ON
İKİ
İMAMÇI
ŞİƏLƏRİN
QISA
TARİXİ
Keçən fəsillərdən aydın olduğu kimi, şiələrin
əksəriyyətini on iki imamçı şiələr təşkil edir. Onlar Əli (ə)-
ın tərəfdarlarından ibarət bir cərəyanın ardıcılları idi ki,
Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra Əhli-beytin
xilafət və elmi mərcəiyyət barədə olan hüququnu
dirçəltmək
üçün
etiraz
və
tənqidə
başlayaraq,
əksəriyyətdən ayrılmışdılar.
Raşidi xəlifələrinin dövründə (11-35-ci h.Q) şiələr daim
təzyiqlər altında olmuşlar; Bəni-üməyyə xilafəti dövründə
(40-132-ci h.q) isə onlar heç bir hüquqa malik olmayıb
mallarını, canlarını və əmin-amanlıqlarını qorumaq
87
səlahiyyətlərini tamamilə əldən vermişdilər. Lakin zülm
və təzyiqlər nə qədər artırdısa, onlar öz əqidələrində bir o
qədər möhkəmlənir, öz məzlumiyyətlərindən əqidələrinin
inkişafı istiqamətində faydalanırdılar. Abbasilər sülaləsi
hakimiyyəti ələ keçirdiyi vaxtdan, yəni ikinci əsrin
ortalarından etibarən şiələr İranda yaranmış nisbi azadlıq
şəraitində rahat və sərbəst yaşamağa başladılar; lakin az
bir müddətdən sonra təzyiqlər yenidən artmağa başladı
və bu vəziyyət üçüncü hicri əsrinin axırlarına qədər
günbəgün şiddətləndi.
Əslən şiə olan Ali-bəveyh tayfasının nüfuzlu sultanları
hakimiyyətə gəldiyi dördüncü əsrin əvvəllərində şiələr
müəyyən qədər qüdrət və azadlıq əldə etdilər; onlar
yaranmış fürsətdən istifadə edib açıq-aşkar mübarizəyə
başladılar və bu vəziyyət də beşinci əsrin axırlarına qədər
davam etdi. Monqol hücumlarının başlandığı altıncı əsrin
əvvəllərində yaranmış ümumi çətinliklərə görə və eləcə
də səlib yürüşlərinin davam etməsi nəticəsində islam
hökuməti başçıları şiə aləminə çox da təzyiq göstərə
bilmirdilər; xüsusilə İranda monqol sultanlarının bir
qrupunun şiəliyi qəbul etməsi, Mazandaranda Mərəşi
seyyidlərinin hakimiyyətdə olması şiə cəmiyyətinin
qüdrətlənib genişlənməsinə münasib şərait yaratdı. İslam
ölkələrinin hər bir yerində, xüsusilə İranda milyonlarla
şiənin yaşaması hiss olunurdu. Bu vəziyyət doqquzuncu
hicri əsrinin axırlarına qədər davam etdi. Onuncu hicri
əsrində Səfəvilərin İran kimi böyük bir dövlətdə
hakimiyyətə gəlməsi ilə həmin ölkədə şiə məzhəbinə
rəsmiyyət verildi; bu şərait bugünkü günə qədər öz
88
rəsmiyyətində qalmaqdadır. Bundan əlavə, dünyanın
müxtəlif nöqtələrində on milyonlarla şiə yaşayır.
|