan etdiyini, amma az təmin edildiyində isə aramlaşdığını bildirirlər.

Birinci nəzərlə bağlı təəssüf edərək onun yanlış və səhv bir təlqin olduğunu, həmçinin, məsihilik əxlaqında riyazətə (özünü bir işə və ya əmələ məcbur etməyə) əsaslanaraq hinduist, buddust və yunan əxlaqından təsirlənərək aşılandığını nəzərinizə çatdırırıq. İslam əxlaqı belə məsələlərə əsaslanmır. İslamın nəzərində “şəhvət nə qədər az olsa, bir o qədər yaxşıdır və əgər sıfıra düşərsə, bu, yüz faiz əxlaqlılıqdır” kimi düşünmək düzgün hesab edilmir. İslam ifrat dərəcəfə olan şəhvətin əxlaqla uzlaşmadığını bildirir.

Belə olduğu halda, çoxarvadlılığın ifrat bir məsələ olub olmadığını bilmək üçün, biz kişinin təbii və fitri cəhətdən bir, yoxsa, bir neçə zövcəyə malik olmağa meyilli olduğunu araşdırmalıyıq. Otuz birinci məqaləmizdə söylədiyimiz mətləblərdən günümüzdə kişinin təbii cəhətdən bir zövcə ilə məhdudlaşdığını və çox zövcəyə sahib olmanın da əməldə ifrat və azğınlıq kimi düşünən bir nəfərin olmadığı məlum oldu. Əksinə, çoxları kişinin təbii baxımdan bir neçə zövcəyə malik olmağa meyilli və təkarvadlılığın isə kişinin təbiətinə zidd olaraq onu bu haqdan məhrum etməyə bərabər olduğunu düşünür. Biz kişinin təbiəti baxımından çoxarvadlılığı nəzəriyyəsi ilə müxalif olmağımıza baxmayaraq, onun fitrətən təkarvadlılığı nəzəriyyəsini də qəbul etmir və çoxarvadlılığın kişinin təbiəti ilə zidd və müxalif olan həmcinsbazlıqla eyni olduğu ilə də müvafiq deyilik.

Montesko və çox zövcəyə sahib olmağı şəhvətbazlıqla əlaqləndirən digər şəxlər hərəmxanaları nəzərlərində tuturlar. Onlar İslamın bu məsələdə icazə verməsinin Abbasi, Osmanlı və onların timsalındakı xəlifələrin hərəmxanalar yaratması üçün bir vasitə olduğunu hesab edirlər. İslamın özü hər şeydən öncə,

səh:337


həmin məsələlərlə müxalifdir. Çoxlu sayda zövcələrin olması ilə əlaqədar İslamın nəzərdə tutduğu qeyd və şərtlər həvəsbaz kişilərin azadlığını bütövlükdə onların əlindən alır.

İkinci nəzəriyyəyə gəldikdə isə, “insan şəhvəti nə qədər azaldılsa, bir o qədər cilovlana və nə qədər çox təmin edilsə, həddindən artıq coşaraq tüğyan edəcəkdir” kimi söylənən nəzəriyyənin Freyd əqidəsinin tərəfdarları arasında meydana çıxararaq onun xeyrinə təbliğ edilən etiqadın tamamilə müqabil nöqtəsində dayandığını deyə bilərik.

Freyd tərəfdarları belə deyirlər: “Kişinin təbiəti qənaət və razılıq ilə aramlaşır və tələbatının ödənilməsi ilə artaraq tüğyan edir.” Bu insanlar yüz faizlik azadlıq və xüsusən də, cinsi məsələlərdəki sünnə və adətlərin aradan qaldırılması tərəfdarıdırlar. Kaş ki, Montesko sağ olaydı və Freyd tərəfdarlarının onun fərziyyəsini necə məsxərəyə qoyduğunu görəydi!

İslami əxlaq baxımından, hər iki nəzəriyyə və etiqad batildir. Təbiətin özünəməxsus hədd və hüquqları vardır və onları tanımaq lazımdır. Təbiət iki məsələ səbəbi ilə tüğyan edərək aramlığı aradan qaldırır: Birincisi, məhrumiyyət və ikincisi isə, ona tamamilə azadlıq verərək bütün qeyd və şərtləri onun qarşısından qaldırmaq nəticəsində.

Hər halda, Monteskonun dediyi kimi, nə çoxarvadlılıq əxlaq zidd və ruhi aramlığı aradan qaldıran, həmçinin, nəfsin paklığı ilə zidd deyil, nə də Freyd tərəfdarlarının təbliğ etdiyi kimi, insanın öz şəri və qanuni zövcə və qadınlarına qənaət etmək.

