İşləmənin adı

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 11.63 Kb.
tarix17.11.2018
ölçüsü11.63 Kb.

  1. Texnologiyanın sahibi haqqında məlumat.

  1. Təşkilatın adı: “Ağ Naftalan” MMC

  2. Təşkilatın qısaldılmış adı: “Ağ Naftalan” MMC

  3. Ünvan: Azərbaycan Respublikası Göranboy rayonu, Şəfəq qəsəbəsi.

  4. Telefon: (+994 02224) 97 5 49; (+994 050) 589 01 58)

  5. Faks:

  6. E-mail:




  1. Texnologiyanın adı: Müalicəvi naftalan neftinin tullantılarının təmizlənməsi və qətransızlaşdırılmış Ağ Naftalanın alınma üsulu.




  1. Texnologiyanın məqsədi: Naftalan nefti bir qədər istifadədən sonra çirklənir (tər, tük, çirk və s. hesabına), qətranın bioaktiv maddəyə nisbətən miqdarı çox olduğundan onun təsiri zəifləyir və buna görə də tullantı kimi istifadədən kənar edilir. Bu tullantıdan və eləcə də istifadə olunmamış naftalan neftindən bioloji-aktiv müalicəvi fraksiyasının çıxarılması “ağ naftalanın” alınması və bu fraksiyadan estetik görkəmli və daha təsirli dərman preperatları, məlhəmlər və kremlərin hazırlanması.

  2. Texnologiyanın təsviri: Neft emalı sahəsindəki müasir texnologiyaları nəzərə alaraq ilk dəfə olaraq naftalan neftindən (tullantı daxil olmaqla) bioaktiv fraksiyanın alınması üçün yeni metod işlənib hazırlanmışdır. Bu metod analoqu olmayan diffizion distilləyə əsaslanır və tullantı naftalandan bioaktiv naftalanın çıxımı 30 – 35 % olur. Bu metoddan istifadə edərək güçü saatda 50 l bioaktiv “ağ” naftalan istehsal edə bilən qurğu qurulmuşdur. Bu qurguda işlənmiş naftalanı qurutmaq və çöküntüdən ayirmaq lazım deyil. Reaktorda (sxem verilir) 150 0C-ə qədər vakuum altında qızdırılmış naftalan içərisindən 12 – 15 atm təzyiq altında qızdırılmış (220 – 240 0C) quru su buxarı verilir. Su buxarı neftin içərisindən keçdikdə onun buxarları ilə diffuziya edərək kalondan 190 – 210 0C-də (qovulur) çıxarılır və soyuducuda soyuyaraq bioaktiv maddələr fraksiyalara ayrılır. Alınmış 2 – 3 fraksiyaları tam dearomatlaşdırmaq və qurutmaq üçün 60 0C temperaturu olan silikagel içərisindən keçirilir. Adsorbentin naftalana görə nisbəti 1:10 ÷ 1:15 olur. Alınmış “ağ naftalan”ın bütün fiziki-kimyəvi göstəriciləri TŞ-38.20144-76 göstəciləri ilə eyni olur və dəriyə sirayət etməsı 5 – 10 dəqiqədir.

  3. Texnologiyanın hazırlıq mərhələsi (birini seçin):

  • istehsalatda tətbiq edilib

  • təcrübi istismar rejimində sınaqdan keçib

  • laboratoriya şəraitində yoxlanılıb

  • işçi sənədləri hazırlanıb

  • təcrübi nümunə hazırlanıb

  • tətbiqinə hazırdır

  • axıra çatdırılmalıdır




  1. Texnologiyanın təxmini dəyəri və tətbiq edilməsinə yönələn xərclərin həcmi: 1 500 000




  1. Texnologiyanın hazırlanma tarixi: 2014




  1. Texnologiyanın yeniliyi haqqında məlumat (variantlarını seçin və sayını yazın):

  • müəllif şəhadətnaməsi (sayı)

  • öz ölkəsində patenti mövcuddur (sayı-1)

  • digər ölkələrdə patenti mövcuddur (sayı-1)




  1. Texnologiyanın tətbiqinin mümkünlüyü (variantalarını seçin):

  • patentlərin satışı

  • lisenziyaların satışı

  • texniki sənədlərin satışı

  • birgə müəssisəsinin yaradılması

  • hazır məhsulun satışı


Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə