İsmayil əLİyev


Sayaçı sözləri öyrədici və tərbiyəedici baxımdan böyük imkanlara malik olmuşdur



Yüklə 1,12 Mb.
səhifə92/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   110
Sayaçı sözləri öyrədici və tərbiyəedici baxımdan böyük imkanlara malik olmuşdur. Zəngin təcrübə sahəsində öz işini dərindən bilən maldarlar, çobanlar bilavasitə əmək prosesində aşağıdakıları öyrədirdilər.

    • bu peşənin tarixini

Bu saya kimdən qaldı?

Adəm atadan qaldı.

Adəm ata gələndə.

Qızıl öküz duranda,

Buğda sünbül salanda,

Dünya binnət olanda.

Musa çoban olanda...;

    • qoyunun əhəmiyyətini, insanların həyatına nəyi ilə daxil olduğunu

Sanılıdı əbrişim – şişək

Cehizlikdi yunu – döşək...

... Dələmə çəçili şirin,

Cız-bızı daha şirin...

... Yunu uzun, əlçim-əlçim,

Baharda süd gölündə çim...;

    • sürüdəki qoyunları rəqəmlərin iştirakı olmadan yoxlamağı:

Qara kürə səkil qoyun,

Sarı kərə bəkil qoyun.

Bozuq keçdi, üç bir-üç bir,

Mazığı da cütlə bir-bir.

Kərə-kürə onu keçdi

Qumralın da xanı keçdi...

... Saqqarın tayını gördüm.

Sarı gözün payını gördüm...

... Ala kərə tayın gördüm,

Sarı kürə tayın gördüm.

Qara kürə, tayın gördüm,

Qumral şişək, tayın görmək gərək

Qara kərə tayın gördüm.

Özünü görmək gərək ...;
1   ...   88   89   90   91   92   93   94   95   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin