“Əgər günəşi sağ əlimə, ayı sol
əlimə qoysanız belə, yeganə Allaha itaət etməkdən və öz
risalətimi yerinə yetirməkdən əl çəkməyəcəyəm.”
Besətin təqribən onuncu ilində o həzrət “Əbu Talib”
dərəsindən çıxdıqdan bir müddət sonra yeganə
himayəçisi olan əmisi Əbu Talib dünyadan getdi; onun
vəfalı həyat yoldaşı da vəfat etdi. Artıq o həzrətin canı
heç bir təhlükə qarşısında əmin-amanlıqda deyildi və
sığınacaq yeri də yox idi. Nəhayət Məkkə bütpərəstləri
gizlin və məkrli bir tədbir töküb onu öldürmək qərarına
gəldilər, gecə ikən evini hər tərəfdən mühasirəyə aldılar.
Onlar qəfildən həzrətin üstünə tökülüb onu tikə-tikə
doğramaq istəyirdilər.
Lakin Allah-taala o həzrəti bu məkrli tədbirdən agah
etdi və ona Yəsribə köçmək əmri verildi. Bu zaman həzrət
Əlini (ə) öz yatağında yatırdaraq gecə ikən Allahın
mühafizəsi ilə öz evindən çıxdı, düşmənlərin içindən
keçdi və Məkkənin bir neçə kilometrliyində yerləşən
mağaraya sığındı. Düşmənlər üç gün hər yeri axtarıb onu
tapmaqdan ümidsiz olduqdan sonra Məkkəyə qayıtdılar.
Bu zaman Peyğəmbər (s) mağaradan çıxıb Yəsribə yola
düşdü.
Mədinə əhalisi əvvəldən o həzrətə iman gətirib beyət
etdikləri üçün onu yüksək rəğbətlə qarşıladılar, öz
canlarını və mallarını onun ixtiyarında qoydular.
O həzrət Yəsrib şəhərində ilk dəfə olaraq kiçik islami
cəmiyyət
təşkil
etdi,
şəhərdə
və
onun
ətraf
172
məntəqələrində olan yəhudi tayfaları və o nahiyədə
yerləşən güclü ərəb qəbilələri ilə də müqavilə bağlayıb
islam dinini yaymağa başladı. Bundan sonra Yəsrib şəhəri
Mədinətur-Rəsul adı ilə tanındı.
İslam dini günbəgün genişlənib yayılırdı. Məkkədə
Qüreyş zalımlarının əlində əsir olan müsəlmanlar tədrici
olaraq öz ev-eşiklərini buraxaraq Mədinəyə köçüb
pərvanə kimi Peyğəmbərin (s) ətrafına yığışırdılar.
Onlara “mühacirlər”, Peyğəmbərin (s) Yəsribdə olan yerli
köməkçilərinə isə “ənsar” deyilirdi.
İslam dininin çox sürətlə inkişaf edib yayılmasına
baxmayaraq, Qüreyş bütpərəstləri və Hicazdakı yəhudi
tayfaları
bacardıqları
qədər
maneçilik
törədir,
müsəlmanların içərisində olan və batində heç bir əmrə
tabe olmayan münafiqlərin əli ilə hər gün müsəlmanlar
üçün yeni-yeni müsibətlər, çətinliklər yaradırdılar.
Nəhayət iş müharibə ilə nəticələndi. Müsəlmanlarla ərəb
bütpərəstləri və yəhudilər arasında çoxlu müharibələr baş
verdi ki, onların əksəriyyətində islam ordusu qələbə
çaldı. Bu müharibələrin sayı 80-a çatır. Bədr, Ühüd,
Xəndək, Xeybər və s. böyük müharibələrin hamısında
Peyğəmbər (s) şəxsən iştirak edirdi. Böyük müharibələrin
hamısında, eləcə də kiçik müharibələrin əksəriyyətində
qələbə Əli (ə)-ın əli ilə baş verirdi. O həzrət müharibələrin
heç birində bir addım olsun belə geri çəkilmirdi.
Hicrətdən sonrakı on il ərzində baş verən bütün
müharibələrdə müsəlmanlardan 200 nəfərdən az,
kafirlərdən isə 1000 nəfərə qədər öldürüldü. O həzrətin
fəaliyyətləri, həmçinin mühacir və ənsarın göstərdiyi on
illik səylər nəticəsində islam dini Ərəbistan yarmadasının
173
hər yerini bürüdü. İran, Roma, Misir, Həbəşistan və s.
ölkə başçılarının islama dəvət olunması üçün məktublar
yazılırdı.
O həzrət fəqirlər kimi yaşayır, maddi cəhətdən aşağı
sinfə mənsub olması ilə fəxr edir
1
və öz vaxtını bir an
olsun belə, boş və əbəs işlərə sərf etmirdi. O həzrət
vaxtını üç yerə bölmüşdü: bir hissəsində Allahla raz-
niyaz edir, ibadətlə məşğul olur, Allahı yad edirdi; bir
hissəsini ailəsinə və əhl-əyalına sərf edir, mənzil üçün
lazım olan avadanlıqları təmin edirdi; digər bir hissəsini
isə camaat üçün ayırmışdı ki, bu vaxtda dini təlimlərin və
maarifin yayılması, islam cəmiyyətinin idarə olunması,
mövcud çatışmazlıqları, əxlaqi və qanun pozuntularını
aradan qaldırmaq, müsəlmanların ehtiyaclarını təmin
etmək, daxili və xarici rabitələri möhkəmləndirmək və s.
işlərlə məşğul olurdu. O həzrət Mədinədə on il qaldıqdan
sonra yəhudi qadının yeməyinə qatdığı zəhər nəticəsində
ağır xəstəliyə düçar oldu və bir neçə gün əziyyət
çəkdikdən sonra vəfat etdi. Rəvayətdə qeyd olunduğu
kimi, o həzrətin dilindən eşidilən son söz qullar və
qadınlar barəsində söylədiyi tövsiyələr olmuşdur.
1 Peyğəmbər (s) məşhur bir rəvayətdə buyurur: “Fəqirlik
mənim iftixarımdır.” (Bu fəslin mətləbləri barədə əlavə
məlumat almaq üçün “Sireyi İbni Hişam”, “Sireyi Hələbi”,
“Biharul-ənvar” (6-cı cild) və s. mötəbər kitablara müraciət edə
bilərsiniz.
|