İsmayil əLİyev


əvvələn, tələb aydın olmalı, uşaq məhz nəyi etməli olduğunu dərk etməlidir



Yüklə 1,12 Mb.
səhifə47/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   110
əvvələn, tələb aydın olmalı, uşaq məhz nəyi etməli olduğunu dərk etməlidir. Buna görədir ki, çox zaman tələbi verən şəxs onu yerinə yetirməli olan şəxsdən «başa düşdünmü?», «bildinmi nə edəcəksən?» deyə soruşur və bəzən də tələbi uşağa təkrar etdirir.

  • ikincisi, tələb elə verilməlidir ki, uşaq ona yerinə yetirməyə borclu olduğu bir şey kimi baxsın. Doğrudur, böyüyə hörmətin, valideyn nüfuzunun əxlaqi qanun olduğu xalq tərbiyəsində yüksək nüfuza malik şəxsin «bir sözü iki ola bilməzdi». Amma xalq uzun illərin təcrübəsi nəticəsində yəqin etmişdir ki, əmr etmək başqadır, tələb vermək başqa. Əmr daha çox ağalıq- nökərlik, hakimlik-məhkumluq, asılılıq münasibətləri formalaşdırır. Adam əmri yerinə yetirirsə də, onda əmr verənə qarşı bir etiraz hissi də baş qaldıra bilir. Dərk edilmiş tələb isə onu yerinə yetirməli olanı heç cür alçaltmır, tərəflər arasında səmimi, işgüzar münasibət qorunub saxlanılır.

  • üçüncüsü, tələbin yerinə yetirilməsi daim nəzarətdə saxlanılmalı, onun nəticələri mütləq yoxlanılmalı və qiymətləndi­ril­məlidir. Xalqa görə «verdiyin tələbin necə yerinə yetirildiyini yoxlamayacaqsansa, onu heç verməsən yaxşıdır. Yoxladığın işi qiymətləndirməyəcəksənsə, heç yoxlamasan yaxşıdır!».


    3.2.2. Mənəvi məsuliyyət formalaşmasına


    Yüklə 1,12 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   43   44   45   46   47   48   49   50   ...   110




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin