62
hər növ cinayət və təqsir əfv olunub!!! Lakin şiələr bir
neçə səbəbə görə bu bəhanələri qətiyyətlə rədd edirlər.
Əvvəla:
Peyğəmbəri-Əkrəm (s) kimi bir rəhbərin,
haqq-ədalət və azadlığın dirçəldilməsi üçün qiyam edib
böyük bir kütləni özü ilə həmməslək etdikdən, bu
müqəddəs məqsəd yolunda bütün varlığını verdikdən
və onu həyata keçirib öz məqsədinə çatdıqdan sonra,
xalq və müqəddəs qanunlar qarşısında öz səhabələrinə
mütləq
şəkildə
azadlıq
verməsini
necə
qiymətləndirmək olar?! Onların haqqı tapdalamasını,
törətdikləri cinayətləri əfv etməsi o həzrətə yaraşan bir
iş deyildi; əks halda belə çıxırdı ki, o həzrət öz əlləri ilə
qurub düzəltdiyi bir binanı sonradan öz əli ilə də viran
etdi?!
İkincisi:
Səhabələrin
müqəddəsliyini qoruyan,
onların yaramaz və qanunsuz işlərinə bəraət
qazandıran, onların bağışlandığını və bütün yaramaz
işlər və cinayətlər qarşısında toxunulmazığını göstərən
rəvayətlər məhz səhabələrin özləri tərəfindən gəlib
çatmışdır və bunların hamısı onların
özlərinə mənsub
edilir. Tarixi sənədlərin verdiyi şəhadətə əsasən
səhabələrin özləri də bir-birləri ilə “toxunulmazlıq” və
“əfv olunmaq” əsasında rəftar etmirdilər. Onların
özləri də bir-birinin qanını tökür, söyür, lənətləyir və
rüsvay edirdilər; bir-birlərinə qarşı azacıq
da olsa
etinasızlığı rəva görmürdülər.
Qeyd olunanları nəzərə almaqla demək olar ki,
səhabələrin öz şəhadətinə əsasən bu rəvayətlər düzgün
ola bilməz. Onların düzgün olması fərz edilsə belə,
63
məqsəd tamamilə başqa sözdür və səhabələrin
müqəddəslik və toxunulmazlığını çatdırmır.
Allah-taala Öz kəlamında nə vaxtsa Onun fərmanın
icrasında etdiyi xidmətlərə əsasən səhabələrdən razı
olduğunu
bildirmişsə belə, (“Tövbə” surəsi, ayə:100)
onun mənası gələcəkdə də ürəkləri istəyən itaətsizliyə
icazə verilməsi deyildir; sadəcə olaraq burada onların
keçmişdə olan itaətkarlıqlarına təşəkkür edilir.
Dostları ilə paylaş: