İsmayil əLİyev


Nəsillərin varisliyi şəxsiyyətin sosial inkişafının və xalqın mənəvi tərəq­qisinin əsas amili olan tərbiyə vasitəsilə həyata keçirilir



Yüklə 1,12 Mb.
səhifə35/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   110
Nəsillərin varisliyi şəxsiyyətin sosial inkişafının və xalqın mənəvi tərəq­qisinin əsas amili olan tərbiyə vasitəsilə həyata keçirilir.

Nəsillərin varisliyinin əsas tərəflərindən biri olan tərbiyə­dəki varislik uşaq­la­ra münasibətdə valideynlərin həmrəyliyini, ictimai tərbiyə ilə ailə tərbiyəsinin birli­yini, pedaqoji nikbinliyi – tərbiyə olunandakı mənfi xüsusiyyətlərin aradan qaldırıl­ma­sında müsbət tərbiyəvi nəticələrə istinad etməyi, tərbiyə məqsədləri arasında qarşılıqlı əlaqələrin düzgün nizamlanmasını tələb edir.

Varislik müəyyən zaman və məkan daxilində həyata keçi­ri­lir. Fiziki varis­lik təbiətlə – irsiyyətlə, genotiplə, maddi-iqtisadi mirasla, mənəvi varislik isə tərbiyə ilə həyata keçirilir. Təbiət, sosial mühit, pedaqoji amillər bir-biri ilə qarşılıqlı əlaqədə olur və bu prosesdə varisliyə ya kömək edir, ya da ona mane olur. Bəzən heç kim tərəfindən istiqamətləndirilməyən, yamsılama şəklində meydana çıxan, öz-özünə, kor-koranə baş verən pedaqoji proses varisliyi təmin edə bilir. Uşaqlar valideynlərin jestlərini, mimika­la­rını, maneralarını dərk etmə­dən təkrarlayır, bu da onların davranış tərzlərində, xarakterin formalaşmasında müəyyən rol oynayır. Əmək maraqlarının formalaşmasındakı varislik də böyük­ləri sadəcə olaraq yamsılamaq­dan yarana bilir. Xalq sənəti sahəsindəki varislik barədə də eyni fikir doğrudur.

Varisliyin çox müxtəlif təzahür formaları ola bilər. O həm şəxsi planda, həm ailə ənənələrinin qorunub-saxlanması, davam etdirilməsi formasında, həm də insanların mənəvi əlaqələri, nəsillərin birləşməsi kimi mövcud ola bilir. Varislik bütöv xalqların taleyini müəyyən edir. O, ümumxalq, ümummilli, bəşəri xarakterdə ola bilir. Varisliyin bəşəri anlarının sürətlənməsi sosial tərəqqini də sürətli edir. Varisliyin geniş həcmli və dərin olması hər bir fərdin də, cəmiyyətin də tərəqqisi üçün münasib şərait yaratmış olur.

Varislik əxlaqi mühitə aid olub, bəzən ailənin kiçik yaşlı üzvlərində mənfi keyfiyyətlər yaranmasına da səbəb ola bilir. Məsələn, özünə «asan qazanc yeri tapmış» adam, başqalarının hesabına yaşamaqda yaxın qohumlarının bir neçə nəslinə nümunə ola bilər. Varislik kor-koranə yarana bilsə də, adətən şüurlu xarak­ter daşıyır. Varisliyin pedaqoji aspekti valideynlərin övladlarının yaxşı yaşamasını təmin etmək səyində də meydana çıxır. Yeni evlənənlərə verilən xeyir-duada, toy ayinlərinin icrasında, yenicə doğulmuş uşağın uğurlanmasında bir varislik qayğısı duyulur. Bu qayğı tərbiyəyə lazımi diqqət yetirilməsinə səbəb olur. Hər bir xalq öz təkrarolunmaz orijinal həyat tərzi ilə ümümbəşəri xəzinəyə öz tövhəsini verə bilər: «Hər bir xalqın orijinallığı nədədir? Ətrafdakı şeylərə ancaq onun özünəməxsus fikir və baxışlar­da, dinində, dilində və ən çox da adətlərində... Bütün bunlar zaman keçdikcə möhkəmlənir, əcdadların­dan qalma irs şəklində nəsildən nəslə keçir.

«Kitabi – Dədə Qorqud»dan və «Divani-lüğatit-Türk»dən gətirilmiş atalar sözləri dediklərimizə sübut ola bilər.



  1. Yad oğlunu saxlamaqla oğul olmaz – böyüyəndə atar-gedər, gördüm deməz.

  2. Kül təpəcik olmaz (kürəkən oğul olmaz).

  3. Qara eşşək başına yüyən vursan, qatır olmaz.

  4. Qaravaşa don geydirsən, qadın olmaz.

  5. Öyünməklə arvaddan kişi olmaz

(«Kitabi – Dədə Qorqud»)

  1. Qazan deyər: «dibim qızıldandır», çömçə deyər: «bəs mən haradayam?».

  2. Öküz ayağı olmaqdansa, buzov başı olmaq yaxşıdı.

  3. Qaz uçub gedərsə, ördək gölə sahib olar.

(«Divani-lüğatit-Türk»)

Xalq öz adətlərini müqəddəs tutaraq onları göz bəbəyi kimi qoruyur və bu sahədə onun xəbəri, razılığı olmadan hər hansı bir islahat aparmağı həyati təcavüz kimi qəbul edir. Tarix boyu qorunub saxlanan adətlərə müdaxilə nəsillər arasında varisli məhv etdiyindən xalqın kəskin etirazı və müqaviməti ilə qarşı­laşmalı olur. Milli varislik tərbiyədə xəlqiliklə sıx bağlıdır, çünki milli fiziono­miya xalqın aşağı təbəqələrində daha çox qorunub saxlanılır.

Nəsillər arasında varislik barədə xalq ideyaları öz mahiyyəti etibarilə pedaqoji xarakter daşıyır. «Atanla öyünmə, öz qabiliyyətinlə fəxr et», «Atanla atamı deyincə, özünlə özümü de», «Atanla fəxr edincə, böyütdüyün oğulla fəxr et». Bu sonuncu atalar sözü üç nəslin varisliyinə işarət edir. Baba-oğul-nəvə! Adam oğlunu öz atasına layiq böyüdürsə, varislik təmin olunub. Sənin oğlunun sənin atanla birbaşa əlaqəsi olmaya bilər. Amma oğlunu düzgün tərbiyə etməklə atanın adına daha böyük şöhrət gətirə bilərsən.

Xalqın pedaqoji görüşlərində nəsillərin varisliyi yeknəsək başa düşülmür. Övlad atanın bütün xüsusiyyətlərini tamamilə əxz etmir. «Evdə bişməyib, qonşudan gəlməyib».



«Artırıb qatır olmayacaq», «Yemiş tağdan aralı olmaz», «Ot kökü üstə bitər», «Naxırçı qızının könlü naxır əppəyi istər», «Oddan kül törər». Atada olan keyfiy­yətlərin bəzən əksəriyyəti, bəzən az bir hissəsi övladına keçir.

Bəzən isə bu irsilik ancaq bioloji baxımdan saxlanılır. Əxlaqi keyfiyyətlərin formalaşmasına görə bir-birinə tamamilə əks olan ata-oğula rast gəlmək mümkündür. «Oddan kül törər» atalar sözü məhz bu hala işarətdir. Və ya eyni valideynlərdən tərbiyə almış uşaqların müx­təlif əxlaqi keyfiyyətlərə malik olmaları da reallıqdır. «Beş barmağın beşi də bərabər deyil». Amma xalq hətta ən pis keyfiyyət­lərin də islah oluna biləcəyini, yəni özünütərbiyə və yenidən­tərbiyənin mümkünlüyünü bilir; «Xoşbəxtlik insanın öz əlindədir», «Öz işini özün gör»...

Bunun sayəsindədir ki, əxlaqi keyfiyyətlərdə olan varislik, həm də xələflərin sələflərdən irəli gedə biləcəyini təmin edir. «Anası çıxan ağacı, balası budaq-budaq gəzər», «Bu günkü sərçələr dünənkilərə civ-civ öyrədir».

«Şüurlu oğul neylər ata malını, bişüur oğul neylər ata malını» atalar sözü ona işarə edir ki, varislik düzgün tərbiyəyə də aiddir, naqis tərbiyəyə də. Həm də bu zaman pis daha da pisləşir, yaxşılar – daha yaxşılaşır. «Oğluna baxanda atası cənnətlikdir» atalar sözü əslində nəslin hər iki nümayəndəsinin yaxşı adam olmadığını göstərir. Amma oğul həddən artıq pis adam olduğundan, atasını əvvəllər naqis adam sayanlar indi ona rəhmət oxuyurlar. Yaxşı övlad haqda isə deyirlər «Atası evinin çırağını daha gur işıqla yandırır».

Yalnız xalqın maraqlarını ifadə edən, xalqa xidmət edən, onun tələblərinə cavab verən tərbiyə həyat vəsiqəsi qazanaraq yaşayır, digərləri ancaq ikrahla, tənə ilə, istehza ilə, həm də müəyyən müddətdə, xatırlana bilir.

Keçmişdə xalq tərbiyəsi, həm də təlim növlərini əhatə edirdi. Bəşəriyyətin hazırlamış olduğu bilik sərvətlərinə yiyələn­mək müəy­yən təlim ünsürləri, qaydaları tələb edirdi. Yəni xalq pedaqogikasında təlim və tərbiyə vahid prosesin tərəfləri olub, bir-birini tamamlayır.

Müxtəlif şəxslərin mənəvi ünsiyyəti nəsillərin varisliyini özündə daşıyır. Əcdad­ların mənəvi xəzinəsi rəvayətlərdə, nağıllarda, əfsanələrdə, atalar sözlə­rində qorunub saxlanılır və nəsildən-nəslə keçir. İndiki nəsillər öz əcdadlarının, babala­rının, ulu babalarının dili ilə danışır. Nəsillərin varislik əlaqəsinin həyata keçiril­məsində yaşlı nəsil həm bilavasitə, həm də dolayısı ilə iştirak etmiş olur; bu proses­də onların tərbiyə etdikləri, kimisə tərbiyə edir, onlardan sonrakılar bu mənəvi sərvət­ləri qoruyub saxlayır, beləliklə mənəviyyat xəzinə­sin­də bütün nəsillərin payı olur.

Burada bir məsələni qeyd etmək lazımdır ki, yazı meydana çıxana qədər şifahi şəkildə mövcud olan mənəvi sərvətlərdə tarixən keçmişə getdikcə əcdadların səsi daha çox zəifləyir, onların payı, elə bil azalır. Buna görə də xalq pedaqogikası müasir dövrdə dövlət səviyyəsində nizamlanan əsil xalq təhsilinin olmasına ehtiyac duyur. Xalq tərbiyəsində mövcud olan əvəzedilməz pedaqoji potensialın müasir təlim-tərbiyə prosesində istifadə üçün canlanması yalnız bu işin Dövlət səviyyəsində qurulmasından asılıdır.


2.3.3. Pedaqoji mədəniyyətin formalaşmasının


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin