İzahetmə-başasalma davranış və hərəkətin mahiyyəti və zəruriliyini anlatmaqla yanaşı, onu yerinə yetirmək qaydalarını da təlqin etmək üsuludur. El arasında «başa düşmək» ifadəsi - anlamaq, dərk etmək, tamamilə qavramaq mənasını verir.
Məsləhət geniş yayılmış üsullardan biridir. Müəyyən bir iş görülməzdən qabaq bu sahəyə yaxından bələd olan təcrübəli, səmimi, xeyirxah, ən əsası isə ağıllı bir adamla, bir növ müzakirə edilir. Bəzən bu barədə bir neçə adamla məsləhətləşilir, məsələnin düzgün həlli yolları araşdırılır, onun mahiyyəti dərk olunduqdan sonra yerinə yetirilir. Tərbiyə işində, gənc nəsildə düzgün əxlaqi keyfiyyətlər və davranış təcrübəsi formalaşdırılmasında da bu cürdür. «Məsləhətli don gen olar» demişlər.
Məsləhət verən müdrik adamlar məsləhəti hökm kimi deyil, təklif kimi verərdilər. Məsləhət verməyin məsuliyyətini dərk edərək, «yenə özün də bir ölç-biç» deyə son qərarı insanın özünün verməli olduğunu bildirirdilər.
Dostları ilə paylaş: |