Hüquqi baxımdan


Evlilik əqdi və nikahına əsaslanaraq tərəflərdən hər biri bir-birinə aid hesab edilir. Onların bir-birinə nisbətdə sahib olduğu cinsi münasibət məsələsi evlilik səbəbi ilə həmin məsələyə tərəflərin malik olmasından qaynaqlanır. Bu baxımdan, zövcələrin sayca çoxluğu məsələsində birinci növbədə haqqa sahib olan əvvəlki qadındır. Kişi ilə ikinci zövcə arasında baş verən müamilə, həqiqətdə, artıq bir müamilədir, çünki müamilə mərkəzində yerləşdirilən mal, yəni kişinin evlilik mənfəəti

səh:338


öncədən birinci zövcəyə satılmışdır və o, həmin malın sahib və maliki hesab edilir. Deməli, bu zəminədə nəzəri barədə maraqlanılan və icazəsi ələ gətirilməli olan şəxs ilkin növbədə birinci qadındır (zövcədir). Belə olduğu təqdirdə, ərinin ikinci dəfə evlənib-evlənməməsi barədə icazə vermək ixtiyarına malik olan və əri barədə qərara verən birinci qadındır. Həqiqətdə, kişinin ikinci, üçüncü və dördüncü dəfə evlənməsi satılmış malın ikinci, üçüncü və dördüncü dəfə digər şəxslərə satılmasına bənzəyir. Aydın məsələdir ki, həmin malın satılması sahiblərinin icazəsi ilə həyata keçirilməlidir və onu satan şəxs malı icazəsiz olaraq digər şəxslərin ixtiyarında qoyarsa, o, cəzalandırılmalıdır.

Bu irad evlilik və izdivacın hüquqi təbiətini manafe mübadiləsinə əsaslandırdığımız və evli tərəflərdən hər birini də digərinin mənafeyinin malik və sahibi hesab etdiyimiz zaman keçərlidir. Mən hazırda bu mətləb barəsində - əlbəttə, o, irad tutulmağa qabildir - bəhs etmirəm. Evliliyin hüquqi təbiətinin elə bu formada olduğunu fərz edirəm. Adı çəkilən iradın yerli irad olduğunu kişi çoxarvadlılığı dəyişiklik və əyləncə kimi dəyərləndirdiyi zaman söyləmək olar. Əgər evliliyin hüquqi təbiəti tərəflərin mənafeyinin mübadiləsi hesab edilər və qadın da bu cəhətdən kişini təmin edərsə, kişinin heç vaxt çoxarvadlılıq fikrinə düşməyəcəyi aydın məsələdir.

Amma evliliyin kişi üçün dəyişiklik və əyləncə cəhəti olmasa və kişi əvvəlki bəhslərdə işarə etdiyimiz kimi, bu zəminədə (çoxarvadlılıq məsələsində) icazəli və üzürlü olsa, ona irad tutmaq yersizdir. Məsələn, qadın cinsi qabiliyyətə malik olmasa, ya yaisəlik yaşına çatsa və kişi də övlad sahibi olmaq istəsə, yaxud da hansısa bir xəstəlik səbəbi ilə qadınla cinsi münasibət mümkün olmasa, belə olan hallarda qadının haqqı çoxarvadlılıqda maneə sayıla bilməz. Bu məsələlər, şəxsən, kişinin çoxlu sayda zövcəyə sahib olmaq istədiyi və buna icazəli olduğu hallarda mümkündür. Amma həmin məsələ ictimai bir hal alsa, yəni evlənməyə ehtiyaclı olan qadınlar sayca kişilərdən üstünlük təşkil etsələr və ya cəmiyyətdə əhali sayının artırılmasına ehtiyac duyulsa, tutulan irad başqa bir forma və şəkil alacaqdır.

səh:339


Belə hallarda çoxarvadlılıq məsələsi bir növ, vəzifə və vacibi-kifayi(1) hesab edilir. Yəni, cəmiyyətin fəsad və azğınlıqdan xilas edilməsi və ya cəmiyyətdəki əhali sayının artırılması üçün həyata keçirilməsi vacib olan məsələlərdəndir. Aydın məsələdir ki, ictimai bir vəzifənin yerinə yetirilməsindən söhbət gedərsə, qadının icazə və razılığına ehtiyac duyulmaz.

Cəmiyyətdə qadınlar həqiqətən də, kişilərdən sayca çox olsalar və ya əhalinin sayının artırılması kimi məsələlər qarşıya çıxsa, bu zaman evli kişi və qadınlar fədakarlıq göstərərək bu məsələdə razılıq göstərməlidirlər. Həmin məsələ eynilə ailələrin öz əziz və yaxınlarından keçərək cəmiyyət üçün onları döyüş meydanına yola salmalı olduqları əsgərlik məsələsinə bənzəyir. Belə şəraitdə müəyyən şəxslərin icazə və razılığı barədə düşünmək ağılabatan deyil.

Çoxarvadlılıq ilə bağlı məsələlərin sadəcə birinci zövcənin icazəsi ilə həyata keçirilməsinin düzgün olduğunu düşünən kəslər bu işin kişinin istək və tələbinə uyğun olduğunu fikirləşərək onun ictimai və fərdi zəruriliyi və cəhətlərini nəzərdən qaçırmışlar. Əgər işin içində ictimai və fərdi ehtiyaclar olmasa, hətta, birinci qadının icazə və razılığı ilə olsa da, çoxarvadlılıq məsələsi qəbul olunan bir məsələ deyil.


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin