İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə3/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   110
Birinci dövrü etnopedaqoji ideyaların meydana çıxması, təlim-tərbiyə işlərin­də, insan şəxsiyyətinin formalaşmasında xalq pedaqogikasının əvəzedilməz imkan­lara malik olmasının pedaqoji aləm tərəfindən qəbul edilməsi dövrü adlandır­maq olar. Tərbiyənin xəlqiliyi haqda ideyanı nəzəri və praktik olaraq əsaslandıranlardan biri böyük rus pedaqoqu K.D.Uşinski olmuşdur. O yazırdı: «Hamı üçün ümumi olan təkcə bir fitri meyl var ki, tərbiyə ona həmişə arxalana bilər: biz onu xəlqilik adlandırırıq». O belə hesab edirdi ki, «Xalq tərəfindən yaradılmış və xəlqi əsaslara söykənən tərbiyə elə bir tərbiyəvi gücə malikdir ki, bu güc mücərrəd ideya­lara əsaslanan və ya başqa xalqlardan alınan ən yaxşı sistemlərdə belə yoxdur». Uşinskiyə görə, xəlqili­yin ən yaxşı ifadəsi ana dilidir: «Dil xalqın içərisindən ölüb gedənləri, yaşamaqda olanları və gələcək nəsilləri böyük tarixi və canlı bir tam şəklində birləşdirən ən canlı, ən məhsuldar və ən möhkəm əlaqədir. Dil nəinki xalqın həyatiliyini özündə ifadə edir, o eyni zamanda, məhz həyatın özüdür. Ana dili yox olan kimi, artıq xalq özü də yox olur».

Bu dövrdə artıq mətbuat səhifələrində milli inamlar, vətənpərvərlik, adət-ənənələrə əsaslanan dövlət tərbiyə konsep­siyaları da geniş müzakirə olunurdu.

Bu konsepsiyalardan birinin müəllifi olan K.P.Pobedo­nosçe­vin fikrincə, rus milli tərbiyəsinin mahiyyəti qanuna əməl etmək, ictimai həyat qaydalarına tabe olmaq kimi keyfiyyətlərlə müəyyən olunur. Rus milli tərbiyəsinin əxlaqi əsasları ənənəvi ailə ilə bağlıdır, buna görə də ailə-məişət şəraiti ilə bağlı olmayan təlim-tərbiyə vali­deyn­ləri gələcək köməkçilərindən məhrum edir, uşaqları pozğunlaş­dırır. O, cəmiyyətin əxlaqi səviyyəsinin məktəb təhsilinin vəziyyətindən asılılığı haqda fikri qətiyyətlə rədd edirdi. Belə hesab edirdi ki, əxlaqi mahiyyət daşımayan biliklər mənasızdır və sahibinə də, cəmiyyətə də lazım deyildir.

Rus milli tərbiyəsi haqda diskussiyanın digər iştirakçısı P.İ. Kovalevski, öz əsərlərində bu tərbiyənin əsas prinsiplərini işləyib hazırlamışdı. Onun fikrincə, məktəbin əsas məqsədi öz Vətənini sağ­lam, ağıllı, həqiqi məhəbbətlə sevən, yaxşı, namuslu vətəndaş böyüt­mək, onun humanist, xeyirxah insan olacağına təminat verməkdir.

Etnopedaqoji tədqiqatlar tarixinin birinci mərhələsində Azərbaycan pedaqoji fikrinin səciyyəvi xüsusiyyəti odur ki, dövrün əvvəllərində meydana çıxan nadir dərs vəsaitlərində xalq pedaqogikası materiallarından nümunələr verilirdisə, XX əsrin əvvəllərində artıq ana dili uğrunda, milli məktəb uğrunda mübarizə hərəkatı geniş vüsət almağa başlamışdı.

Aydınlıq naminə son dərəcə yığcam şəkildə tarixi keçmişimiz­dən bəzi fakt­ları yada salaq. Hələ 1852-ci ildə Mirzə Şəfi Vazeh və Tiflis gimnaziyasının müəllimi İ. Qriqoryevin birlikdə tərtib et­dik­ləri «Kitabi-türki» dərsliyinin birinci fəslində çoxlu etnopedaqoji nümunələr verilmişdi. «Hikmətlər və nəsihət­lər» başlığı altında təq­dim edilən nümunələrə misal olaraq «Evdən irəli qonşu axtar, yoldan irəli-yoldaş», «Ağıllı düş­mən nadan dostdan yaxşıdır», «Lal dil yaxşıdır yalançı dil­dən», «Alimin bir günü yaxşıdır cahilin hamı ömründən», «Tələsməkdə peşmançılıq var, səbirdə-salamatlıq», «Kim ki, tikan əkər, ondan üzüm dərməz», «Kim ki, eyibsiz dost axtar­sa, dostsuz qalar», «Bu günün işini sabaha qoyma» və s. el kə­lamla­rını göstərmək olar. Yaxud, 1866-cı ildə şərqşünas alim L.M.Lazare­vin tərtib etdiyi «Türk dilinin müqayisəli mün­təxabat»ında başqa xarak­terli etnopedaqoji nümu­nələrlə bərabər 283 atalar sözü də verilmişdi.

1882-ci ildə A. O.Çernyayevskinin «Vətən dili» (I hissə) kitabı çapdan çıxdı. Əlifba kimi istifadə olunan bu dərslikdə çoxlu etnopedaqoji material verilmişdi. Kitaba 46 məsəl, 24 atalar sözü, 20 tapmaca, 1 yanıltmac daxil edilmişdi. Onlardan bir neçəsini nəzərdən keçirək:


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin