İsmayil əLİyev


Etnik oyanış müxtəlif formalara təzahür edir



Yüklə 1,12 Mb.
səhifə14/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   110
Etnik oyanış müxtəlif formalara təzahür edir. Ayrı-ayrı fərdlər özünün hansı etnosa mənsubluğunu, bu etnosun əhatə dairəsini, əsas xüsusiyyətlərini, soykökünü müəyyən edir, dəqiq­ləş­dirir, bütöv etnik birliklər, xalqlar isə keçmiş adət-ənənələrin bərpasına, milli mədəniyyətin, şifahi xalq yaradıcılığı nümunə­lərinin öyrənilməsi, tətbiqi, qorunub saxlanmasına, xalq ruhunun cəmiyyət həaytının bütün sahələrində hakimliyinə, son nəticədə özünün müstəqil, azad dövlətinin bərpasına və ya yara­dılmasına çalışır.

Öz mənliyini təsdiq hər bir şəxsin, hər bir etnik birliyin, hər bir xalqın qanuni insanlıq haqqıdır. Təəssüf ki, bü özünütəsdiq bəzən başqa xalqların etnik maraqları ilə toqquşur və ya hər hansı üçüncü bir qüvvənin siyasi, iqtisadi maraqlarına uyğun olaraq qəsdən toqquşdurulur. Məsələn, keçmiş SSRİ-də XX əsrin 50-ci illərində icti­maiyyat alimlərinin əksəriyyətinin fikrincə, milli məsələ tam həll olunmuşdu və etnik birliklər qovuşaraq artıq vahid «sovet xalqı»nı formalaşdırmaqda idi. Lakin 70-ci illərdən etibarən, demək olar ki, bütün etnoq­raflara və sosioloqlara bəlli idi ki, böyük sovetlər ölkəsində yaşayan etnosların əksəriyyəti mövcud quruluşun qeyri-qanuniliyini, düzgün əsaslar üzərində dayanmadığını duyaraq müstəqil­liyə can atır­lar. Ancaq etnik uyuşmalar, etnos­ların birləş­məsi, vahid «sovet xalqı» formalaş­ması haqda nəzəriyyələr marksizm-leninzm ideologiyası ilə elə möhkəmləndirilmişdi ki, 80-ci illərin sonların­da baş verən hadisələr bütöv dövlət orqanları ilə yanaşı tarixçiləri, filosofları, sosio­loqları, demoqrafları da çaş-baş saldı. Sosial institutların heç biri hadisələrin nəinki istiqamətini, axarını müəyyənləşdirə bilmədilər, hətta baş verənlərin mahiyyətini də uzun müddət dərk etmədilər.

Vəziyyətin bu cür dəyişməsi müasir cəmiyyətin qarşısına duran çoxsaylı «milli problemləri» öyrənən digər elmlər kimi – məsələn etnopsixologiya, etnoso­siologiya, etnopolitologiya kimi, etnopedaqogikanın da inkişafını zəruri edir. Çünki etnope­daqogika etnik müəyyənliyin çox mühüm tərəflərini öyrənir. Hər bir xalqın, etnik birliyin orijinal əxlaqi baxışları, özünəməxsus mənəvi mədəniy­yəti onun tarixi boyu müxtəlif ictimai münasibətlərin qarşılıqlı əlaqəsi nəticəsində formalaşır. Etnik xüsusiyyətlər, adət və ənənələrdə, insanların təbiətə münasibə­tində, əkinçi əməyinini poeziyasında, şifahi xalq yaradıcılığında, təkrarolunmaz, heyrətamiz xalq sənətkar­lığında, insanların geyim tərzində, davranış normaların­da, elə-obaya, vətənə, xalqa, millətə, özünə və ətrafdakılara münasi­bət­də təzahür edir. Bu xüsusiyyət­lərin öyrə­nil­məsi də, gələcək nəsillərə öyrədilməsi də etno­pedaqogikanın tədqiqat obyektinə daxil olan məsələlərdir. Buna görə də müasir dövrdə etnik müəy­yənliyin pedaqoji səbəblərinin öyrənilməsi və istiqamətləndiril­məsi də mühüm məsələdir.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin