(Ey oğul, məndən öyüd al və ərdəm dilə
xalqın rəhbəri olursun və onlara bilgəlik və ərdəm yayırsın) (4, 372).
Öyüd-nəsihət üsulunun əsas tətbiqi vasitələri bunlardır:
- atalar sözləri;
- ustadnamələr;
- fərdi söhbətlər.
Atalar sözlərinin demək olar ki, hamısı tərbiyəvi mahiyyət daşıyır. Sonrakı fəsildə onlardan ətraflı bəhs ediləcəyindən, burada qalan iki vasitədən bəhs etmək məqsədəuyğundur.
Öyüd-nəsihət üsulunun tətbiqi vasitələrindən biri də ustandanəmələrdir. Əgər atalar sözləri gündəlik həyatda hər bir öyüd verən tərəfindən lazımi yerində işlədilə bilirsə, ustandamələr, əsasən, dastan söyləmələri və ya aşıq nəğmələrinin ifası zamanı istifadə edilir.
Atalar sözləri qısa, lakonik, yadda saxlanması asan olduğundan ondan hamı istifadə edir. Əsasən, üç bənddən ibarət olan ustandanəmələri isə hamı yadda saxlaya bilmir və buna görə də ondan istifadə atalar sözləri qədər geniş yayılmamışdır.
Dostları ilə paylaş: |