XALQ TƏRBİYƏSİNİN ƏSAS ÜSULLARI
III FƏSİL.
Xalq pedaqogikası materiallarında xüsusi bir termin kimi «tərbiyə üsulu», «tərbiyə vasitəsi» ifadələri işlənmir. Lakin nəcib insani keyfiyyətlərin tərbiyəsinə dair dağınıq və səpələnmiş halda da olsa, xalq tərəfindən irəli sürülmüş faydalı fikir və göstərişlər çoxdur. Onları seçib qruplaşdırdıqda xalqın tərbiyə üsulları sahəsində möhkəm sınaqlardan çıxmış, əsrlər boyu təcrübədə özünü doğrultmuş tərbiyə üsullarının bu gün də bilavasitə tətbiq edilə biləcək imkanlara malik olduğu aşkarlanır.
Xalq arasında «tərbiyə üsulları», «tərbiyə vasitələri» anlayışlarını, əslində «tərbiyə qaydası», «tərbiyə yolu», «tərbiyə etməyin çəmini tapmaq» ifadələri əvəz edir. «Suyun üstə gəmi var, hər işin bir çəmi var» deyən xalq tərbiyə işinə də bir qayda əsasında yanaşmağı məsləhət görürdü.
Xalq tərəfindən tətbiq edilən tərbiyə üsulları qruplaşdırılarkən, bu cür təsnifat daha məqsədəmüvafiqdir:
Dostları ilə paylaş: |