İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə49/93
tarix25.11.2023
ölçüsü2,4 Mb.
#134715
1   ...   45   46   47   48   49   50   51   52   ...   93
İSLAMDA-ŞİƏLİK

 
MƏNASI
 
Yaradılış aləmində sifətlər şəklində zahir olan çoxlu 
kamallar mövcuddur. Bunlar müsbət sifətlər olub zahir 
olduqları hər yerdə özlərini daha kamil edir və ona daha 
artıq varlıq dəyəri verirlər. İnsan kimi canlı bir varlığın 
daş kimi cansız bir əşya ilə müqayisə olunmasında qeyd 
olunanlar aydın olur. 
Şübhəsiz bu kamalları Allah xəlq edərək varlıqlara əta 
etmişdir. Əgər Allahın Özü bu kamallara malik 
olmasaydı onu başqalarına verə və onları təkmilləşdirə 
bilməzdi. Buradan sağlam əqli mühakiməyə əsasən hökm 
edərək demək lazımdır ki, Allahın elmi, qüdrəti vardır; 
O, bütün real kamallara malikdir. Bundan əlavə elm və 
qüdrətin nişanələri və nəticədə həyat əsərləri bütün 
yaradılış aləmində zahir olur. 
Lakin Allah-taalanın müqəddəs zatının qeyri-məhdud 
və sonsuz olduğuna nəzər yetirdikdə Allah üçün sifətlər 
şəklində isbat olunan bu kamalların Onun zatı ilə eyni 
olması, eləcə də bir-birləri ilə eyniyyət təşkil etməsi 
məlum olur.
1
Zat ilə sifət, eləcə də sifətlərin öz aralarında 
1 İmam Sadiq (ə) buyurur: “Allahın sabit varlığı vardır və 
Onun elmi elə Özüdür, heç bir məlum olmadığı vaxtda belə; 
həmçinin heç bir eşidilən şey olmadığı halda belə eşitmək Onun 
Özü, heç bir görünən şey olmadığı bir zamanda görmək onun 
Özü, qüdrət tapılan şey olmadığı dövrdə belə qüdrət Onun Özü 
ilə idi. (“Biharul-ənvar”, 2-ci cild, səh-125). Bu məsələ ilə 
əlaqədar Əhli-beyt (ə)-dan nəql olunan hədislər olduqca çoxdur. 


143 
olan fərqlər isə yalnız məfhum mərhələsindədir, 
həqiqətdə isə bölgüyə yer olmayan vahiddən başqa bir 
şey deyildir. 
İslam bu yersiz səhvin (vəsf etməklə zatın 
məhdudlaşdırılması, yaxud ümumiyyətlə kamalın inkar 
edilməsinin) qarşısını almaq üçün öz ardıcıllarının 
əqidəsini inkar ilə isbat arasında saxlayır.
1
O, öz 
ardıcıllarına etiqadlarının belə olmasını tövsiyə edir: 
Allahın elmi var, amma başqalarının elmi kimi deyil; 
qüdrəti var, amma başqalarının qüdrəti kimi deyil; 
eşidəndir, amma qulaqla yox; görəndir, amma gözlə yox. 
Başqa sifətlər də belədir. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin