Öyrədiçi funksiya baxımından xalq oyunlarını iki böyük qrupa ayırmaq olar:didaktik oyunlar və hərəkətli oyunlar. Didaktik oyunlar məzmununa görə (riyazi, təbiətşünaslıq, nitq inkişafına yönəlmiş oyunlar, məsələn, «Neçə edər hamısı?», «Qələndər, a qələndər» və s.), didaktik materiala görə (əşya və oyuncaqlar üzərində oyunlar, stolüstü – sözlü, çap materialı ilə oyunlar və s.) qruplara ayrıla bilər.
Hərəkətli oyunlar hərəkətin dərəcəsinə görə(zəif, orta, yüksək hərəkətlilik tələb edənlər),hər hansı hərəkətin daha üstün roluna görə (tullanmalarla qaçma oyunları və s.), oyun zamanı istifadə olunan predmetə, əşyaya görə(topla, lentlə, çilik-ağacla və s.) təsnif edilə bilər.