İSLAMDA
İRFANIN
MEYDANA
GƏLMƏSİ
İslam Peyğəmbərinin (s) səhabələri arasında
1
yalnız
Həzrət Əli ibni Əbitalib (ə)-ın yetərli və gözəl bəyan
üslubu
irfani
həqiqətlərdən,
mənəvi
həyatın
mərhələlərindən ibarət olan böyük və sonsuz ehtiyatlara
malikdir. Sair səhabələrdən yadigar qalan əsərlərdə bu
kimi məsələlər barədə əsla söhbət getmir. O həzrətin
köməkçiləri və şagirdləri arasında Salman Farsi, Üveys
Qərəni, Kumeyl ibni Ziyad, Rəşid Hicri və Meysəm
Təmmar kimi şəxsiyyətli insanlar yetişmişdir ki, islam
aləmində məşhur olan ariflərin hamısı Əli (ə)-dan sonra
onları öz silsilələrinin başlanğıcı hesab etmişlər. Bu
təbəqədən sonra ikinci hicri əsrində Tavus Yəmani, Malik
ibni Dinar, İbrahim Ədhəm və Şəqiq Bəlxi kimi böyük
şəxsiyyətlər də yaranmışlar ki, irfan və sufilik izhar
etmədən zahidlər cərgəsində olmuş, xalq arasında haqq
övliyalar, görkəmli şəxsiyyətlər kimi tanınmışlar. Amma
onlar eyni halda özlərindən qabaq olan təbəqə ilə
tərbiyəvi əlaqələrini də gizlətmirdilər.
Bu təbəqədən sonra ikinci əsrin axırlarında və üçüncü
əsrin əvvəllərində digər bir təbəqə – Bayəzid Bəstami,
Məruf Kərxi və Cüneyd Bağdadi və sair şəxsiyyətlər
yarandı. Onlar seyri-süluk yolunu gedərək irfan və sufilik
məsləkində zahir oldular, kəşf və şühud anlamını
xatırladan bəzi sözlər deməyə başladılar; bu ifadələr
1 Rical elmində onlardan 12000 nəfərinin adı qeyd
olunmuşdur.
127
zahirdə xoşagəlməz mənalara malik olduqlarına görə
dövrün fəqih və mütəkəllimləri etiraz və qiyam edərək
onlar üçün müəyyən çətinliklər yaratdılar. Onların çoxu
ev dustağına çevrildi, yaxud işgəncə verilərək dar
ağacından asıldı.
Bütün bunlara baxmayaraq, onlar öz yol və əqidələrinə
müxalif olanlarla çox ciddi şəkildə rəftar edirdilər. Təriqət
cərəyanı günbəgün genişlənərək yeddinci və səkkizinci
hicri əsrində öz qüdrət və genişliyinin son həddinə çatdı.
Bundan sonra da bəzən irəliləyişdə, bəzən isə tənəzzüldə
olmaqla, indiki dövrə qədər öz varlığını davam
etdirmişdir.
1
Adları “Təzkirə” kitablarında qeyd olunan irfani
şəxsiyyətlər zahirdə sünnü məzhəbli idilər. Bu gün
müşahidə olunan təriqətlər də onların yadigarlarıdır.
2
Onların bəzi adət-ənənələri hətta şiələrə də sirayət
etmişdir.
Qeyd olunduğu kimi, sünnülər inanırdılar ki, islamda
irfani seyri-süluk üçün heç bir proqram və tədbir nəzərdə
tutulmamışdır, nəfs barədə mərifət kəsb etmək yolunu
müsəlmanların özləri dərk etmişlər və məhz bu da
Haqqın nəzərində qəbul olunan yoldur; rahiblik də (tərki-
dünyalıq) eynilə belədir. Belə ki, İsa (ə)-ın dəvətində belə
bir məsələ və əqidənin olmamasına baxmayaraq,
1 Şəxsiyyətlərin tərcümeyi-hallarını qeyd edən kitablara,
“Təzkirətul-övliya”, “Təraiq” və s. kitablara müraciət edin.
2 Bu cərəyanlarda Allahın kitabı və Peyğəmbər (s)
sünnəsində mövcud olan təlim və qayda-qanunlardan əsər-
əlamət yoxdur.
128
məsihilər onu özləri icad edərək məqbul hesab etmişlər.
1
Buna görə də təriqət şeyxlərindən hər biri məsləhət
gördükləri
qayda-qanunları
özlərinin
seyri-süluk
proqramlarında
yerləşdirmiş,
müridlərinə
də
bu
göstərişləri vermiş, nəticədə tədrici olaraq geniş və
müstəqil proqramlar yaranmışdır. O cümlədən, baş
yellətmək mərasimi, zikrin təlqin olunması, xirqə,
musiqidən istifadə olunması, ğina, zikr deyərkən vəcdə
gəlmək və s.-ni qeyd etmək olar. Bu işlər bəzən elə bir
həddə çatırdı ki, şəriət bir tərəfdə, təriqət isə digər bir
tərəfdə qərar tuturdu. Bu üslubun tərəfdarları əməli
olaraq batiniyyəyə qoşulmuşlar. Lakin şiəliyin nəzəri
meyarlarını mülahizə etməklə aydın olur ki, islamın əsl
mənbələrindən
(kitab
və
sünnə) əldə olunanlar
yuxarıdakıların tam əksinədir. Dini göstərişlərin insanı bu
həqiqətlərə doğru sövq etməməsi, yaxud onun müəyyən
proqramlarının bəyan edilib açıqlanmasında etinasızlığa
yol verilməsi, yaxud da müəyyən bir şəxsin barəsində
(kimliyindən asılı olmayaraq) öz vacib və haramlarını
qüvvədən salması heç vaxt mümkün deyildir.
1 Allah-taala buyurur: “Nəsranilərin özlərindən uydurub
çıxartdıqları rahibliyi Biz onların haqqında yazma-mışdıq;
yalnız onlar bu işlə Allahın razılığını nəzərdə tuturdular.”
“Hədid” surəsi, ayə-27
|