)
NÜBUVVƏTİ
Həzrət
Məhəmməd
(s)
ilahi
peyğəmbərlərin
sonuncusu, kitab və şəriət sahibidir; müsəlmanlar ona
iman gətirmişlər. Həzrət Məhəmməd (s) hicri qəməri
tarixinin başlanmasından 50 il qabaq Hicazın Məkkə
şəhərində, Qüreyş qəbiləsinin Bəni-haşim sülaləsində
dünyaya gəlmişdir; atasının adı Əbdüllah, anasının adı
isə Amənə idi; o həzrət uşaq ikən öz valideynlərini itirmiş
və babası Əbdülmüttəlibin himayəsinə keçmişdir. O da
tez bir zamanda dünyasını dəyişdiyi üçün əmisi Əbu
Talib onu öhdəsinə alaraq öz evinə gətirmişdir. O həzrət
həmin ailədə böyüyüb boya-başa çatmış, həddi-büluğa
çatmamış-dan qabaq əmisi ilə ticarət üçün Şama səfər
etmişdir.
O həzrət heç bir yerdə elm öyrənmədiyi üçün yazıb-
oxumağı bacarmırdı. Həddi-büluğa çatdıqdan sonra ağıl,
ədəb-ərkan və əmanətdarlıq kimi insani keyfiyətlərlə
1 “Şura” surəsi, ayə- 13. Bu şərif ayə imtinan məqamındadır
və məlumdur ki, əgər ayədə qeyd olunan bu beş nəfərdən
başqa, şəriət sahibi olan digər bir peyğəmbər olsaydı, mütləq
qeyd olunmalı idi.
169
məşhurluşmışdır. Buna görə də sərvətli Qüreyş
qadınlarından biri olan Xədicə öz mal-dövlətini onun
ixtiyarında qoymuş və ticarət işlərini ona həvalə etmişdi.
O həzrət ticarət məqsədilə Şama bir daha səfərə
getmiş, öz fərasət, istedad və bacarığı sayəsində çoxlu
qazanc əldə etmişdi. Çox çəkmədən Xədicə Peyğəmbərlə
evlənmək təklifi irəli sürdü, həzrət də qəbul etdi və 25
yaşında ikən onunla ailə həyatı qurdu. Bu evlənmədən
sonra 40 yaşına qədər həmin halda idi, əql və
əmanətdarlıqda şöhrəti hər yerə yayılmışdı. O, heç vaxt
bütə pərəstiş etməmişdi; halbuki o zaman ərəblərin rəsmi
dini bütpərəstlik idi. O, bəzən camaatın gözündən
yayınaraq xəlvətə çəkilər, Allahla razi-niyaz edərdi.
Nəhayət 40 yaşında Həra mağarasında
1
raz-niyaza
məşğul ikən Allah tərəfindən peyğəmbərliyə seçildi və
dinin təbliğ olunmasına əmr olundu. Quranın ilk surəsi
(“Ələq” surəsi) ona nazil oldu və həmin gün öz evinə
qayıtdı. Yolda əmisi oğlu Əli ibni Əbu Talibi gördü.
Hadisəni bəyan etdikdən sonra Əli (ə) ona iman gətirdi,
evə daxil olduqdan sonra isə həyat yoldaşı Xədicə də
iman gətirdi.
Peyğəmbəri-Əkrəm (s) camaatı ilk dəfə dinə aşkar
şəkildə dəvət etdiyi zaman onların çox kəskin əks-
əməlləri ilə qarşılaşdı və bundan sonra məcburiyyət
qarşısında qalıb gizli fəaliyyət və dəvətə başladı. Yenidən
ona əmr olundu ki, ən yaxın qohum-əqrəbalarını dinə
dəvət etsin. Lakin bu dəvətin də heç bir müsbət nəticəsi
1 Məkkə yaxınlığında yerləşən Təhamə dağındakı mağarının
adıdır.
170
olmadı və Əli ibni Əbu Talibdən başqa heç kəs ona iman
gətirmədi.
(Əhli-beyt
imamlarından
nəql
olunan
hədislərə, eləcə də Əbu Talibin öz şerlərinə istinadən
şiələr inanırlar ki, Əbu Talib elə ilk vaxtlarda islama iman
gətirmişdi. Lakin Peyğəmbəri-Əkrəmin (s) yeganə
himayəçisi olduğundan öz imanını camaatdan gizlədirdi
ki, Qüreyşin yanında öz zahiri nüfuz və qüvvəsini
qoruyub saxlaya bilsin.) Bundan sonra Peyğəmbəri-
Əkrəm (s) Allah tərəfindən verilən əmr əsasında aşkar
şəkildə təbliğə başladı. Məkkə əhalisi o həzrətə ən ağır
əzab-əziyyət və işgəncələr verməyə başladı. Təzə
müsəlman olan şəxslərə qarşı Qüreyş tayfasının
göstərdiyi işgəncə və təzyiqlər elə həddə çatmışdı ki,
müsəlmanlardan bəziləri öz ev-eşiklərini tərk edərək
Həbəşistana köçməyə məcbur oldular. Peyğəmbər (s) öz
əmisi Əbu Talib və Bəni-haşimdən olan qohum-əqrəbası
ilə birlikdə Əbu Talib dərəsində (Məkkə dərələrindən
birində olan hasar idi) iqtisadi mühasirədə, həm də son
dərəcə ağır və acınacaqlı vəziyyətdə yaşayırdılar; heç kəs
onlarla qaynayıb-qarışmır və alver də etmirdi; onların
oradan çıxmağa da imkanları yox idi.
Məkkə bütpərəstləri Peyğəmbərə (s) rəva gördükləri
hər növ təzyiq, işgəncə, həmçinin vurmaq, döymək,
təhqir etmək, istehza və məsxərə və işində maneçilik
törətmələrinə baxmayaraq, bəzən də onu məramından və
tutduğu yoldan qaytarmaq üçün özlərini zahirdə
mehriban göstərir, çoxlu mal-dövlət, rəyasət vədəsi
verirdilər. Lakin o həzrətin nəzərində onların yağlı
vədələri ilə əzab vədələri eyni səviyyədə idi və bunların
hamısının Peyğəmbərin (s) səy və fəailyyətlərinin
171
genişlənməsindən, əzminin güclənməsindən başqa bir
nəticəsi olmadı. Qüreyş başçıları çox vaxt o həzrətə
müraciət edib ona mal-dövlət və rəyasət vədəsi verirdilər.
Bir dəfə o həzrət onlara dedi:
Dostları ilə paylaş: |