İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə101/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   110
Beləliklə, xalq oyunları mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən fəal şəxsiyyət formalaşdırılma­sının ilkin mərhələsinin əsas vasitələrindəndir.

Məlumdur ki, məktəbəqədər yaşlı uşaqlarda sosial təsirlərə qarşı həssaslıq yüksək olur. Uşaq sosial mühitə daxil olan andan öz müşahidələri və empirik əqli nəticələrinə, böyükləri təqlid etmələrinə əsaslanaraq müxtəlif sosial keyfiyyətlərə yiyələnməyə çalışır. Müxtəlif vəziyyətlərə düşə-düşə, çoxsaylı cəhdlər və səhvlərin müşayəti ilə cəmiyyət həyatının elementar normalarını mənimsəyir. Əxlaqi keyfiyyətlər qazanılmasında xalq oyunları böyük imkanlara və təsir gücünə malikdir.

Xalq oyunları zamanı müəyyən qaydalara əməl olunması hər bir iştirakçıya öz hərəkətlərini digər oyunçuların hərəkətləri ilə onların aldıqları nəticələrlə tutuşdurmaq, müqayisə etmək imkanı verir. Burada bir əhəmiyyətli cəhət də ondadır ki, uşaq özünün və digər oyunçuların hərəkətlərini müstəqil şəkildə qiymətləndirməyə çalışır. Beləliklə, uşaq müəyyən oyun şəraitin­də öz səhvlərini dərk edir, başqaları ilə müqayisə edir və bunun nəticəsində də daha yaxşı olmaga, təkmilləşməyə çalışır.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin