İsmayil əLİyev


Əxlaqi şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar



Yüklə 1,12 Mb.
səhifə40/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   110
Əxlaqi şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar.

  • Davranış təcrübəsinin formalaşmasına xidmət edən üsullar.

  • Xalq tərbiyəsində stimullaşdırma üsulları.

  • Tərbiyədə nümunədən istifadə.


    3.1.
    Əxlaqi şüurun formalaşmasına

    xidmət edən üsullar


    1. Xalq tərbiyəsinin üsulları haqda ümumi məlumat.

    2. Öyüd-nəsihət əsas inandırma üsulu kimi.

    3. Ustadnamələr öyüd-nəsihət üsulunun vasitəsi kimi.

    4. Fərdi öyüd-nəsihətlərin pedaqoji imkanları.

    5. Məsləhət və vəsiyyət xalq tərbiyəsinin üsulu kimi.


    Əxlaqi şüur – əxlaqi bilik və təsəvvürləri (yəni nəyin yaxşı, xeyirli, halal, nəyin pis, şər, haram olması barədəki bilik və təsəvvürləri) baxış və anlayışları əhatə edir. Xalqın milli psixologiyası, adət-ənənələri, öz ifadəsini öncə məhz bu bilik və təsəvvürlərdə tapır: həyatda, məişətdə, başqaları ilə münasibətdə, rəftar və davranışda nəyi etmək olar, nəyi olmaz; nə yaxşıdır, nə pisdir, şərdir; nə ədalətlidir, haqdır, halaldır, nə ədalətsizlikdir, nahaqdır, haramdır; nə kimi işlər fəzilətdir, nələr rəzalətdir, qəbahətdir, günahdır. Xalq pedaqogikası materialla­rın­da bu cür sualların cavabları ilə (ümumiyyətlə əxlaqi kateqoriyaların mahiyyəti ilə) bağlı çoxlu fikirlər vardır. Onlar xalqın, ilk növbədə, əxlaqi şüurunun ifadəsidir. Həmin fikirlər insanın daxili prizmasından keçib özünün­küləşəndə dünyabaxışının tərkib hissəsi olan əqidəyə çevrilir və nəcib davranış, xeyirxah hərəkət, xoş rəftar üçün motiv rolunu oynayır.

    Deməli, əxlaqi əqidə davranış normalarından nəyin fəzilət, nəyin isə qəbahət, nəyin yaxşı, nəyin pis olmasına dair sabit, möhkəm dünyagörüşünün əsas tərkib hissəsidir. Əqidə formalaşmasının ilkin mərhələsini inam təşkil edir. İnamın yaranması və əqidəyə çevrilməsində isə əxlaqi hisslər mühüm rol oynayır. Psixoloqlara görə, əqidə – doğruluğuna və vacibliyinə inam hissi ilə müşayət olunan və insanı fəaliyyətə təhrik edən bilik və bacarıqlardır.

    Pedaqoji ədəbiyyatda əxlaqi hisslər əxlaq normaları ilə tənzim olunan hərəkətlərə insanın ruhi (hissi, daxili) yaşama formasında ifadə edilən münasibət kimi səciyyələndirilir. Daha doğrusu, əxlaqi hisslər münasibətdə təzahür edən emo­sional, daxili, mənəvi yaşantıdır. Xalqın adət və ənənələri, ayin və mərasim­ləri, təsviri və tətbiqi sənət əsərləri, etnopedaqoji nümunələrdə vəsf edilən gözəl­likləri və s. bütün bunlar hamısı əxlaqi hisslərin inkişafına qüvvətli təsir göstərir və əxlaqi inamın, əxlaqi əqidənin yaranmasında həlledici rol oynayır.

    Əxlaqi hisslər əxlaqi davranışı da formalaşdırmaqda böyük əhəmiyyətə malikdir.




    Yüklə 1,12 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   36   37   38   39   40   41   42   43   ...   110




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin