İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə77/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   73   74   75   76   77   78   79   80   ...   93
İSLAMDA-ŞİƏLİK

NƏBİ
 
İLƏ
 
İMAM
 
ARASINDAKI
 
FƏRQ
 
Peyğəmbərlərin 
vasitəsilə 
asimani 
şəriətlər 
və 
hökmlərin əldə edilməsi barəsində olan dəlil onun həmişə 
davam etməsini deyil, yalnız vəhyin əslini, yəni asimani 
hökmlərin əldə edilməsini isbat edir. Amma onun 
qorunub saxlanması və davam etməsi təbii olaraq həmişə 
davamlı bir iş olmalıdır. Buradan da aydın olur ki, 
insanlar arasında peyğəmbərin həmişə mövcud olmasının 
zərurəti yoxdur, lakin asimani dinləri qoruyub saxlayan 
imam camaatın arasında həmişə olmalıdır; cəmiyyət heç 
vaxt imamsız qala bilməz. İstər onu tanısınlar, istərsə də 
tanımasınlar. Allah-taala Öz kitabında buyurur: 


213 
“Əgər kafirlər Bizim (heç vaxt qanun pozuntusu 
olmayan) hidayətimizə iman gətirməsələr, Biz elə bir 
qrupu ona vəkil etmişik ki, heç vaxt ona kafir olmazlar.”
1
Qeyd olunduğu kimi imamət və nübuvvət bəzən bir 
yerdə cəm olur və bir şəxs hər iki məqama - həm 
peyğəmbərlik məqamına, həm də imamlıq məqamına 
seçilir və bəzən də bir-birindən ayrılır. Belə ki, 
peyğəmbərlərin olmadığı hər bir əsrdə haqq olan imam 
mövcuddur. Aydındır ki, ilahi peyğəmbərlərin sayı 
məhdud 
olmuşdur 
və 
onlar 
bütün 
dövrlərdə 
yaşamamışlar. 
Allah-taala Öz kitabında peyğəmbərlərdən bəzisinin 
imamət məqamında olduğunu bəyan edir. Belə ki, 
İbrahim (ə)-ın barəsində buyurur: 
“O zaman ki, Allah İbrahimi kəlmələrlə imtahan etdi, 
sonra onları tamamladı və axıra çatdırdıqda Allah 
buyurdu: “Mən səni camaata imam və rəhbər təyin 
etdim.” İbrahim dedi: “Mənim övladlarımdan da?!” 
Buyurdu: “Mənim əhd və fərmanım zalımlara çatmaz.”
2
Başqa bir ayədə isə buyurulur: 
“Biz onları Bizim əmrimizlə hidayət edən rəhbərlər, 
imamlar qərar verdik.”
3
1 “Ənam” surəsi, ayə-89. 
2 “Bəqərə” surəsi, ayə-124. 
3 “Ənbiya” surəsi, ayə-73. 


214 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin