İsmayil əLİyev


Davranış təcrübəsinin formalaşdırılmasına



Yüklə 1,12 Mb.
səhifə46/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   110
Davranış təcrübəsinin formalaşdırılmasına

xidmət edən üsullar


  1. Əxlaqi hərəkətin təkrarına əsaslanan üsulalrın növləri.

  2. Tələb və onun verilmə metodikası.

  3. Mənəvi məsuliyyət formalaşdırılmasına xidmət edən üsulların mahiyyəti

  4. Söz vermək tərbiyə üsulu kimi.

  5. Andlar və onların pedaqoji mahiyyəti.


3.2.1. Əxlaqi hərəkətin dəfələrlə təkrarına əsaslanan üsullar
Əxlaqi hərəkətin dəfələrlə təkrarına əsaslanan üsullara aşağıdakılar daxildir:

  • məşq;

  • oyun;

  • sınaq;

  • tələb;

  • işə qoşma və s.

Məşq – kiçik yaşlardan başlayaraq tətbiq olunan üsuldur. Ən sadə hərəkət, iş, davranış vərdişlərinin dəfələrlə təkrarına əsaslanır. Ailədən başlayaraq tətbiq olunan bu tərbiyə üsulu vasitəsilə uşaqlarda ilkin əmək vərdişləri sadə özünəxidmət əməyi ünsürlərinin dəfələrlə təkrarı nəticəsində yaradılır. Məsələn, «paltarını özün soyun, özün geyin», «ayaqqabılarını düz gey, təmiz saxla» deməklə kiçik yaşlı uşaqda vərdiş yaratmaq çox çətin olur. Amma hər gün eyni hərəkəti məşq elətdirməklə bu cür vərdiş asanlıqla formalaşdırıla bilər.

Yaxud, uşaqların sağlamlığının təmin olunması, fiziki tərbiyəsinin müvəffəqiyyətli olması üçün müxtəlif idman hərəkətlərinin – qaçma, tullanma, bir ayaq üstə tullanma, güləş­mə, daş atma, daşla hədəfi sərrast vurma, mayallaq aşma və s. məşq yolu ilə yerinə yetirilməsi mümkün olur.



Sınaq. Xalqa görə tərbiyə işində sınaqdan, yoxlamalardan da geniş istifadə edilməlidir. Bu və ya digər əxlaqi keyfiyyətin uşaqda, tərbiyə olunan adamda necə formalaşdığını müəyyənləş­dirmək üçün onu sınamaq, işdə və fəaliyyətdə yoxlamalardan çıxarmaq ən etibarlı üsuldur. Azərbaycan xalq yaradıcılığı nümu­nə­lərində qəhrəmamnın vəfasını, sədaqətini, səmimiliyini, işgüzar­lığını, ağlını və fiziki hazırlığını yoxlamaq üçün onlar çox vaxt qəsdən müxtəlif vəziyyətlərə salınır, qorxunc düşmənlərlə qarşı­laş­dırılır, bu yollarla da sınaqdan çıxarılırlar. Əgər yoxlanılan şəxs bu sınaqlarda özünü doğruldursa, xalq tərəfindən sevilir, əksinə qorxaqlıq göstərirsə, pislənir.

Sınaq üsulunun davranış təcrübəsi formalaşdırılmasına xidmət etməsi özünü onda göstərir ki, sınaq, yoxlama bir dəfə həyata keçirilməklə bitmir. Əgər yoxlanılan tərbiyəvi xüsusiyyət birinci sınaq zamanı özünü büruzə vermirsə, yoxlanılan adama ikinci və üçüncü şans da verilir. Həmin adam öz üzərində dəfələrlə işləyib, yenidən yoxlanmağa hazır olduqda bir daha sınaqdan keçirilir. Başqa sözlə, sınaq yolu ilə insanda davranış təcrübəsi formalaşdırılır.

Xalq arasında böyüyən nəsli müəyyən əxlaqi keyfiyyətə alışdırmaq üsullarından biri də tələbdir.

Xalq uşaqların düzgün tərbiyəsinin yalnız sevgi, qayğı, hörmət üzərində qurulmasının məqsədəmüvafiq olmadığını özünə miras qalmış tərbiyəvi irsin mənimsənil­məsi nəticəsində çox gözəl bilir. «Uşağım əzizdir, tərbiyəsi ondan da əzizdir» deyimi uşaqların böyüdülüb, boya-başa çatdırılmasında həmişə ən əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Öz uşaqlarına olan hörmət və nəzakət valideynlərin tərbiyə etmək təcrübəsində ciddi tələbkarlıqla sıx vəhdətdə olmuşdur. Xalq təcrübəsinin araşdırılması göstərir ki, tələbin gündəlik davranış təcrübəsi üçün gərəkli olan keyfiyyətləri formalaşdırmasından ötrü bir sıra şərtlər yerinə yetirilməlidir:

1   ...   42   43   44   45   46   47   48   49   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin