İsmayil əLİyev


Tapmacaların digər çox mühüm didiktik əhəmiyyəti onların inkişafetdirici imkanlarının olmasıdır



Yüklə 1,12 Mb.
səhifə83/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   110
Tapmacaların digər çox mühüm didiktik əhəmiyyəti onların inkişafetdirici imkanlarının olmasıdır. Bir az əvvəl dediyimiz kimi, tapmacalar, hər şeydən əvvəl, idraki maraqların yaranmasına səbəb olur. İstənilən yaş dövründə uşaq­lara müvafiq tapmacalar verilməsi onlarda «nə haradandır?», «bunu nədən, necə düzəldiblər», «nə nəyə lazımdır?», «daha necə ola bilər?» kimi suallar doğrurur. İdraki maraqların öyrənmə prosesi­nin çox mühüm atributu olduğu məlumdur. Bunun nəticəsidir ki, tapmaca əgər yaşa və gücəmüvafiq seçilibsə, dinləyicilərin, demək olar ki, hamısının fikirləşməsinə, axtarmasına səbəb olur. Tapmacanın cavabı tapılanda və ya tapmacanı deyənin özü bu cavabı söyləyəndə belə, bu idraki maraq birdən-birə, dərhal sönmür. Uşaqlar hələ cavabın deyilən əlamət­lərə tam uyğun olub-olmadığını fikrən yoxlayır, mübahisə edir, bəzən isə hətta həmin əlamətlərin digər əşya və hadisələrə aid ola biləcəyinə dair misallar gətirirlər. Bütün bunlar şagirdlərdə idraki maraqların yaranması və inkişafının təzahürüdür.

Tapmacalar uşaqların müşahidə qabiliyyətlərinin inkişafı üçün də mühüm stimul rolunu oynaya bilərlər. Uşaqlar göstərilən əlamətlərin tapmacada haq­qında danışılan əşya və hadisədə həqiqətən olduğunu, ancaq özlərinin bu əlamət­lərə fikir vermədiklərini (və ya bu əlamətləri əvvəlcədən bildiklərini) dərk etdik­ləri andaca, əksər hallarda, «mən niyə belə sadə şeylərə fikir verməmişəm?» deyə fikirləşirlər. Yüksək pedaqoji ustalığa malik müəllim bu situasiyadan düz­gün istifadə edirsə, şagirdlərin müşahidə etmə qabiliyyətlərini istiqamətləndirə, nizamlaya bilir.




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin