xidmət edən üsullar Elmi pedaqogikada tərbiyə üsullarının müxtəlif təsnifatlarında bu cür üsullara rast gəlinmir. Bu, yalnız xalq pedaqogikasında istifadə olunan və çox yüksək səmərə verən üsullar qrupudur. Həm də bu üsullar bütün xalqların tərbiyə sistemində özünü doğrultmaya bilər. Burada xalqın mentaliteti, etnik-psixoloji xüsusiyyətləri mühüm rol oynayır. Bu üsullar sözü bütöv, verdiyi sözü mütləq yerinə yetirən, «tüpürdüyünü yalamayan», «öz sözünün ağası», andına sadiq qalmağı bacaran xalqlara aiddir. Bütün bu keyfiyyətlər isə azərbaycanlıların mənəvi pasportunun göstəricilərindəndir.