4.1.3. Atalar sözlərindən ailə tərbiyəsində
istifadə imkanları
Ailə tərbiyəsinə dair atalar sözlərinin etnopedaqoji materiallar kimi tədqiqi göstərdi ki, onları uşaqların fiziki inkişafına görə, əxlaqi xüsusiyyətlərinin formalaşmasına görə, ailənin əxlaqi-etik prinsiplərinə görə, ətraf mühitin uşağın inkişafına təsirinə görə, əməksevərlik tərbiyəsinə görə də qruplaşdırmaq olar.
Xalqa görə ailə tərbiyəsinin çöx mühüm vəzifəsi, birinci növbədə, uşağın normal fiziki inkişafını təmin etməkdir. Sağlamlıq, düzgün fiziki inkişaf, çevik, dəyanətli, qüvvətli, möhkəm, qıvraq və bədəncə gözəl olmaq bütün cəmiyyətlərdə insanların cəhd etdiyi, malik olmağa can atdığı, özlərində, övladlarında görmək istədikləri ən qiymətli keyfiyyətlərdəndir.
Dostları ilə paylaş: |