Üçüncüsü, nəğmələr fərdi və kollektiv ifa oluna bilir. Azərbaycan nəğmələrinin kollektiv, xorla ifası ta qədimdən geniş yayılmamışdır. Kollektiv nəğmələr, daha çox müəyyən mövsüm və mərasim tədbirləri zamanı ifa olunur. Fərdi ifa olunan nəğmələr isə həm müəyyən işin görülməsi ilə bağlı olur, həm də insanın əhval-ruhiyyəsinin ifadə tərzi kimi icra olunur.
Azərbaycan xalq nəğmələrini, şərti olaraq, bir neçə qrupa ayırmaq olar:
Beşik nəğmələri
Peşə nəğmələri
Mərasim nəğmələri
Mövsüm nəğmələri
Beşik nəğmələrinə aiddir:
Laylalar
Oxşamalar
Nazlamalar
Arzulamalar
Əzizləmələr
Peşə nəğmələrinə aiddir:
Əkinçi nəğmələri
Sayaçı nəğmələri
Sağın nəğmələri
Ovçu nəğmələri
Balıqçı nəğmələri
İpəkçi nəğmələri
Hana nəğmələri və s.
Mərasim nəğmələri bunlardır:
Məişət nəğmələri
Adqoyma nəğmələri
Toy nəğmələri
Yas nəğmələri
Mövsüm nəğmələri bunlardır:
Çillə nəğmələri
İlaxır çərşənbələri nəğmələri
Bayram nəğmələri
Beşik nəğmələri.
Beşik nəğmələri, adından göründüyü kimi, yeni doğulmuş, beşikdə bəslənmə yaşında olan uşaqlara həsr olunmuş nəğmələrdir. Qeyd etmək lazımdır ki, bu qrup nəğmələr bəzən, nisbətən böyükyaşlı uşaqlara xitabən də oxuna bilir. Məsələn, nazlamalar, əzizləmələr, arzulamalar hətta kiçik məktəbyaşlı uşaqların düzgün tərbiyəsi üçün də mühüm vasitə ola bilir.
Beşik nəğmələrini, adətən, analar və nənələr oxuyurlar. Amma onları xalalar, bibilər, hətta uşağın bir az böyük bacı-qardaşları da oxuya bilir.
Beşik nəğmələrinin ən geniş yayılmış növü laylalardır. Laylalar bəşəriyyət tarixi boyu yaradılmış pedaqoji təsir vasitələrinin ülvüsü, ən qüdrətlisidir.
İnsanlığın ilk beşiyi oturaraq körpəsini yırğalayan ananın ayaqları, ilk təqdiri – anasının bələyə bürunmuş körpəni şəfqətli əlləri ilə astaca döyəcləməsi, ilk nəğməsi – ana laylasıdır. Laylanın əsas funksiyası uşağı sakitləşdirmək, onu yatızdırmaqdır. Laylaların böyük əksəriyyəti ananın öz balasına məhəbbətinin tərənnümüdür.
Yuxudan oyan dedim.
Sən yuxudan durunca
Canımı qurban dedim.
Laylay, balam, a laylay,
Laylay, gülüm, a laylay.
Alınmaz qalam sənsən.
Kimim yox, kimsənəm yox,
Bir şirin balam sənsən.
Laylay, balam, a laylay,
Laylay, gülüm, a laylay.
Sözsüz ki, beşikdə yatan körpəyə nəğmənin sözləri aydın deyil. Amma həzin melodiya ilə müşayət olunan həmin sözlər və bütövlükdə nəğmə özü uşağın ruhunu sakitləşdirir, onu ritmik və melodik ahəngdarlığa alışdırır, gələcək tərbiyəvi təsirlər üçün, bir növ, zəmin, əsas yaratmış olur.
Laylalar xalq pedaqogikasının əsrlər boyu formalaşmış ən böyük nailiyyət-lərindəndir. Onlar daim qayğı tələb edən, məhəbbət, zəriflik, daimi diqqət olmadan yaşaya bilməyəcək varlıqların – körpələrin praktik tərbiyəsi ilə qırılmaz əlaqədə yaranmışdır.
Müasir psixologiya elmi hələ kiçik yaşlarından uşağın hafizəyə malik olduğunu tam qəbul edir. İnsanın psixoloji portreti beş yaşına qədər formalaşır. Buna görə də anadan olduğu ilk gündən uşağın gözəl musiqi və nəğmə dinləməsi zəruridir. Təsadüfi deyildir ki, bu baxımdan texnikanın müasir imkanlarını tarixən xalq aşıqlarının saz havaları və anaların laylaları əvəz etmişlər. Uşağın hafizəsinin, onun psixoloji portretinin nə olduğunun qətiyyən fərqinə varmayan analar laylalar vasitəsilə öz övladlarına ən zərif duyğuları, poeziya və melodiyanı bəxş edirdilər.
Pedaqoji elmin mövcudluğunu belə təsəvvür etməyən ana öz övladında müxtəlif keyfiyyətlərin formalaşma əsasını laylalarla qoyurdu.
Qızılgülə batasan.
Qızılgülün içində
Şirin yuxu tapasan.
Karvan enər enişə.
Yastığında gül bitsin,
Döşəyində bənövşə..
Köç edir sona bülbül.
Balam dil açan günü,
Mat qaldı ana bülbül.
Bu cür sadə xalq dili ilə, həzin nəğmə ilə beşik yaşında olan uşağa, bir növ, «vətənşünaslıq» dərsi keçilir. Ana, bir tərəfdən, doğma təbiətin ən zərif gülü, çiçəyi haqda özü də bilmədən uşaq hafizəsinə ilkin elementləri daxil edir, digər tərəfdən, həmin təbiətin qanunauyğunluqları haqda təsəvvürləri çatdırır. «Bülbülün dona bürünməsi» onun bəzəkli, al-əlvan görkəmdə olmasını, «köç edir sona bülbül» ifadəsi, bülbülün köçəri olmasını, yeni dil açan körpənin ilk sözlərinin bülbül nəğməsindən də gözəl olduğunu çatdırmaqda təbiətəmüvafiq tərbiyənin ən gözəl nümunəsi öz əksini tapmışdır.
Beşik nəğmələrinin digər növləri də pedaqoji dəyərə, potensial tərbiyəvi imkanlara malikdir.
Məsələn, oxşamalar, laylalardan fərqli olaraq uşağı yatızdırmaq deyil, onu oyatmaq, onda şən əhval yaratmaq, onu müxtəlif hərəkətlər etməyə, daha çox güldürməyə yönəlmiş beşik nəğmələridir. Təsadüfi deyil ki, əgər laylalarda ana əli ilə astaca körpənin bələyini döyəlcələyirsə, oxşamalar, nazlamalar zamanı, əksinə, onu atıb-tutur, hərəkətə təhrik edir.
Gül bənövşəlik,
Mən həmişəlik
Bu balama qurban.
Oxşamalarda «dağ», «meşə», «gül», «bənövşə» anlayışları ilə təbiətin rəngarəngliyi tərənnüm edilirsə, digər tərəfdən övlad məhəbbətinin bu gözəlliklərin hamısından üstün olduğu, ananın məhəbbətinin «həmişəlik», daimi olduğu gözəl nəğmə dili ilə uşağa çatdırılır. Doğrudur, oxşamalar, əsasən, çağalara ünvanlanır və uşaqlar nəğmənin sözlərini dərk edə bilməzlər. Amma, belə nəğmələr, əvvələn yuxarıda deyildiyi kimi, uşaq psixologiyasına, mütləq, təsir edir, ikincisi, ailədəki nisbətən böyük yaşlı uşaqların tərbiyəsində öz izini buraxmış olur.
Yaxud bir əzizləmə nümunəsinə fikir verək:
Quldur, kənizdir,
Balam hər nədir
Mənə əzizdir.
Poetik ifadə baxımından zəngin olan bu nəğmənin böyük pedaqoji gücü də vardır. Övladının coşqun, ram edilə bilməyən çay; keçilə bilməyən, sonsuz, fırtınalı dəniz; eyni zamanda itaətkar qul, yaxud başıaşağı kəniz belə olsa, ana üçün əvəzedilməz, doğma, əziz olduğu bildirilir. Nəğmədəki tərbiyəvi imkan aşkardır. Sadəcə, 3-4 yaşlı uşağın «niyə mənə çay, dəniz, qul, kəniz deyirsən?» sualına ananın, yaxud digər tərbiyəçinin səbrlə, həvəslə həmin hadisələr haqda məlumat, izahat verməsi lazımdır.
Arzulamalarda körpənin böyüməsi, ananın arzusu tərənnüm edilir. Həm də ana öz övladına ümid yeri kimi baxdığından onun tərbiyəsində bütün cəfalara dözməyə hazırdır.
Gördüm vəfasın.
Böyüdüm bunu
Görüm səfasın.
Yarpağı dinar-dinar.
Mənim balam körpədir,
Saxlasın pərvərdigar.
Deyilənlərdən aydın olur ki, beşik nəğmələri insanlığın ilk nəğmələri, nəğmələr nəğməsidir. Heç bir nəğmə beşik nəğmələri qədər doğma, fərəhverici, həmçinin geniş əhatəli, hər kəsə lazımlı ola bilməz. Nəğmələrin digər növlərindən fərqli olaraq, onlar hamıya ünvanlanır, anaların bu pedaqoji «kursu»nu daha doya-doya keçənlər mənəvi baxımdan daha zəngin inkişaf imkanlarına malik olurlar.
Pedaqoji təsir baxımından seçilən nəğmə qruplarından biri də peşə nəğmələridir. Peşə nəğmələrinin ümumi cəhəti bu nəğmələrdə aid olduqları peşənin xüsusiyyətlərinin, peşə sahibinin öz fəaliyyəti zamanı istifadə etdiyi vasitələrə münasibətinin, hər bir peşənin həm çətinliyi, həm şərəfli olması, həm də insanın yaşayışı üçün mühüm əhəmiyyətə malik olmasının ritmik, melodik və poetik şəkildə ifadə olunmasıdır.
Dostları ilə paylaş: |